BMT-nin nümayəndəsi: Yəməndə döyüşlər humanitar yardımların çatdırılmasına təsir göstərir
Qahirə, 18 sentyabr, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatı (BMT) Yəməndə davam edən müharibənin ölkədə humanitar ehtiyacların ödənilməsinə və yardımların çatdırılmasına mənfi təsir göstərdiyi barədə xəbərdarlıq edib.
AZƏRTAC “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, BMT-nin Yəməndə rezident-əlaqələndiricisi və humanitar məsələlər üzrə koordinatoru Loran Bukera ölkədə vəziyyətin sürətlə dəyişdiyini bildirib.
Onun sözlərinə görə, sentyabrın əvvəlindən etibarən 100 mindən çox insan döyüşlər səbəbindən evlərini tərk edib. Məcburi köçkünlərin əksəriyyəti Taiz və Ləhc vilayətlərinə sığınıb.
Loran Bukera əlavə köç dalğalarının baş verə biləcəyini və humanitar ehtiyacların daha da artacağını qeyd edib. Vurğulanıb ki, sentyabrın 15-dək çevik mexanizm çərçivəsində 60 mindən çox məcburi köçkünə yardım göstərilib.
BMT-nin nümayəndəsi humanitar yardımların təhlükəsiz və davamlı şəkildə çatdırılmasının təmin edilməsinin, eləcə də döyüş bölgələrindən qaçan insanlar üçün təhlükəsiz dəhlizlərin yaradılmasının vacibliyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [13:09]
Sudanın cənubunda toqquşmalar nəticəsində 26 nəfər ölüb
- 18.09.2026 [12:39]
Barro: Fransa istənilən təhlükəyə və təcavüzə qarşı hazırlanır
- 18.09.2026 [11:55]
Hörmüz boğazında gəmi vurulub
- 18.09.2026 [11:00]
Atlantik okeanında son 60 ilin ən uzun qasırğasız dövrü yaşanır
- 18.09.2026 [10:49]
Fransada ailə böhranı: maddi çətinliklər ailələrin uşaq planlarını dəyişir
- 18.09.2026 [09:35]