Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bakı Metropoliteni”nin inkişafında Ulu Öndərin tarixi xidmətləri

“Bakı Metropoliteni”nin inkişafında Ulu Öndərin tarixi xidmətləri

Bakı, 10 aprel, AZƏRTAC

Aprelin 10-u ölkəmizdə İnşaatçılar Günü kimi qeyd edilir. XX əsrdə Azərbaycanda quruculuq işlərinin miqyasının müəyyən edilməsində, şəhər və qəsəbələrimizin abadlaşdırılması istiqamətində aparılan nəhəng inşaat işlərinin ən əzəmətli və tarixi dövrü məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycana rəhbərliyə başladığı birinci dövrdə sənayenin inkişafında nailiyyətlər ildən-ilə sistemli şəkildə artmağa başladı. Əhalinin sosial-məişət şəraitinin yüksəldilməsinə böyük önəm verən Ulu Öndər mühüm vəzifələr sırasında ictimai məsələlərin həllini vacib sayırdı. Bütün fəaliyyəti dövründə o, həmişə bu məsələyə böyük diqqət ayırıb, problemlərin həll edilməsinə çalışıb.

AZƏRTAC Ümummilli Lider Heydər Əliyevin “Bakı Metropoliteni”nin inkişafındakı müstəsna xidmətlərinə nəzər salır.

1970-1985-ci illərdə Heydər Əliyevin Azərbaycanın gələcəyinə, respublikanın yaxın perspektivinə istiqamətlənən planlarından biri də nəqliyyat sisteminin, xüsusən Bakıda ictimai sərnişindaşıma nəqliyyatının problemlərinin həlli idi və bu məsələlərlə ciddi məşğul olurdu. Vəziyyətdən ən doğru çıxış yolunu isə Ümummilli Lider metropolitenin inkişafında, xüsusən inşaatın mühüm məskunlaşma rayonlarının tələbatına və gələcək perspektivlər nəzərə alınmaqla aparılmasında görürdü: “Metropoliten bütün nəqliyyat vasitələri içərisində ən gözəl nəqliyyat növüdür. Nəyə görə? Birincisi, sərnişinləri mənzil başına çox yüksək sürətlə çatdırır. İkincisi, təhlükəsizlik tamamilə təmin olunur. Üçüncüsü və ən əsası, metropoliten kütləvi nəqliyyat vasitəsidir, hər bir insanın istifadə etmək imkanı olan nəqliyyat vasitəsidir”, - deyən Ulu Öndərin sözləri bu gün tıxaclar şəhərinə çevrilən Bakımız üçün nə qədər sərrast deyilmiş bir ifadədir.

1967-ci ilin noyabr ayında Bakı metrosunun birinci növbəsinin birinci sahəsi istifadəyə verildi. Lakin Bakının ağır geologiyası, xərclərin daha çox olması, maliyyə çatışmazlığı əsas gətirilərək tikintinin davam etdirilməsi sual altına salınmışdı. Moskva tikintinin maliyyə cəhətdən özünü doğrultmasını, eləcə də tikintinin respublikanın öz vəsaiti hesabına aparılmasını tələb edirdi. Başqa çıxış yolu və yaxud inşaat xərclərinin aşağı salınması üçün "Nərimanov" stansiyasından sonra metro tikintisinin dayandırılması və ya estakada üsulunun tətbiq olunması təklif edilirdi. Xoşbəxtlikdən 1969-cu ilin iyul ayında respublika rəhbərliyinə Heydər Əliyev gəldi. Təxminən avqust ayında Bakı Tunel Tikintisi İdarəsinin rəisi Əlövsət Əbdülrəhimov Mərkəzi Komitəyə, Heydər Əliyevin yanına çağırıldı. İdarə rəisi başçılıq etdiyi müəssisədə işlərin vəziyyəti, eləcə də həlli ancaq Moskvada mümkün olan məsələlər barədə məlumat verdi. Heydər Əliyev bütün məsələlərin mahiyyətinə dərindən vardıqdan sonra Ə.Əbdülrəhimova tezliklə Moskvaya yollanmağı tapşırır və şəxsən özünün də müşavirədə iştirak etmək üçün SSRİ paytaxtına gələcəyini, bütün məsələlərin orada müzakirə edilərək həllinə nail olmaq üçün bütün qüvvəsi və təsir imkanlarından istifadə edəcəyini qətiyyətlə bildirir. Beləcə, rəhbərliyə gəldiyi elə ilk dövrdən Heydər Əliyev şəhərin məskunlaşması sürətlə aparılan rayonlarına metro çəkilişinin sürətləndirilməsinə nail oldu.

