Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO
Mingəçevir, 30 sentyabr, AZƏRTAC
Türkiyədən olan idmançılarımız ildə iki dəfə Azərbaycanda keçirilən bu yarışlara böyük həvəslə qatılırlar. Azərbaycanda, ümumən beynəlxalq idman ictimaiyyətində artıq ənənəvi hal alan reqata idmançılar üçün həm mövsümün başlanğıcı, həm də müəyyən mənada sonu olmaqla əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında avarçəkmə və kanoe üzrə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirini izləyən Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop deyib.
“Türkiyə olaraq qardaş ölkədə keçirilən bu yarışlarda təmsil olunmaqdan hər zaman böyük məmnunluq duyuruq. Əminəm ki, burada keçirilən yarışlar qarşıdakı illərdə bütün dünyada yayımlanan və nüfuz qazanan turnir olacaq”, - deyə Recep Öztop əlavə edib.
Müxbirlər - Vüsalə Cənnətova, Vurğun Mədətov