Azərbaycan və Ukrayna regional çağırışlar fonunda strateji tərəfdaşlığı möhkəmləndirir – ekspert
Bakı, 12 may, AZƏRTAC
Davam edən geosiyasi qeyri-sabitlik və regional təhlükəsizlik sisteminin transformasiyası fonunda Azərbaycanla Ukrayna arasında qarşılıqlı fəaliyyət xüsusi əhəmiyyət kəsb edir.
Bu fikirləri AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında ukraynalı politoloq Vladislav Olençenko səsləndirib. Onun sözlərinə görə, son illərdə iki ölkə arasında münasibətlər həm siyasi, həm də humanitar səviyyədə nəzərəçarpacaq dərəcədə möhkəmlənib.
Ekspert qeyd edib ki, çətin dövrlərdə Azərbaycanın göstərdiyi dəstək, o cümlədən elektrik enerjisi və istiliklə bağlı ciddi problemlər zamanı təqdim etdiyi humanitar və enerji yardımı Ukraynada yüksək qiymətləndirilir.
O vurğulayıb ki, iki dövlətin liderləri arasında təmasların yüksək səviyyədə olması qarşılıqlı etimaddan xəbər verir və iqtisadiyyat, energetika, təhlükəsizlik, eləcə də texnoloji əməkdaşlıq da daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yaradır.
Müəllif – Tamilla Məmmədova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2026 [18:00]
ATƏT-in Minsk qrupu: Diplomatik uğursuzluq və riyakarlıq nümunəsi VİDEO
- 12.05.2026 [15:53]
Natiq Məmmədli: Azərbaycan regionda öz gücü ilə sülh modeli formalaşdırıb
WUF13 Festivalı Sumqayıtda
- [17:48]
Naxçıvanda üçəm dünyaya gəlib
- [17:43]
Lənkəranda zəncirvari qəza olub
- [15:40]