FT: Böyük Britaniya Aİ ilə münasibətləri yenidən qurmağa çalışır
Bakı, 18 sentyabr, AZƏRTAC
Böyük Britaniya Avropa İttifaqı ilə münasibətlərin yenidən qurulmasına çalışır.
AZƏRTAC xəbər verir ki, “Financial Times” (FT) bu barədə mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Böyük Britaniyanın maliyyə naziri Con Heli qarşıdakı danışıqlarda Londonun Aİ ilə münasibətlərdə “yenidən qurulma” istəyi barədə həmkarlarına məlumat verəcək.
London həmçinin Avropa İttifaqının “Avropada istehsal olunub” sənaye siyasətinə Böyük Britaniyanın da daxil edilməsini təklif etməyi planlaşdırır. Bu təşəbbüsün Aİ ölkələri və Avropa Parlamenti tərəfindən dəstəklənməsi tələb olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [17:34]
İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib
- 02.11.2026 [17:23]
Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub
- 02.11.2026 [16:56]
Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər
- 02.11.2026 [16:39]