İDMAN


Batut üzərində sinxron tullanış yarışlarının qalibləri müəyyənləşib

Bakı, 28 noyabr, AZƏRTAC

Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarında batut üzərində sinxron tullanış yarışlarının qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, 17-21 yaşlı oğlanların mübarizəsində Qazaxıstan, Fransa və Belarus komandaları ilk üçlükdə yer alıblar.

Qızların yarışında Rusiya komandası birinci olub. Danimarka komandası yarışı ikinci, Almaniya isə üçüncü pillədə başa vurublar.

Xatırladaq ki, yarışın birinci günündə batutçumuz Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Milli Gimnastika Arenasında keçirilən yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.