“Sabah”ın 5 futbolçusu müxtəlif ölkələrin komandalarına dəvət alıb
Bakı, 18 sentyabr, AZƏRTAC
“Sabah” komandasının 5 futbolçusu müxtəlif ölkələrin milli komandalarına dəvət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Timoteuş Puxaç Polşa, Umarali Raxmonaliyev Özbəkistan, Stas Pokatilov Qazaxıstan, Patrik Orfe Mbina Qabon, Coy-Lens Mikels isə Ruanda yığmasının heyətinə çağırılıblar.