Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
Moskva, 18 sentyabr, AZƏRTAC
Rusiyada doqquzuncu çağırış Dövlət Dumasına deputat seçkilərində, eləcə də onlarla eyni vaxtda keçirilən regional və bələdiyyə seçkilərində üçgünlük səsverməyə start verilib. İlk seçki məntəqələri Kamçatka diyarında və Çukotkada açılıb.
AZƏRTAC xəbər verir ki, səsvermənin gedişini Milli Məclisin deputatları da izləyəcəklər. Rusiyaya yollanan nümayəndə heyətinin tərkibinə parlament komitəsinin sədri Azər Əmiraslаnov, deputatlar Fatma Yıldırım, Anar Məmmədov, Eyvaz Qurbanov və Sabir Hacıyev daxil olublar.
Deputatlarımız seçki prosesini Moskva və Sankt-Peterburqda müşahidə edəcəklər. Azərbaycanlı deputatlar seçki məntəqələrinin fəaliyyətinin təşkili, səsvermə proseduru və səslərin hesablanması qaydası ilə də tanış olacaqlar.
Ümumiyyətlə, səsverməni 133 ölkədən 1,2 mindən çox beynəlxalq müşahidəçi izləyəcək. Rusiya vətəndaşları üçün xaricdə də səsvermə təşkil olunub
Seçkilərin nəticələrinə əsasən, 450 deputat seçiləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [15:45]
Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
- 18.09.2026 [15:18]
Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb
- 18.09.2026 [14:49]
Robert Fitso ölkəsinin NATO-ya görə müharibəyə cəlb olunmasını istəmir
- 18.09.2026 [13:55]
Şahzadə Diananın qardaşının iddialarına Kral Çarlz cavab verməyib
- 18.09.2026 [13:39]
İstanbulun su anbarlarında doluluq 40 faizdən aşağı düşüb
- 18.09.2026 [13:09]