Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 3-də Hövsan–Türkan avtomobil yolunun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, məhdudiyyət yolda bir müddətdir davam edən təmir işləri ilə əlaqədar tətbiq olunacaq.
Qeyd olunub ki, noyabrın 3-də saat 07:00-dan 23:00-dək sözügedən ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərə alternativ marşrut kimi Zığ şosesindən (Beton yol) istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və təmir işlərinə anlayışla yanaşmaları tövsiyə edilir.