Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub
Bakı, 12 oktyabr, AZƏRTAC
Avropa çempionatının I təsnifat mərhələsinə (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) hazırlaşan qadın voleybolçulardan ibarət U-20 Azərbaycan yığmasının İzmirdəki təlim-məşq toplanışı başa çatıb.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Gökhan Edmanın rəhbərlik etdiyi milli komanda hazırlıq çərçivəsində yoxlama oyunlarında qüvvəsini sınayıb.
Yığma təlim-məşq toplanışının son mərhələsini Azərbaycanda keçəcək. Qubada təşkil olunacaq hazırlıq prosesində U-16 millisi də iştirak edəcək.
Qeyd edək ki, oktyabrın 22-dən 25-dək Gürcüstanın Rustavi şəhərində keçiriləcək Avropa çempionatının I təsnifat mərhələsində Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları iştirak edəcək. Yığma A qrupunda Polşa və Latviya ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]