Belarus Dövlət Universiteti ilə Coğrafiya İnstitutu arasında memorandum imzalanıb
Bakı, 4 fevral, AZƏRTAC
Fevralın 4-də Belarus Dövlət Universiteti (Minsk, Belarus Respublikası) ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutu arasında elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandum imzalanıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, memoranduma əsasən, tərəflər elmi tədqiqatların əsas istiqamətləri üzrə əməkdaşlar üçün elmi ixtisasartırmanın təşkili, birgə elmi-tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, seminarların, elmi konfransların və simpoziumların təşkili və keçirilməsi, eləcə də monoqrafiyalar, elmi məqalələr və məcmuələr daxil olmaqla elmi nəşrlərin çapı istiqamətində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, tərəflərin razılaşdırılmış digər qarşılıqlı fəaliyyət formalarını həyata keçirməsi nəzərdə tutulur ki, bu da iki qurum arasında elmi potensialın səmərəliyinin artırılmasına, qabaqcıl tədqiqatların aparılmasına və beynəlxalq elmi əməkdaşlığın uzunmüddətli perspektivdə davamlı inkişafına mühüm töhfə verəcək.
Memorandumu Belarus Dövlət Universitetinin elmi işlər üzrə prorektoru kimya elmləri doktoru, professor Andrey Viktoroviç Bloxin və Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən coğrafiya elmləri doktoru, dosent Zaur İmrani imzalayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.02.2026 [18:09]
“Cəsur kəşfiyyatçı” kitabının təqdimatı keçirilib
- 04.02.2026 [17:44]
DİM imtahan rəhbərlərini və nəzarətçiləri mükafatlandırıb
- 04.02.2026 [17:15]
AMEA-nın müxbir üzvü Oruc Həsənlinin biblioqrafik göstəricisi nəşr olunub
- 04.02.2026 [17:09]
WUF13-ün Bakıda keçirilməsi Azərbaycana etimadın göstəricisidir
- 04.02.2026 [16:44]
Mərkəzi Elmi Kitabxanada Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb
- 04.02.2026 [16:16]