Yaxın Şərqdə nüvə obyektlərinə təminat tədbirlərinin tətbiqi ilə bağlı qətnamə qəbul edilib
Qahirə, 18 sentyabr, AZƏRTAC
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ümumi konfransının 70-ci sessiyasında agentliyin təminat tədbirlərinin Yaxın Şərqdəki bütün nüvə obyektlərinə tətbiq olunmasına dair qətnamə qəbul edilib.
AZƏRTAC xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sənəd 112 üzv ölkənin dəstəyini qazanıb.
Qeyd olunub ki, qətnamə BAEA-nın təminat sisteminin Yaxın Şərqin bütün ölkələrinə və onların istisnasız olaraq bütün nüvə obyektlərinə tətbiq olunmasını, həmçinin regionda nüvə silahından və digər kütləvi qırğın silahlarından azad zonanın yaradılmasını nəzərdə tutur.
Konfransda Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin istisnasız tətbiqinə də çağırış edilib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [15:18]
Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb
- 18.09.2026 [14:49]
Robert Fitso ölkəsinin NATO-ya görə müharibəyə cəlb olunmasını istəmir
- 18.09.2026 [13:55]
Şahzadə Diananın qardaşının iddialarına Kral Çarlz cavab verməyib
- 18.09.2026 [13:39]
İstanbulun su anbarlarında doluluq 40 faizdən aşağı düşüb
- 18.09.2026 [13:09]
Sudanın cənubunda toqquşmalar nəticəsində 26 nəfər ölüb
- 18.09.2026 [12:39]