Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Azərbaycan-Polşa biznes forumu keçirilib YENİLƏNİB VİDEO

Bakı, 31 may, AZƏRTAC

Mayın 31-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Polşa biznes forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda biznes forumda iştirak ediblər.

Dövlət başçıları biznes forumda nitq söylədilər.

Prezident İlham Əliyevin 
nitqi

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, biznes forumun iştirakçıları.

Cənab Prezident, Sizi bir daha salamlayıram. Biz Sizinlə səhərdən bir yerdəyik. Bu gün Sizin Azərbaycana rəsmi səfəriniz çərçivəsində geniş fikir mübadiləsi aparılmışdır, müxtəlif mövzular ətrafında danışılmışdır və artıq demək olar ki, səfər çox uğurludur. Əminəm ki, bu səfər Polşa-Azərbaycan əlaqələrinin gələcək inkişafına çox böyük təkan verəcəkdir.

Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Mən Polşaya öz səfərimi böyük məmnuniyyətlə xatırlayıram. Eyni zamanda, beynəlxalq tədbirlər çərçivəsində də görüşürük, danışırıq və bu görüşlər ikitərəfli əlaqələrimizə çox böyük fayda verir. Bu gün isə biznes forum çərçivəsində Polşa-Azərbaycan biznes dairələrinin nümayəndələri bir araya gəliblər və bu da təbiidir. Çünki bizim yüksək səviyyədə siyasi əlaqələr imkan verir ki, biznes dairələri də bir-biri ilə sıx təmasda olsunlar.

Bilirəm ki, forum çərçivəsində bir neçə saziş imzalanacaq. Bu, onu göstərir ki, forumun real nəticələri olacaqdır. Amma gələcəkdə əlbəttə ki, bu sazişlərin sayı daha da çox ola bilər. Çünki qarşılıqlı maraq kifayət qədər böyükdür. Sadəcə olaraq, biznes dairələri bir-birini yaxından tanımalıdırlar və biznes imkanlarını araşdırmalıdırlar. Hesab edirəm ki, Prezident Dudanın səfəri bu baxımdan çox əhəmiyyətlidir. Çünki bəzi hallarda məlumat qıtlığı imkan vermir ki, biznes dairələri bir-biri ilə sıx əlaqə qura bilsinlər.

Biz çox maraqlıyıq ki, ticarət dövriyyəsi artsın. Bu gün bu barədə kifayət qədər geniş fikir mübadiləsi aparılmışdır. İxrac-idxal əməliyyatlarının artırılması üçün konkret addımlar atılır. Keçən il Polşada Azərbaycanın Ticarət Evi açılmışdır. Hesab edirəm ki, bu, önəmli addımdır və Azərbaycanda istehsal olunan məhsullar bu Ticarət Evi vasitəsilə təqdim ediləcək. Biz sərmayə qoyuluşu ilə bağlı fikir mübadiləsi apardıq. Hesab edirəm ki, burada da imkanlar var, sadəcə olaraq, biz öz səylərimizi düzgün istiqamətə yönəltməliyik ki, sərmayə qoyuluşu sahəsində səmərə əldə olunsun.

Mən hesab edirəm ki, biznes dairələri üçün əməkdaşlıq çox faydalı ola bilər. Azərbaycanda ümumiyyətlə biznes mühiti müsbətdir və son illər ərzində bu istiqamətdə böyük irəliləyiş var. Dünya Bankı da bunu qeyd edir. Dünya Bankının “Doing Business 2019” hesabatında biznes mühitinin səviyyəsinə görə Azərbaycan 25-ci yerdədir və 10 ən islahatçı ölkə arasındadır. Ona görə sərmayə qoyuluşu məsələləri ilə bağlı çox böyük işlər görülür. Həm neft-qaz sektoruna, həm qeyri-neft sektoruna on milyardlarla dollar sərmayə qoyulmuşdur. Xarici sərmayələr lazımi səviyyədə qorunur və hər bir ölkə üçün bu, önəmlidir. Çünki biznes mühitinin yaxşılaşdırılması nəticəsində həm iş adamları özlərini daha rahat hiss edirlər, həm də dövlətlər daha böyük fayda götürür.

Azərbaycanda son illər ərzində aparılan iqtisadi islahatlar imkan verir ki, biz öz maliyyə imkanlarımızı genişləndirək. Xarici dövlət borcu aşağı səviyyədədir, biz çalışırıq ki, daha da aşağı səviyyəyə endirək. Hazırda bu, ümumi daxili məhsulun 19 faizini təşkil edir. Biz beynəlxalq maliyyə qurumları ilə fəal əməkdaşlıq edirik və onlar Azərbaycanda gedən islahatlara müsbət qiymət verirlər.

