Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Hidrosel nədir və necə müalicə olunur?

Uşaqlarda müşahidə olunan bəzi problemlər valideynlərdə ciddi narahatlıq yaratsa da, onların əksəriyyəti vaxtında diaqnostika və düzgün tibbi yanaşma ilə uğurla aradan qaldırıla bilir. Belə hallardan biri də xüsusilə yenidoğulmuş və körpə oğlan uşaqlarında rast gəlinən hidroseldir. Xaya kisəsində şişkinliklə özünü göstərən bu vəziyyət çox zaman təhlükəli olmasa da, diqqətlə izlənilməli və həkim nəzarətində qiymətləndirilməlidir.

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin uşaq cərrahı Alşan Paşazadə hidroselin yaranma səbəbləri, əlamətləri, müalicə üsulları və valideynlərin diqqət etməli olduğu məqamlar barədə suallarımızı ətraflı cavablandırıb.

- Alşan həkim, hidrosel nədir?

- Hidrosel xayanın ətrafında maye toplanması nəticəsində yaranan bir vəziyyətdir. Bu zaman xaya kisəsində şişkinlik əmələ gəlir və valideynlər bunu, adətən, gözlə görünən böyümə şəklində hiss edirlər. Hidrosel bir tərəfli və ya ikitərəfli ola bilər. Ən çox yenidoğulmuş və körpə oğlan uşaqlarında rast gəlinir. Əksər hallarda uşağa ağrı vermir və gündəlik fəaliyyətinə təsir etmir. Buna baxmayaraq, xaya nahiyəsində olan hər bir dəyişiklik diqqətlə qiymətləndirilməlidir. Çünki bəzi hallarda hidrosel digər cərrahi problemlərlə, xüsusilə qasıq yırtığı ilə birlikdə müşahidə oluna bilər.

- Valideynlər bu vəziyyətdən niyə qorxurlar?

- Valideynlər üçün uşağın sağlamlığı ilə bağlı hər bir dəyişiklik təbii olaraq narahatlıq yaradır. Xüsusilə xaya nahiyəsində şişkinlik gördükdə bir çox ailə bunu ciddi xəstəlik, şiş və ya gələcəkdə sonsuzluq riski ilə əlaqələndirir. Hidrosel uşaqlarda ən çox rast gəlinən və çox zaman təhlükəli olmayan problemlərdən biridir. Əsas məsələ vaxtında həkim müayinəsinin aparılması və vəziyyətin düzgün qiymətləndirilməsidir. Valideyn bilməlidir ki, erkən diaqnostika həm rahatlıq yaradır, həm də lazım gəldikdə düzgün müalicə planının seçilməsinə imkan verir.

- Hidrosel hansı səbəbdən yaranır?

- Körpə ana bətnində inkişaf edərkən xayalar qarın boşluğunda formalaşır və sonrakı aylarda aşağı enərək xaya kisəsinə yerləşir. Bu proses zamanı qarın boşluğu ilə xaya arasında kiçik bir kanal mövcud olur. Normal halda doğuşdan sonra həmin kanal bağlanmalıdır. Əgər kanal tam bağlanmırsa, qarın boşluğundan gələn maye xaya kisəsinə keçərək hidrosel yaradır. Bəzi hallarda isə kanal bağlansa da, xaya ətrafında qalan maye sovrulmur və nəticədə hidrosel yaranır. Bu vəziyyət xüsusilə vaxtından əvvəl doğulan körpələrdə daha çox rast gəlinə bilər.

- Hidroselin əsas əlamətləri hansılardır?

- Ən əsas əlamət xaya kisəsində şişkinlikdir. Valideynlər, adətən, uşağı çimizdirərkən, bezini dəyişərkən və ya geyindirərkən bunu hiss edirlər. Bəzən şişkinlik gün ərzində dəyişə bilər, məsələn, uşaq ağladıqda və ya hərəkətli olduqda daha böyük görünə bilər. Əksər hallarda ağrı olmur və uşaq narahatlıq hiss etmir. Şişkinlik yumşaq olur və dəridə qızartı müşahidə edilmir. Lakin əgər ağrı, qızartı, yüksək narahatlıq və ya şişkinliyin qəfil böyüməsi olarsa, bu, artıq başqa problemlərin göstəricisi ola bilər və təcili müayinə tələb edir.

- Hidrosel təhlükəli hesab olunurmu?

- Ümumiyyətlə hidrosel uşaqlarda təhlükəli hesab olunmur və əksər hallarda həyat üçün risk yaratmır. Xüsusilə ilk aylarda və 1–2 yaş ərzində müşahidə olunan hidrosellərin böyük hissəsi öz-özünə keçə bilir. Buna görə kiçik yaşlı uşaqlarda çox vaxt sadəcə müşahidə taktikası seçilir. Amma bəzi hallarda diqqətli olmaq lazımdır. Əgər hidrosel böyüyürsə, uzun müddət keçmirsə və ya qasıq yırtığı ilə birlikdə müşahidə olunursa, cərrahi müdaxilə lazım ola bilər. Əsas məqsəd uşağın gələcək sağlamlığını qorumaq və mümkün ağırlaşmaların qarşısını almaqdır.

- Bu xəstəliyin diaqnostikası necə aparılır?

- Əksər hallarda təcrübəli uşaq cərrahının müayinəsi diaqnoz üçün kifayət edir. Müayinə zamanı şişkinliyin ölçüsü, sərtliyi və dəyişkənliyi qiymətləndirilir. Lazım olduqda ultrasəs müayinəsi - USM aparılır. USM həm hidroselin təsdiqlənməsi, həm də qasıq yırtığı və ya xaya patologiyalarının istisna olunması üçün çox faydalıdır. Bu müayinələr uşağa ağrı vermir və təhlükəsiz üsul hesab olunur.

- Müalicə prosesi necə aparılır?

- Müalicə uşağın yaşına və hidroselin vəziyyətinə görə dəyişir. Bir çox körpələrdə ilk aylarda və hətta ilk 1–2 il ərzində hidrosel öz-özünə geriləyə bilər. Bu səbəbdən həmin dövrdə, adətən, müşahidə aparılır və valideynlər həkimlə birgə uşağı mütəmadi nəzarətdə saxlamalıdırlar. Əgər hidrosel uzun müddət davam edirsə, ölçüsü artırsa və ya qasıq yırtığı ilə birlikdədirsə, cərrahi əməliyyat tövsiyə olunur. Müasir cərrahi üsullar minimal travmatikdir və uşaqlar çox qısa müddətdə normal həyatlarına qayıdırlar. Əməliyyatdan sonra nəticələr, adətən, çox uğurlu olur.

- Valideynlərə əsas tövsiyəniz nə olardı?

- Valideynlər uşağın xaya nahiyəsində hər hansı şişkinlik, fərqlilik və ya asimmetriya gördükdə bunu diqqətsiz qoymamalıdırlar. Bəzən ailələr “öz-özünə keçər” düşüncəsi ilə müayinəni gecikdirirlər. Halbuki vaxtında həkimə müraciət etmək həm diaqnozun dəqiqləşdirilməsi, həm də valideynin rahatlığı üçün çox vacibdir. Erkən müayinə sayəsində problem düzgün qiymətləndirilir və lazım olduqda vaxtında müdaxilə edilir. Uşağın sağlam inkişafı üçün valideyn diqqəti və həkim nəzarəti böyük əhəmiyyət daşıyır.

 

Müsahibəni apardı
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilarə Zamanova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb