Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib

Naxçıvan, 17 noyabr, AZƏRTAC 

Noyabrın 17-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət edib, abidə önünə tər gül dəstəsi düzüblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları ümummilli liderin abidəsi önündə xatirə şəkli çəkdiriblər.

Sonra sessiya öz işinə başlayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 1 noyabr 2015-ci il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair çıxış edərək deyib ki, seçici siyahılarına daxil edilmiş 268 min 463 nəfərdən 205 min 166 nəfəri, yəni 76,4 faizi seçkidə iştirak edib. Seçki qutularında aşkar edilən bülletenlərdən 203 min 991-i, yəni 99,4 faizi etibarlı hesab edilibdir. Seçkilərin keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı qanun pozuntularına yol verilməyib, aşkarlıq təmin edilib, müxtəlif xarici və yerli, o cümlədən siyası partiyaların müşahidəçiləri seçkilərin gedişini və səslərin hesablanmasını izləyiblər. Təqdim edilmiş sənədlərin təhlili nəticəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilmiş seçkilərin qanunvericiliyə uyğun olduğu, demokratik, aşkarlıq və hər kəsin öz iradəsini sərbəst ifadə etdiyi şəraitdə keçirildiyi müəyyən edilib. Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti konstitusiya icraatı qaydasında işə baxaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsinə, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 93.1-ci və 93.4-cü maddələrinə uyğun olaraq keçirilən seçkilərin nəticələrini 2015-ci il 10 noyabr tarixli qərarı ilə bütövlükdə təsdiq edib. Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2015-ci il 1 noyabrda keçirilən seçkilərdə 45 seçki dairəsi üzrə seçilmiş 45 deputatın səlahiyyətləri təsdiq edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 2-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçilmiş deputatların siyahısını oxuyub.

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının ilk iclasına 12 saylı Yuxarı Daşarx Seçki Dairəsindən deputat Tariyel Talıbov sədrlik edib.

1 noyabr 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilər zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçilmiş 45 deputatın hamısı sessiyada iştirak etdiyindən sessiya öz işinə başlamağa səlahiyyətli hesab edilib.

Azərbaycan Respublikasının Dövlət himni səslənib.

Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi məsələsi müzakirə edilib.

14 saylı Danyeri Seçki Dairəsindən deputat Asim Əliyev çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilmək üçün Vasif Yusif oğlu Talıbovun namizədliyini irəli sürərək deyib: 2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilər bir daha göstərdi ki, muxtar respublika əhalisi ümummilli lider Heydər Əliyev yolunun davam etdirilməsinə alternativ görmür. Bu da səbəbsiz deyil. Çünki son illər bu yolun uğurla davam etdirilməsi nəticəsində muxtar respublikada bütün sahələrdə inkişaf və tərəqqiyə nail olunub. 1995, 2000, 2005 və 2010-cu illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilmiş Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət inkişaf etdirilib, ordu quruculuğu sahələrində tədbirlər görülüb, yeni iş yerləri açılıb. Ötən dövrdə milli dəyərlərimizin qorunub yaşadılması, tarixi abidələrin bərpası istiqamətində də ardıcıl tədbirlər həyata keçirilib, Naxçıvanın tarixi, ələlxüsus 5 min illik şəhər mədəniyyəti sistemli şəkildə öyrənilib.

Deputat Asim Əliyev qeyd edib ki, muxtar respublikada iqtisadi inkişafın vacib göstəricisi hesab olunan ərzaq və enerji təhlükəsizliyi tam təmin edilib. Hazırda Naxçıvanda 336 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Bir vaxtlar gecələri zülmət qaranlığa qərq olan Naxçıvanın bu gün gecəsi də gündüzü kimidir. Muxtar respublika enerji idxalçısından onu ixrac edən regiona çevrilib. İndi Naxçıvanda texniki inqilabın ən son nailiyyətləri tətbiq olunur. Naxçıvan sabitlik və inkişaf diyarıdır. Hansı sahəyə diqqət yetirsək, böyük dəyişikliklərin, inkişafın şahidi olarıq. Qəbul olunan dövlət proqramları uğurla icra olunur, əhalinin rahat və firavan yaşayışı təmin edilir. Təqdirolunası haldır ki, bu tədbirlər Naxçıvan şəhərində də, ən ucqar dağ kəndində də eyni səviyyədə aparılır. Bir sözlə, iqtisadi inkişafı faizlərlə deyil, dəfələrlə ölçülən, günbəgün müasirləşən qədim Naxçıvanda hər gün bir yeniliyə imza atılır. Artıq blokada çətinlikləri unudulub, həyat norması olan yeniləşmə isə daha xoşbəxt gələcəyin carçısına çevrilib.