Həqiqətən də tezliklə estakada məsələsi gündəmdən çıxdı və tikintinin yerin altı ilə aparılması, eləcə də "Ulduz" stansiyasının 1970-ci ildə istifadəyə verilməsi barədə qərar qəbul edildi. Heydər Əliyevin inadı və qətiyyətli dəlilləri qarşısında işlərin sürəti artdı. Tezliklə “Bakı Metropoliteni”nin tikinti meydançalarında başlanan böyük canlanma da bunu təsdiq edirdi. 1970-ci ildə “Ulduz” stansiyasının inşası tamamlandı. Aprelin 17-də təntənəli açılış mərasimində iştirak edən Ulu Öndər Heydər Əliyev metro inşaatçılarına təşəkkür edərək, metropolitenin perspektivlərinin də böyüyən Bakının simasını müəyyən edəcəyini qeyd edib. Bəli, onun vədləri əməllərində daim öz təsdiqini tapıb. 1970-ci illərdə “Məşədi Əzizbəyov” (“Koroğlu”), “Avrora” (“Qara Qarayev”), “Neftçilər” və “Nizami” stansiyalarının tikintisi və açılışı məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bu stansiyaların inşasında da özünəməxsus məsələlər, mürəkkəbliklər az deyildi. İlkin layihəyə görə “Ulduz”dan sonra iki stansiya - "Əzizbəyov" və "Neftçilər" tikilməli idi. Lakin "8-ci km" qəsəbəsində mənzil tikintisinin sürətlə inkişaf etməsi, yeri gəlmişkən, Heydər Əliyev mənzil tikintisinə də xüsusi diqqətlə yanaşırdı, bu məsələyə yenidən qayıtmaq məcburiyyəti doğurdu.

Heydər Əliyev “28 Aprel” (“28 May”) stansiyasından sonrakı tunel mənzillərində stansiyaların bir-birindən çox uzaq məsafədə yerləşməsini və bunun da insanların daha mobil nəqliyyatdan istifadə imkanlarına, onların daha rahat və münasib infrastrukturu olan yaşayış sahələrində əlçatanlığın, rahatlığın təmin edilməsi, eləcə də metropolitendə hərəkətin təşkilinə təsirləri kimi həssas məqamları diqqətdən qaçırmırdı. “Əzizbəyov-Neftçilər” sahəsində məskunlaşma, infrastrukturun inkişafı, müəssisə və digər obyektlərin salınması perspektivləri nəzərə alınmaqla, vəziyyət həmin iki stansiya arasında daha bir yeraltı sarayın tikintisini tələb edirdi. Bu tələbdən irəli gələn stansiyanı o vaxt sosialist inqilabının rəmzi olan kreyserin adı ilə - "Avrora" (indiki "Qara Qarayev") adlandırdılar. Həqiqətən də bu stansiya olmasaydı, Bakı metrosu miskin görünməklə yanaşı, sərnişindaşıma prosesində də böyük problemlər qarşısında qalacaqdı.

Sovet dövründə metropoliten kimi əsaslı tikintilər üzrə məsələlər SSRİ Dövlət Plan və Tikinti Komitələrinin razılığından sonra hökumət tərəfindən müzakirə olunub təsdiq edilirdi. Ona görə də həmin orqanların razılığını almaq lazım idi. Heydər Əliyevin köməkliyi ilə bu məsələlər həm metropolitençilər, həm də metro inşaatçıları tərəfindən uğurla həll olundu. İnamla onu da deyə bilərik ki, 60-cı illərin əvvəllərində respublikaya Heydər Əliyev rəhbərlik etsəydi, yəqin ki, "28 May" və "Gənclik" stansiyaları arasında “Azadlıq” prospektinə çıxışı olan daha bir yeraltı saray tikiləcəkdi. Lakin respublikanın ovaxtkı rəhbərliyi bu işdə lazımınca inadkarlıq və əzm göstərə bilməyib.1972-ci ildə "Ulduz -Neftçilər" xətti istismara verildikdən sonra metronun inkişaf planına görə inşaat işləri 5 stansiyadan ibarət "28 May-Memar Əcəmi" sahəsinə keçirilməli idi.

Ulu Öndər əvvəlki kimi yenə də metro tikintisində işlərin gedişini nəzarət altında saxlayırdı. Bütün çətinliklərə rəğmən, Heydər Əliyev daha böyük məqsədlər və hədəflər üçün çalışırdı. O, stansiyaların memarlıq tərtibatına da çox böyük əhəmiyyət verirdi. Bu gün hər bir Azərbaycan vətəndaşı “Nizami” stansiyasının memarlıq üslubu ilə fəxr edir. Azərbaycan memarlığının incisinə çevrilən bu stansiya həm də dünya mədəniyyət, ədəbiyyat və incəsənət qalereyası, Azərbaycan təsviri miniatür məktəbinin şöhrətidir. "Nizami" stansiyasının möhtəşəm tərtibatı Ulu Öndərin ideyasının məhsuludur. O, memarlıq sənətini də yaxşı bilirdi. Həmin illəri xatırlayan Ulu Öndər Heydər Əliyev qeyd edirdi: “Mənim xatirimdədir, 1976-cı ildə "Nizami" stansiyası hazır olmuşdu. Oranı neçə dəfə su basdı. Bir dəfə səhər işə gələndə xəbər verdilər ki, tunel tamamilə su ilə dolubdur. Onu oradan çıxarmaq nə qədər çətin məsələ idi. Yaxud tunelləri qazanda hər dəfə su çıxırdı.

Bakının yeraltı geoloji strukturu çox mürəkkəbdir. Bakıda keçmişdə su olmadığına görə quyular qazırdılar. Təxminən 100 il bundan öncə Bakıda ancaq quyu suyundan istifadə edirdilər. Əgər indi o quyular qapanıbsa da, onların alt hissəsi qalır. Bizim metro inşaatçıları dəfələrlə belə quyulara rast gəliblər, oradan su çıxıbdır. Bəzən insanlar da orada ağır vəziyyətə düşüblər. Amma öz işlərindən əl çəkməyiblər. Mən bu gün bu barədə böyük iftixar hissi ilə danışıram. Ona görə ki, Bakı metrosunun tikilib bu səviyyəyə çatması üçün mən illər boyu çox xidmət göstərmişəm, hətta əziyyətlər çəkmişəm”. Eləcə də 1982-1987-ci illərdə Sovet İKP MK-nın büro üzvü olduğu və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı zaman Bakıda metro tikintisi məsələləri ilə yaxından məşğul olur, qarşıya çıxan problemlərin həllinə çalışır, təchizat məsələlərində inşaatçılara dəyərli kömək göstərirdi. Bakının metro inşaatçıları material və avadanlıqla təmin olunmaq sarıdan heç bir çətinliklə qarşılaşmırdılar. SSRİ Dövlət Plan Komitəsində, Dövlət Təchizat Komitəsində yaxşı bilirdilər ki, Bakıda işlərin gedişinin pozulmasından Heydər Əliyev xəbər tutacaqdı, buna görə də metro inşaatçılarının təchizat məsələsi növbədənkənar həll olunurdu.

Bakıda metro tikintisinin veteranı, uzun illər yeraltı yolların inşası və ömrünün son illərini metronun istismarı sahəsində rəhbər vəzifələrdə çalışan Dövran Muğanlinski söyləyirdi ki, Moskvada işlədiyi illərdə Bakıya səfərlərinin birində Heydər Əliyev "Elmlər Akademiyası" stansiyasının tikintisində işlərin gedişi ilə tanış olmaq üçün oraya gəlir. Həmin vaxt stansiyanın orta zalının tavanına ornamental bürünc lövhələr vurulurdu. O zaman Heydər Əliyev kiçik bir nöqsan barədə fikrini stansiyanin memarı Mikayıl Useynova bildirir. Birbaşa tavana vurulmuş lövhələr bir qədər baxımsız görünürdü, onlara azacıq qabarıqlıq verilməsini təklif edir. Bu fikirlə memar akademik də razılaşır. İlk baxışda nəzərə çarpmayan kiçik bir elementi belə gözdən qaçırmayan bu insandakı müşahidə qabiliyyətinin itiliyini necə qeyd etməyəsən?! Ulu Öndərin məhz Moskvada yüksək dövlət vəzifəsində çalışdığı illərdə göstərdiyi diqqət və qayğı nəticəsində sonrakı illərdə istifadəyə verilən “Xalqlar dostluğu” və “Əhmədli” stansiyalarının tikintisi başa çatdırıldı. Beləcə, Bakı metrosu bu gün ən sıx yaşayış sahələrindən olan Əhmədli qəsəbəsi və ona yaxın ərazilərin də şəhər mərkəzi ilə ən sürətli əlaqə vasitəsinə çevrildi.

