Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda ESG və dayanıqlı inkişaf gündəliyi: normativ çərçivədən strateji inteqrasiyaya doğru – MÜSAHİBƏ

 

Bakı, 4 fevral, Pərvanə Qafarova, AZƏRTAC

Qlobal dayanıqlı inkişaf çağırışları, yaşıl maliyyə alətlərinin genişlənməsi və COP29-dan sonrakı institusional transformasiya fonunda Azərbaycanda ESG prinsiplərinin dövlət siyasəti və biznes mühitinə inteqrasiyası yeni mərhələyə qədəm qoyur. Bu istiqamətdə mövcud tendensiyalar, struktur problemlər və uzunmüddətli perspektivlər barədə AZƏRTAC-a müsahibəsində “Sustainera Solutions” şirkətinin təsisçisi İlkin Hacıyev ətraflı məlumat verib.

- Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) dövlət strategiyalarına və korporativ təcrübələrə inteqrasiya səviyyəsini necə qiymətləndirirsiniz və sizin fikrinizcə, hansı məqsədlər hələ də ən az işlənmiş olaraq qalır?

-Dayanıqlı İnkişaf Məqsədləri 2015-ci ildə BMT tərəfindən qəbul edilsə də, dayanıqlılıq, xüsusilə ESG (Ətraf mühit, Sosial və İdarəetmə) prinsipləri 2000-ci illərin əvvəlindən etibarən gündəmə gəldi. İlk tətbiq sahəsi maliyyə qurumları oldu. Belə ki, maliyyə qurumlarında bu prinsipləri tətbiq etmək, iqtisadiyyatın digər sahələrinə də bu təsiri yaymağa yardım etdi.

Digər tərəfdən, son onilliklərdə baş verən qlobal iqlim dəyişikliyi, su və digər resurslarının kəskin azalması, ekoloji kirlənmələr və ümumilikdə bu proseslərin həm insan sağlamlığı, həm də yer kürəsinə mənfi təsirləri artıq hiss edilə bilən səviyyəyə çatdı. Məhz bu səbəbdən, bu proseslərin fonunda DİM-lər, sadəcə, cəlbedici termin olmaqdan daha ziyadə, bizneslərin davamlılığı, bəşəriyyətin varlığını davam etdirməsi daha aktual müzakirə olunmağa başladı. Azərbaycan da 2015-ci ildə BMT-nin müvafiq qətnaməsini dəstəkləyərək Dayanıqlı İnkişaf Məqsədlərini milli gündəliyin tərkib hissəsini çevirdi. Burada əsas məqam isə yalnız siyasət səviyyəsində (policy level) deyil, eyni zamanda, bu prinsiplərin icra mexanizmlərinin işlənib hazırlanması və tətbiq edilməsidir.

Dövlət strategiyaları

DİM-lərin və ESG prinsiplərinin dövlət strategiyalarının bir hissəsinə çevrilməsi COP-29-dan sonra daha da aktiv fazaya keçdi. Hazırda Azərbaycanda DİM-lərin dövlət siyasətinə uyğunlaşdırılması kifayət qədər uğurla gedir. Məsələn, “Azərbaycan 2030: Milli Prioritetlər” sənədi demək olar ki, tamamilə bu məqsədlər üzərində qurulub.

Hazırda dövlətin əsas fokusunda təmiz enerji (SDG 7) və iqlim dəyişikliyi (SDG 13) dayanır. Xüsusilə işğaldan azad olunmuş torpaqlarımızın “Yaşıl Enerji Zonası”na çevrilməsi və ölkəmizin COP29-a ev sahibliyi etməsi bu məsələnin nə qədər ciddi qəbul edildiyinin ən real göstəricisidir.

Yaşıl iqtisadiyyata keçiddə ən böyük əngəllərdən biri maliyyələşmə mexanizmidir. Hər zaman ortaya çıxan ilk sual bu olur ki, “bu keçid prosesi əlavə maliyyə yükü yaradır və bunu kim qarşılayacaq”? Məhz bu xüsusda 2024-cü ildə Mərkəzi Bank Yaşıl Taksonomiya sənədini qəbul etdi. Taksonomiya iqlim, yaşıl, sosial və ya dayanıqlılıq məqsədlərinə xidmət edən fəaliyyətləri müəyyən edən təsnifat sistemidir. Taksonomiya ətraf mühit məqsədlərinə nail olmağa və yaşıl iqtisadiyyatın inkişafına töhfə verməyə yönəlmiş fəaliyyətlərin siyahısını müəyyən edir. Bu da öz növbəsində, yaşıl iqtisadiyyata keçid üçün maliyyələşmə mexanizmini əlçatan etmiş olur.

