® Gənc rejissor Ayan Məlikin “Layla” adlı filminin təqdimatı olub
Bakı Avropa Liseyində liseyimizin məzunu, gənc rejissor Ayan Məlikin “Layla” adlı qısametrajlı bədii filminin təqdimatına həsr olunmuş tədbir keçirilib.
44 günlük Vətən müharibəsinə həsr olunan film müharibənin ağrılarını, insan talelərini, mərdlik və humanizm dəyərlərini əks etdirir. Film artıq bir sıra beynəlxalq film festivallarında iştirak edir və müxtəlif ölkələrdə tamaşaçılara təqdim olunur. Tədbirdə filmin ideyası və bədii xüsusiyyətləri, eləcə də gənc rejissorun yaradıcılıq fəaliyyəti haqqında fikirlər səsləndirilib.
Ayan Məlikin gənc yaşda belə əhəmiyyətli ekran əsəri ərsəyə gətirməsi lisey kollektivi tərəfindən qürurla qeyd olunub. Tədbirin sonunda gənc rejissora gələcək yaradıcılıq fəaliyyətində yeni uğurlar arzu olunub.