Asim Əliyev deyib: Sadalanan bu uğurlar hörmətli Vasif Talıbovun muxtar respublikaya uğurlu rəhbərliyi sayəsində mümkün olub. Muxtar respublikanın keçdiyi inkişaf yolu, - “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”, - deyən ulu öndər Heydər Əliyevin ideyalarına dərin sədaqətin təcəssümüdür. Seçicilərimin mənə verdiyi vəkaləti nəzərə alıb, 7 saylı Aralıq seçki dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilmiş Vasif Yusif oğlu Talıbovun yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə namizədliyini irəli sürürəm! Hesab edirəm ki, bu, həm seçicilərimizin, həm də deputat həmkarlarımın fikridir!

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarından Sevda Quluyeva, Namiq Məmmədov və Saleh Məhərrəmov çıxış edərək deputat Vasif Talıbovun yenidən Ali Məclisin Sədri seçilməsi təklifini dəstəkləyiblər.

Deputatlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə irəli sürülmüş namizədin açıq səsvermə yolu ilə seçilməsini təklif ediblər. Səsvermənin nəticələrini hesablamaq üçün 3 nəfərdən ibarət hesablayıcı komissiya seçilib.

Sonra səsvermə keçirilib.

Hesablayıcı komissiyanın yekun protokoluna əsasən səsvermədə iştirak edən 45 deputatın hamısı 7 saylı Aralıq seçki dairəsindən seçilmiş deputat Vasif Yusif oğlu Talıbovun lehinə səs verib. Beləliklə, Vasif Yusif oğlu Talıbov yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sessiyada çıxış edib.

 Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin

birinci sessiyasında muxtar respublika Ali Məclisinin 

Sədri Vasif Talıbovun

Ç I X I Ş I

Hörmətli deputatlar!

Hörmətli sessiya iştirakçıları!

Bu gün biz beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasına toplaşmışıq.

Ali Məclisin ötən çağırışdakı fəaliyyət dövründə muxtar respublikada inkişaf təmin edilmiş, yeniləşməyə nail olunmuşdur. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilən quruculuq xətti davam etdirilmiş, idarəetmə orqanlarının məsuliyyəti artırılmışdır.

Bu gün əminliklə demək olar ki, ötən beş ildə nəzərdə tutulan proqramlar icra olunmuş, yeni infrastruktur, istehsal və emal sahələri, sosial-mədəni obyektlər yaradılmış, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi üçün tədbirlər görülmüşdür.

Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunmuş bütün nailiyyətlərin əsasında ümummilli liderimiz Heydər Əliyevin inkişaf konsepsiyası dayanır. Müstəqil ölkəmizin hər bir guşəsində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bu konsepsiyanın bəhrələri göz qabağındadır. Ötən illərin təcrübəsi bir daha göstərdi ki, heç bir qüvvə, kənar təsir Azərbaycanı Heydər Əliyev yolundan döndərə bilməz. Ümummilli liderimizin adı və əməlləri müstəqil Azərbaycanda bu gün olduğu kimi, gələcəkdə də yaşayacaqdır.

Noyabr ayının 1-də Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilər xalqımızın Heydər Əliyev yoluna sədaqətinin daha bir ifadəsi oldu. Bu gün seçkilərdə fəallıq göstərən, ulu öndərimizin siyasi kursunu dəstəkləyən bütün seçicilərə minnətdarlığımı bildirirəm!

Muxtar respublika Mərkəzi Seçki Komissiyasına, dairə və məntəqə seçki komissiyalarına, seçkilərin qanunvericiliyin tələbləri səviyyəsində keçirilməsini təmin edən bütün aidiyyəti orqanlara təşəkkür edirəm!

Eyni zamanda beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarını da muxtar respublika seçicilərinin yüksək etimadına layiq görüldüklərinə görə təbrik edirəm!

Hörmətli sessiya iştirakçıları!

Qarşıdakı dövrdə də biz fəaliyyətimizi gücləndirməli, əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmalı, yeni istehsal sahələrinin və bununla bərabər yeni iş yerlərinin yaradılmasını təmin etməli, sosial sahələrin inkişafına diqqəti artırmalıyıq.

Qarşıda dayanan vəzifələrin icrasında hamınıza uğurlar arzulayır, çıxışımı ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıram: “Biz irəliyə baxmalı, ölkəmizin uzunmüddətli, dayanıqlı və səmərəli inkişafını təmin etmək üçün çalışmalıyıq”.

Sağ olun!

Sonra sessiya öz işini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sədrliyi ilə davam etdirib.

Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavinlərinin seçilməsi

2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi

Sessiyanın iş qaydası, reqlamenti təsdiq olunub, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavinlərinin seçilməsi məsələsi müzakirə edilib.

10 saylı Şərur şəhər Seçki Dairəsindən deputat Azər Yadulla oğlu Zeynalov Ali Məclis Sədrinin birinci müavini, 21 saylı Məzrə Seçki Dairəsindən deputat Mirhəşim Əhməd oğlu Seyidov isə Ali Məclis Sədrinin müavini seçiliblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov minnətdarlıq edərək göstərilən etimadı doğruldacağını bildirib.

Sonra sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi komitələrinin sədrləri, sədr müavinləri və üzvləri seçilib.

Bununla da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası öz işini başa çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 mindən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib

Naxçıvan şəhərində evdə baş verən yanğın söndürülüb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib

Nazir: Qarabağ Universitetinə proqram rəhbərləri seçilib, əlavə vakant yerlər də açılacaq – EKSKLÜZİV

Daşkənd şəhəri MDB-nin gənclər paytaxtı oldu

NDU-nun kafedra müdiri: Naxçıvanda fiziki məhdudiyyətli uşaqların sayı azalıb

Cari ilin birinci rübündə ixrac edilən xam neft və neft məhsullarının dəyəri açıqlanıb

Emin Əmrullayev: Dünya universitetlərinin reytinq siyahısında yer almaq üçün ixtisaslaşma vacib rol oynayır

Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb

Birinci rübdə neft koksunun ixracı 7 faizdən çox azalıb

Azərbaycanda Türkiyənin Sığorta Birliyinə bənzər təşkilatın yaradılması nəzərdə tutulur

Məleykə Abbaszadə: Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir - EKSKLÜZİV

“İnfraqırmızı spektroskopiyanın üzvi və qeyri-üzvi birləşmələrə tətbiqi” kitabının VI cildi nəşr olunub

Məhkumluqdan azad olunmasına üç ay qalmış bir qrup şəxsin qiymətləndirilməsi aparılıb

Taksford At Muzeyi onilliyini qeyd edir

Si Cinpin Ukrayna böhranının həlli üçün dörd prinsip təklif edib

Naxçıvanqalanın bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən ön divarlarından biri uçub

Şərurun Kərimbəyli kəndində yanğın baş verib VİDEO

Energetika naziri: Azərbaycan yaşıl hidrogen üzrə də Aİ üçün etibarlı tədarükçü olacaq

Azərbaycan Premyer Liqasında daha iki turun oyun cədvəli açıqlanıb

“Tesla” 14 min əməkdaşını ixtisar etməyi planlaşdırır

Kopenhagendə birja binasında yanğın baş verib

Tovuzda 23 yaşlı gənc bıçaqlanıb VİDEO

ATƏT-in konfransında Azərbaycandakı multikultural mühit barədə məlumat verilib

“İrAero” Nijni Novqoroddan Bakıya aviareyslər açıb

Zelenski: ABŞ-ın dəstəyi olmadan Kiyevin qələbə şansı yoxdur

Azərbaycan dili üzrə sertifikasiya imtahanı payızda keçiriləcək - EKSKLÜZİV

Həqiqi hərbi xidmətə aprel çağırışı davam edir

Gürcüstanın xarici ticarət dövriyyəsi 6,5 faiz azalıb

Elnur Eltürk: Marneuli “Vikipediya” klubunun üzvləri Azərbaycana aid yüzlərlə məqalə yaradıblar

Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMAN

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident İlham Əliyev: Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək

A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident: Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

On dörd nəfər Bakı məktəblisi buraxılış imtahanında maksimum nəticə göstərib

Prezident İlham Əliyev: Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır

Azərbaycan Prezidenti: Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur

Prezident: Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb

“Lufthansa” bu gündən Təl-Əviv, Əmman və Ərbilə uçuşları bərpa edəcək

Növbəti illərdə Azərbaycan hökumətinin qarşısında duran əsas infrastruktur layihələri açıqlanıb

Prezident: Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir

Taxıl biçini həyata keçirəcək mexanizatorlar üçün təlimlərə start verilir

İsrail XİN 32 ölkəni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Azərbaycan Prezidenti: Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaq

Azərbaycan gimnastları Çexiyada beynəlxalq turnirə qatılacaqlar

Yığmanın basketbolçusu: Parisdə fəxri kürsüyə qalxmaq üçün mübarizə aparacağıq

Prezident İlham Əliyev: Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq

Prezident: Son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub
Dövlətimizin başçısı tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

FHN: Ötən sutka ərzində 26 halda yanğına çıxış olub

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Buraxılış imtahanlarının nəticələri açıqlanıb: 39 nəfər 300 bal toplayıb