Ötən ilin dekabr ayında Mərkəzi Bank tərəfindən qəbul edilmiş qərarla “Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”nda dəyişikliklər edilmişdir. Bu dəyişikliyə əsasən, banklar artıq dayanıqlılıq hesabatları təqdim etməli olacaq

Korporativ kontekstdə şirkətləri bir neçə qrupa ayıra bilərik:

- Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlər. Bu şirkətlərdə qlobal səviyyədə dayanıqlılıq və ESG prinsipləri tətbiq edilir, illik əsasda ESG hesabatları dərc olunur və fəaliyyət bu prinsiplərin əsasında təşkil edilərək buna uyğun tənzimlənir.

- Yerli şirkətlər, lakin əsas fəaliyyəti qlobal şirkətlərlə və ixracla bağlı olanlar. Bu kateqoriyaya daxil olan şirkətlər artıq beynəlxalq standartla tanışdır və fəaliyyətini - əsas müştərilərlə işlərini davam etdirmək üçün müvafiq standartlara cavab verməlidir. Bu səbəbdən müvafiq infrastruktura sahibdir.

- ESG prinsipləriylə yeni tanış olmuş yerli şirkətlər. Bu qrupa daxil olan şirkətlər hazırda daha dərin fəaliyyətlə məşğul olmasa da, əsasən illik Dayanıqlılıq Hesabatları dərc edir, DİM-lərə uyğunlaşdırılmış müəyyən korporativ sosial məsuliyyət layihələri icra edir və daha çox PR yönümlü fəaliyyətə üstünlük verir.

Bu 3 qrupa daxil olmayan şirkətlər isə ESG sahəsində ümumiyyətlə heç bir korporativ təcrübəyə malik deyil. Burada bir məqamı da qeyd etmək lazımdır ki, ESG kontekstində bütün sektorlar eyni sürət və göstəricilərə eyni anda malik ola bilməz. Belə ki, bu sahədə bütün dünya üzrə belə öndə gedən sektorlar bank, nəqliyyat/logistika və enerji sahəsindəki böyük şirkətlər olur. Bu tendensiyanı ölkəmizdə də müşahidə edə bilərik.

Ümumiləşdirsək, ölkəmizdəki tendensiyanı düzgün xətt olaraq adlandıra bilərik, lakin biz “uyğunluq” (compliance) mərhələsindən “strateji inteqrasiya” mərhələsinə keçməliyik. Yəni SDG-lər şirkətin illik hesabatında bir şəkil deyil, onun biznes modelinin əsas hərəkətverici qüvvəsi olmalıdır.

- Bu gün Azərbaycan şirkətləri ESG yanaşmalarını tətbiq edərkən hansı əsas maneələrlə üzləşirlər: normativ, institusional, yoxsa kadr çatışmazlığı ilə bağlı? Orta müddətli perspektivdə hansıları daha kritik hesab edirsiniz?

-Bununla bağlı, bir neçə məsələni qeyd etmək olar. 2024–2025 dövründə ESG üzrə hüquqi bazanın yaradılmasına başlansa da, hələ də çərçivələrin tamamlanması və sektorlar üzrə konkret tələblərin formalaşdırılması prosesi davam edir. Başqa sözlə, standartların tətbiqi və icra mexanizmləri hələ də tam formalaşmayıb. İnstitusional idarəetmə boşluqları da təbii ki, mövcuddur. ESG-nin uğuru birbaşa idarəetmə keyfiyyətindən, yəni şəffaflıq, etik qərarvermə və hesabatlılıqdan asılıdır. İnstitusional idarəetmə bu sahədə əsas zəif bəndlərdən biri kimi göstərilir. Belə ki, ESG-nin mərkəzində idarəetmə prinsipləri dayanır və institusional zəifliklər hətta güclü normativ baza və təlim proqramları olsa belə ESG-nin real tətbiqinə mane olur.

Digər tərəfdən şirkətlərdə ümumiyyətlə ESG-nin məzmunu və bizneslər üçün əhəmiyyəti ilə məlumatlığın aşağı olması digər bir maneə kimi qiymətləndirilə bilər. Bir çox hallarda ESG və dayanıqlı inkişaf anlayışlarına, sadəcə, bir trend kimi baxılır. Lakin öncə qeyd etdiyim kimi, bu artıq bir seçim deyil, bizneslərin davamlığı üçün zəruridir. Dövlətin bu sahədə atdığı addımlar da bir daha göstərir ki, ESG şirkətlər üçün artıq, sadəcə, seçim deyil.