“Əhmədli” stansiyasının davamı olan “Həzi Aslanov” stansiyasının təməli həmin illərdə qoyuldu və inşaat işlərinin böyük bir hissəsi yerinə yetirildi. Bu stansiyanın tikintisi də artıq müstəqillik dövründə, Ulu Öndərin birbaşa yaxından dəstəyi sayəsində tamamlandı. Metropolitenin inkişafına danılmaz töhfələri olsa da, o, daim metro inşaatçısının əməyini yüksək qiymətləndirirdi: “Yüzlərlə, minlərlə, on minlərlə, yüz minlərlə belə insanların fədakar əməyi nəticəsində bizim bugünkü gözəl sərvətimiz - Bakı metropoliteni var. Biz onların hamısına, - dünyasını dəyişənlərə də, bu gün işləyənlərə də, yaxud təqaüddə olanlara da, - həm inşaatçılara, həm də istismarçılara minnətdar olmalıyıq”. Ümummilli Liderin Azərbaycana rəhbərliyi dövründə və onun yaxından dəstəyi sayəsində “Bakı Metropoliteni”nin 2003-cü il üçün istifadədə olan 31,5 kilometrə bərabər iki xəttinin 22,3 kilometri inşa olunub. Bu əvəzsiz töhfələr əbədi olaraq unudulmayacaq. Əvəzolunmaz bir insanın xalqın səadəti naminə fəaliyyətində ömrünün son anlarına kimi rəhbər tutduğu xoş məramların həyatverici enerjisini hiss etmək qürurvericidir. Onun “Bakı Metropoliteni”nin 2002-ci ildə keçirilən 35 illik yubiley tədbirində söylədiyi sözlər Bakı metrosunun gələcəyinə işıq saçır: “İnşallah, qarşıdan gələn 3-4 ildə Azərbaycanın gəlirləri xeyli artacaqdır. Mən sizə bildirmək istəyirəm ki, bu gəlirlərdən Bakı metrosunun inşasının davam etdirilməsi üçün mütləq istifadə etmək lazımdır. Mən bunu edəcəyəm və güman edirəm ki, məndən sonra gələn insanlar da bunu mütləq etməlidirlər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Luvr Muzeyində təhlükəsizlik sistemləri yenilənir

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA

İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür

Nazir müavini: Yeni Dövlət Proqramında əkin sahələrinin genişləndirilməsi əsas məqsəd deyil

Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini beynəlxalq konfransda iştirak edib

Qarabağın geosiyasi perspektivlərinə dair araşdırma “Routledge” nəşriyyatında işıq üzü görüb

Nəqliyyat vasitələrinin utilizasiyası ilə əlaqədar 1 milyon manatdan çox ödəniş olunub

Bu saata olan əsas xəbərlər

Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub

Bakı ilk dəfə Avropa Su İdmanı Federasiyasının konfransına ev sahibliyi edəcək

Əbubəkr Gizligider: Çirkab suların monitorinqi pandemiyanın erkən aşkarlanmasında mühüm rol oynayır

Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib

İlhamə Qədimova: İxracyönümlü istehsalın artırılması nəzərdə tutulur

Xaçmazda ev yanıb VİDEO

Xaçmazda ev yanıb VİDEO

Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilmə imkanları dəyərləndirilib

Şəkidə səslənən ölməz nəğmələr: Arif Babayevin xatirəsi yad olunub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Folklor İnstitutu birgə layihələr reallaşdıracaq

Nazir müavini: Qazax-Tovuz iqtisadi rayonu üzrə buğda istehsalının artırılması əsas prioritetlər sırasında olacaq

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusu alır

Nazir müavini: Hökumətlər üçün riskləri erkən görmək daha tez hərəkətə keçmək deməkdir

Culfada yanğın zamanı xəsarət alan qadın ölüb

Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?