Ölkəmizdə həyata keçirilən infrastruktur layihələri biznes şəraitini daha da yaxşılaşdırır. Çünki yollar, kommunikasiyalar olan yerlərdə əlbəttə ki, biznes dairələri də özlərini daha rahat hiss edirlər. Son illərdə Azərbaycanda infrastruktur layihələrinin icrasına çox böyük diqqət yetirilmişdir. Hesab edirəm bu sahədə əldə edilmiş nəticələr deməyə əsas verir ki, bu layihələr öz bəhrəsini verir, həm insanlara rahatlıq gətirir, eyni zamanda, iş adamlarının fəaliyyətini yüngülləşdirir. Yol tikintisi, qazlaşdırma, elektrik enerjisi ilə bağlı aparılan bütün bu işlər, o cümlədən biznes üçün gözəl şərait yaradır.

Azərbaycanda nəqliyyat sektorunun inkişafı son illərdə prioritet məsələ kimi qalır və bu gün biz bu barədə fikir mübadiləsi apardıq. Azərbaycanda yaradılmış müasir nəqliyyat infrastrukturu həm ölkə daxilində, həm də regional çərçivədə əhəmiyyətlidir. Son illər ərzində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində atılmış addımlar artıq öz səmərəsini verir. Biz müasir nəqliyyat və logistika infrastrukturu yaratmışıq. Əlbəttə ki, bunun biznes dairələri üçün çox böyük əhəmiyyəti, çox böyük faydası var. Çünki nəqliyyat infrastrukturu olmadan biznesin inkişafından söhbət gedə bilməz.

Azərbaycan ənənəvi olaraq enerji sektorunun inkişafına böyük diqqət göstərir. Ancaq bizim əsas məqsədimiz qeyri-enerji sektorunun inkişafıdır. Bir sözlə, iqtisadiyyatın şaxələndirilməsi bizim üçün prioritetdir və son illərdə bu istiqamətdə addımlar atılıb. Hesab edirəm ki, Polşa-Azərbaycan biznes dairələrinin birgə fəaliyyəti nəticəsində bu sahəyə də diqqət göstəriləcək.

Biz bu gün kənd təsərrüfatı sahəsində artıq nəticə hasil etmişik və saziş imzalanmışdır. Polşanın bu sahədəki təcrübəsi bizim üçün çox əhəmiyyətlidir. Bizim ölkəmizin inkişafı, o cümlədən iş yerlərinin yaradılması üçün kənd təsərrüfatının çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, biz bu sahədə sürətli əməkdaşlıq aparmaq üçün yaxşı imkanlara malikik.

Son illərdə Azərbaycanda turizmin inkişafı geniş vüsət alıb. Polşa vətəndaşları sadələşdirilmiş viza rejimi əsasında ölkəmizə gələ bilirlər. Hesab edirəm ki, qarşılıqlı təqdimatlar keçirilməlidir. Yəni, insanlarımız bir-birilərini daha yaxından tanımalıdır ki, turizm daha da sürətlə inkişaf etsin və qarşılıqlı səfərlər həyata keçirilsin.

Beləliklə, yüksək səviyyəli siyasi əlaqələr imkan verir ki, biznes sahəsində də yaxşı nəticələr olsun. Hazırda aramızdakı ticarət dövriyyəsi bizim potensialımızı əks etdirmir. Ticarət dövriyyəsini artırmaq üçün, ilk növbədə, biznes dairələri daha fəal olmalıdırlar, biz isə öz tərəfimizdən onlara hər zaman dəstək veririk. Prezident cənab Andjey Duda ilə bugünkü biznes forumdakı iştirakımız bu dəstəyin növbəti təzahürüdür.

Mən Polşa və Azərbaycan iş adamlarına yeni uğurlar arzulayıram. Arzu edirəm ki, sizin aranızdakı əməkdaşlıq yaxşı nəticələrə gətirib çıxarsın. Sağ olun.

Polşa Prezidenti Andjey Dudanın
nitqi

- Hörmətli cənab Prezident.

Hörmətli nazirlər.

Hörmətli Polşa və Azərbaycan biznes nümayəndələri.

Hörmətli sahibkarlar.

Cənab Prezident, ilk növbədə, Sizə dərin təşəkkürümü bildirirəm. Biz Azərbaycanın bu sahədəki qurumlarına təşəkkürümüzü bildiririk ki, onlar bu biznes forumu bizim üçün təşkil etdilər, tikinti sahəsində və digər sahələrdə çalışan Azərbaycan və Polşa şirkətlərini bir araya gətirdilər.

Son illər ərzində, ümumiyyətlə, bizim münasibətlərimiz çox intensivləşmişdir. Azərbaycan Cənubi Qafqaz regionunun lider ölkəsidir və Polşa şirkətləri üçün çox cəlbedici bir məkandır. Polşa tərəfi Azərbaycan ilə Avropa İttifaqı arasında bu sahədəki tərəfdaşlığın dərinləşməsində maraqlıdır. Biz Avropa İttifaqının fəal üzvüyük. Qeyd etmək istəyirik ki, biz məhz Azərbaycan ilə Avropa İttifaqı arasında əhatəli əməkdaşlıq sazişinin imzalanmasında olduqca maraqlıyıq.