Kadr çatışmazlığı və dayanıqlılıq mədəniyyətinin formalaşması məsələsinə gəlincə, bu, təbii ki, zaman tələb edən bir prosesdir. Texnologiyanı əldə etmək asan olsa da, bu düşüncə tərzini şirkət daxilində oturtmaq üçün illərlə gözləmək biznesləri rəqabətdə geri sala bilər. Bu prosesi vaxtında dərk edib tətbiqə başlayan bizneslər, hər bir sahədə olduğu kimi, rəqiblərini qabaqlayaraq ciddi bir üstünlük qazanacaqlar. “Sustainera” olaraq, biz biznesin daxili strukturunu analiz etdikdə, oradakı sistem boşluqlarını aydın şəkildə müəyyən edirik və məhz həmin ehtiyaclara uyğun fərdi inkişaf strategiyaları hazırlayırıq. Bizim yanaşmamız isə bu zaman itkisini minimuma endirməyə yönəlib. Mütəxəssislərimiz qlobal standartları yerli bazarın xüsusiyyətlərinə uyğunlaşdırmaqla, bizneslər üçün daha rahat, effektiv və maliyyə baxımından əlverişli “yol xəritələri” hazırlayırlar. Beləliklə, biz şirkətlərə həm zaman qazandırır, həm də onların dayanıqlı gələcəyini daha sağlam təməllər üzərində qururuq.

-Hazırda Azərbaycanda ESG gündəliyi nə dərəcədə mahiyyətlidir və formal xarakter daşımır? Real dayanıqlı inkişafı “ESG vitrinindən” fərqləndirməyə imkan verən hansı mexanizmlər mövcuddur?

-2026-cı ilə qədəm qoyduğumuz bu dövrdə, xüsusilə COP29-dan sonra biznes mühitindəki yanaşma ciddi şəkildə dəyişib. Bu sualı iki hissədə cavablandırmaq istərdim:

1. ESG gündəmi nə dərəcədə realdır? - Düzünü desəm, hazırda bazarda həm real transformasiya, həm də “vitrin” (greenwashing) yanaşmaları paralel mövcuddur. Mərkəzi Bankın “Yaşıl Taksonomiya”nı tətbiq etməsi və banklar üçün iqlim riskləri ilə bağlı hesabatlılıq tələbləri (GRI və digər beynəlxalq standartlara keçid) prosesi rəsmi çərçivəyə salır. Bu, artıq formal deyil, maliyyəyə çıxış üçün bir şərtdir.

Ölkə siyasəti yaşıl iqtisadiyyata və yenilənən enerjiyə keçid üzərində qurulub. Bu sahəyə artıq milyardlarla dollar məbləğində invesitsiyalar edilir və növbəti illərdə təmiz enerjinin payının artımı ciddi şəkildə hiss ediləcək. Digər tərəfdən isə, bəzi şirkətlər hələ də ESG-ni, sadəcə, “hesabat dərc etmək” və ya “sosial şəbəkədə yaşıl şəkillər paylaşmaq” kimi görürlər. Onlar üçün bu, biznesin köklü dəyişməsi deyil, PR-ın bir hissəsidir.

2. “ESG Vitrini”ni real fəaliyyətdən necə fərqləndirək? - Real dayanıqlı inkişafı, sadəcə, bəzəkli hesabatlardan ayırmaq üçün biz bir neçə konkret mexanizmə və “filtrə” diqqət yetiririk:

Mexanizm

Formal Yanaşma (Vitrin)

Real Dayanıqlı İnkişaf

Ölçülə bilən data

"Ətraf mühiti qoruyuruq" kimi ümumi sözlər.

Məsələn, karbon emissiyasının (Scope 1, 2, 3) dəqiq rəqəmlərlə ifadəsi.

Maliyyə İnteqrasiyası

ESG xərcləri sadəcə marketinq büdcəsidir.

ESG hədəfləri şirkətin investisiya planlarına daxildir.

Audit və Verifikasiya

Daxili, yoxlanılmamış hesabatlar.

Üçüncü tərəf (müstəqil auditorlar) tərəfindən təsdiqlənmiş hesabatlar.

Tədarük Zənciri

Şirkətin yalnız ofis daxili fəaliyyəti.

Bütün tədarükçülərin və tərəfdaşların ESG meyarlarına uyğunluğu.