Tokioda ibtidai məktəbdə yanğın baş verib, xəsarət alanlar var

Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Bu il Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən 1072 hüquqpozma faktı aşkarlanıb

Qərb bölgəsinin qədim tarixi və arxeologiyasına dair yeni elmi nəticələr təqdim edilib

Azərbaycanda intensiv meyvə bağları və istixana komplekslərinin sayı çoxaldılacaq

Natiq Əmirov: Kənd təsərrüfatında rəqabətqabiliyyətli və yüksək məhsuldarlığa əsaslanan yeni inkişaf mərhələsi formalaşdırılacaq

Yay tətilində uşaqlar nə etməlidir? - mütəxəssislərdən tövsiyələr

Azərbaycan regional investisiya mərkəzi kimi mövqeyini möhkəmləndirir

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub

Dünya çempionatının oyunlarını stadionlardan 1,5 milyondan çox azarkeş izləyib

Prezidentin köməkçisi: Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır

Lima və Bakı mədəni əlaqələri gücləndirir: Metropoliten Muzeyinə xalça hədiyyə ediləcək

Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi ölkənin siyasi kursunun uğurlu nəticəsidir ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə aqrar sahəyə dair regional müşavirə keçirilir

Çad “ASAN xidmət” təcrübəsini öyrənmək istəyir

“AzerGold” Qvineya ilə hasilat və geoloji kəşfiyyat sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirib

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib

İİB Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlanıb

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

Almatıda yaşayan şəkili usta: Azərbaycan naxışları ilə sintez edəndə ortaya unikal əsərlər çıxır

Azərbaycan ŞƏT-in energetika nazirlərinin 6-cı iclasında təmsil olunub

Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

Avstraliyada yüksək patogenli H5N1 virusuna ilk şübhəli hal aşkarlanıb

Azərbaycan beynəlxalq əməkdaşlıq, dialoq və inkişaf platforması kimi etimad qazanıb ŞƏRH

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani

“Səbail” yeni baş məşqçisini açıqlayıb

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

DİM iyunun 21-də ümumi orta təhsil səviyyəsi üzrə imtahanlar təşkil edəcək

Tailandda təhlükəsizlik qüvvələrinə qarşı partlayış törədilib

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə 2141 namizəd qeydiyyatdan keçib

Azərbaycanın voleybol yığmaları Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Lənkəran-Astara bölgəsində çiyələk və kartof təsərrüfatlarının fitosanitar vəziyyəti qiymətləndirilib

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Böyük Qayıdış: Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycan ilə İtaliya mədəni əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir

“Reuters”: ABŞ-İran danışıqları iyunun 19-da baş tutmayacaq

Bu gün Xalq artisti Ağababa Bünyadzadənin anadan olmasından 111 il ötür

“Axios”: Vensin İsveçrəyə səfərinin təxirə salınması İranın Livanla bağlı mövqeyi ilə əlaqəli ola bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Pentaqon İrandakı əməliyyatın xərclərini qarşılamaq üçün Konqresdən 80 milyard dollar istəyib

Vitkoff: İran AEBA müfəttişlərini nüvə obyektlərinə dəvət edəcək

Ağ Ev: Vensin İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb

ABŞ-nin narkotik daşıdığı iddia edilən gəmiyə zərbəsi nəticəsində üç nəfər ölüb

Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib

BMT: Afrika daha sürətlə istiləşir

Aİ-də su resurslarının iqtisadi təhlükəsizlik məsələsi kimi qiymətləndirilməsi təklif olunur

Pentaqon Avropanı Ukraynaya ABŞ silahlarının alınmasını genişləndirməyə çağırıb

Almaniya və Ukrayna ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemi istehsal edəcək

Peyklər Günəş panellərindən yaradılmış şəhər boyda nəhəng at təsvirini qeydə alıb

“Volkswagen” 2030-cu ilədək 50 min iş yerini ixtisar edəcək

Makron: Yaxın Şərqdə müharibənin tam başa çatdığını demək hələ tezdir

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

İran Hörmüz boğazında 60 gün müddətində xidmət haqları tələb etməyəcək

Şəkidə Avropa çempionatının mükafatçısı ilə görüş olub

Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub

Küveyt neft istehsalı həcmini qısa vaxtda əvvəlki səviyyəyə çatdırmağı planlaşdırır

Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsi səylərini müzakirə edib

Misir, Türkiyə, Sudan XİN başçıları və ABŞ Prezidentinin müşaviri arasında görüş olacaq

Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var

Tramp: ABŞ sülhə sadiqdir

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib

Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb

Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb

Musiqişünas Fərəh Tahirova: Avstriyada Azərbaycan musiqisinə çox böyük maraq var

Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Mərkəzi Komandanlıq: ABŞ qüvvələri İranla bağlı bütün dəniz nəqliyyatına qarşı blokadanı götürüb

Rumıniya və Bolqarıstan Qara dənizdə birgə dəniz təhlükəsizliyi mərkəzi yaradır

İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır

Corc Ceykob Kuvakad: Bu səfər Azərbaycanı yaxından tanımaq baxımından dəyərli bir fürsət oldu