Bakı və Sumqayıtda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərlərində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri, Nizami rayonu Kamil Balakişiyev, Mehdi Abbasov və Nəsimi küçələrinin kəsişməsində, eləcə də Sumqayıt şəhəri 4-cü məhəllə ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 39 min 480 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [17:07]
Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
- 18.09.2026 [13:16]
AC30 iştirakçıları Milli Hidrometeorologiya Xidmətində olublar
- 18.09.2026 [12:55]
Sabaha gözlənilən hava şəraiti açıqlanıb - PROQNOZ
- 17.09.2026 [09:59]
Bəzi rayonlarda yağış yağıb, şimşək çaxıb
- 16.09.2026 [12:40]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 16.09.2026 [08:27]
Bu gün Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günüdür
- 15.09.2026 [16:49]