-Sizin fikrinizcə, milli rəqəmsal platformalar, fintex və “GovTech” həlləri ESG hesabatlılığının şəffaflığının artırılmasında və SDG göstəricilərinin monitorinqində hansı rolu oynaya bilər?

-Bu mövzu, əslində, Azərbaycanda dayanıqlı inkişafın gələcəyini müəyyən edən ən kritik nöqtə ola bilər. Belə ki, “ölçə bilmədiyiniz şeyi idarə edə bilməzsiniz”.

Rəqəmsal həllər isə bizə məhz bu ölçmə və idarəetmə imkanını verir. “GovTech”: Şəffaflıq və dəqiq məlumat Dövlətin rəqəmsal sistemləri (məsələn, vergi və ekologiya portalları) ESG göstəricilərinin yoxlanılması üçün ən etibarlı mənbə rolunu oynaya bilər. Bu sistemlərin inteqrasiyası sayəsində şirkətlər öz rəqəmlərini manipulyasiya edə bilmirlər. Məsələn, müəssisənin enerji sərfiyyatı və ya tullantı həcmi birbaşa rəsmi bazadan gələn real faktlarla təsdiqlənir. Bu da ölkə üzrə real tərəqqini izləməyə imkan verir.

Fintex: “Yaşıl maliyyə” və sürətli qiymətləndirmə

Fintex həlləri ESG-nin maliyyə tərəfini xeyli asanlaşdırır. Məsələn, banklar kredit verərkən rəqəmsal platformalar vasitəsilə şirkətin ESG balını avtomatik görə və ya hesablaya bilir. Həmçinin bu texnologiyalar sayəsində dayanıqlı layihələrə yatırılan hər bir manatın hara xərcləndiyini və hansı nəticəni verdiyini şəffaf şəkildə izləmək mümkündür. Məhz bu rəqəmsal transformasiya sayəsində biz dayanıqlılığı “kağız üzərindəki məqsəd”dən “rəqəmsal reallığa” çevirəcəyik. Bu keçid bizneslər üçün həm xərcləri azaldacaq, həm də beynəlxalq investorlar üçün etibarlılıq yaradacaq.

-Qlobal trendlər və Azərbaycanın regional liderlik ambisiyaları fonunda yaxın 5–10 il ərzində ölkədə ESG tənzimlənməsinin və dayanıqlı maliyyələşmənin inkişafını necə görürsünüz?

-Gələcək 5–10 il Azərbaycan üçün, sadəcə, iqtisadi inkişaf deyil, həm də regionun yaşıl mərkəzinə çevrilmək üçün imkan pəncərəsi ola bilər. Bu müddət ərzində üç əsas istiqamətdə ciddi dəyişikliklər gözləyə bilərik:

1. Tənzimləmə: “Könüllü”dən “Məcburi”yə keçid

Yaxın illərdə ESG hesabatlılığı artıq şirkətlərin seçimi olmayacaq. Mərkəzi Bankla yanaşı, digər tənzimləyici qurumların da tələbi ilə, xüsusilə iri vergi ödəyiciləri və dövlət şirkətləri üçün məcburi ESG standartları tətbiq edilə bilər.

2. Dayanıqlı Maliyyələşmə: “Yaşıl Kreditlər”in artımı

Məlumatlılıq və qanunvericilik bazası gücləndikcə, bank sektorunda “Yaşıl maliyyə” payının sürətlə artmasına şahid ola bilərik. Əgər qlobal maliyyə institutları bu sahəyə yatırım edirsə, deməli, dayanıqlılıq artıq qlobal iqtisadi sistemin ayrılmaz bir hissəsinə çevrilib.

3. Regional Liderlik: Xəzərdən Avropaya Yaşıl Dəhliz

Azərbaycanın regiondakı ambisiyaları (məsələn, yaşıl enerji ixracı) ölkəmizi həm də bir ESG bilik mərkəzinə (hub) çevirəcək. COP29-dan qalan miras və qurulan beynəlxalq tərəfdaşlıqlar imkan verəcək ki, yerli şirkətlərimiz Orta Asiya və Xəzər regionunda “yaşıl transformasiya” üzrə nümunə rolunu oynasınlar.

Bizneslər üçün mesajım sadədir: Növbəti illərdə ESG sadəcə “yaxşı görünmək” deyil, “ayaqda qalmaq” məsələsi olacaq. Bizim mütəxəssis olaraq missiyamız biznesləri bu yeni dövrə həm texniki, həm də strateji cəhətdən hazırlamaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda ilk hissə başa çatıb

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyunu başlayıb

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir