AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Agentliyin sədri istixanalarda pomidorun becərilməsi prosesi, istehsal şəraiti və qida təhlükəsizliyi tələblərinə əməl olunması vəziyyəti ilə maraqlanıb. Müəssisə rəhbərləri təsərrüfatların fəaliyyəti və görülən işlər barədə məlumat veriblər.
Görüşdə məhsulların təhlükəsizliyinin təmin edilməsi və fitosanitar tələblərə riayət olunması ilə bağlı məsələlər müzakirə edilib.