Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir
Ankara, 11 iyun, AZƏRTAC
Rəsmi Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan Kipr türklərinin maraqlarını mümkün qədər dolğun şəkildə irəli aparmaq məqsədilə istifadə etməyə davam edir. Bu, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatının platformalarına da aiddir.
AZƏRTAC xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman ölkəyə rəhbərliyinin ilk 200 gününün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlarda müşahidəçi statusu ŞKTC rəhbərliyinə idman, texnologiya, təhsil və turizm də daxil olmaqla, müxtəlif sahələrdə xarici tərəfdaşlarla fəal əlaqələr qurmağa imkan verir.
O, həmçinin Lefkoşa ilə Ankaranın xarici siyasət sahəsində səylərinin sıx koordinasiyasının əhəmiyyətini vurğulayıb: “Bu günədək türk Kiprinin bütün liderləri Kipr məsələsi və ümumilikdə xarici siyasətlə bağlı danışıqları Türkiyə ilə sıx əməkdaşlıq şəraitində aparıblar. Biz də eyni baxışa sadiqik. Kipr məsələsi üzrə danışıqları Türkiyə Cümhuriyyəti ilə məsləhətləşərək və addımlarımızı əlaqələndirərək davam etdirəcəyik”.
Dövlət başçısı vurğulayıb ki, Lefkoşa danışıqlardan yayınmır: “Dialoq dərhal başlaya bilər. Əsas məsələ razılaşdırılmış şərtlərin yerinə yetirilməsidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]