Bu gün Polşa ilə Azərbaycan arasında bir sıra razılaşmalar imzalandı. Bu da əslində bizim münasibətlərimizin yeni bir səhifəsini göstərir. Biz Polşa tərəfi olaraq uzun müddətdir Avropa İttifaqının üzvüyük və bu mövqedən çıxış edərək istərdik ki, Avropa İttifaqı öz əməkdaşlıq qapılarını daha geniş açsın və yalnız müttəfiqlər haqqında düşünməsin, həmçinin digər ölkələrlə də əməkdaşlıq imkanlarını genişləndirsin. Biz çox şadıq ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlıq edir. Bununla biz, həmçinin ikitərəfli siyasi və iqtisadi əməkdaşlığımızı da inkişaf etdirmiş oluruq.

Bu gün iqtisadi təşəbbüslərə gəldikdə, ölkələrimiz arasında olan gündəlik göstərir ki, xalqlarımızın rifahına xidmət edən bir çox layihələr var. Bu sırada nəqliyyat sahəsini, daşımaları qeyd etmək istəyirəm. Həmçinin müxtəlif istiqamətlərdə nəqliyyat dəhlizləri yaradılmışdır. Son illər ərzində Polşa xüsusən də dəniz limanlarına və dəmir yol xətlərinə malik olan dövlətlərlə öz əlaqələrini inkişaf etdirib. Bu baxımdan bizim ölkəmizdə logistika infrastrukturunun yaradılmasına da diqqət yetirilir. İstərdik ki, bu gün biz, həmçinin beynəlxalq hava limanları vasitəsilə bu sahədəki mübadilələri daha da artıraq. Biz ölkəmizdə bunu yaradırıq. Ölkəmizin coğrafi mövqeyindən istifadə edərək, biz yaxşı anlayırıq ki, bununla bağlı bir sıra üstünlüklər var və bu üstünlüklərdən istifadə olunmalıdır. Xüsusən də Şimal ilə Cənub, Qərb ilə Şərq, Avropa ilə Asiya arasında multimodal daşımalar əməliyyatları artmalıdır. Qeyd etmək istəyirəm ki, Polşa, həmçinin Trans-Xəzər daşımalar dəhlizlərində də iştirak etməkdə maraqlıdır. Biz, həmçinin istərdik ki, Avropanın cənub-qərb hissəsində öz əlaqələrimizi daha da genişləndirək.

Azərbaycan bu gün geniş imkanlara malik olan ölkədir və bilirik ki, böyük layihələr həyata keçirməkdədir. Azərbaycan, həmçinin Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmuşdur. Bunun sayəsində Çinə və Hindistana ticarət marşrutları daha da qısalacaqdır. Bu baxımdan istərdik ki, Polşa şirkətləri Azərbaycanda daha geniş şəkildə fəaliyyət göstərsinlər. İstərdik ki, Polşada da Azərbaycan şirkətləri daha geniş şəkildə çalışsınlar və məhsulların ixrac-idxalı ilə məşğul olsunlar.

Qeyd etmək istəyirəm ki, biz son illər ərzində ticarət dövriyyəsində 600 milyon dollara yaxın imkanlar əldə etmişik. Bu da, həmçinin bizim ümumi daxili məhsulumuzun artımından xəbər verir. İstərdik ki, ölkələrimiz arasında ticarət mübadilələri daha da artsın. Təbii ki, bizim ötən il ərzində geniş şəkildə artan ticarət dövriyyəsi buna yaxşı misaldır. Çünki həm Azərbaycan məhsulları Polşada, həm də Polşa məhsulları Azərbaycanda təşviq olunur.

Cənab Prezident, hörmətli iştirakçılar, ümid edirəm ki, bu gün hər iki ölkənin biznes qurumları arasında imzalanacaq sazişlər bizim təmaslarımızı daha da gücləndirəcək və yaxın gələcəkdə ticarət dövriyyəmizi artıracaq. Təbii ki, iqtisadi və ticari münasibətlərimizin genişləndirilməsi baxımından, həmçinin istərdik ki, bizim xarici ticarət üzrə qurumumuz Bakıda daha geniş şəkildə fəaliyyət göstərsin və sizin də müvafiq strukturlarınız bizə qoşulsun.

Cənab Prezident, keçirdiyimiz görüşlərə, aparılmış məhsuldar fikir mübadiləsinə görə Sizə təşəkkürümü bildirirəm. İstərdim ki, ölkələrimiz bu iqtisadi faydalardan yararlansın və bundan sonra da biz Azərbaycanın və Polşanın maraqlarına xidmət edən layihələri birgə həyata keçirək. Mən Sizə işlərinizdə uğurlar arzulayıram.

X X X

Biznes forum işini təqdimatlar və iş adamlarının ikitərəfli görüşləri ilə davam etdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bakıda Azərbaycan-Polşa biznes forumu keçirilib YENİLƏNİB VİDEO

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO