Küveyt dəniz yolu ilə ərazisinə daxil olan dörd İran vətəndaşını saxlayıb
Qahirə, 12 may, AZƏRTAC
Küveyt Daxili İşlər Nazirliyi İran İnqilab Keşikçiləri Korpusuna mənsub olduqları bildirilən dörd nəfəri saxlayıb. Küveyt tərəfinin məlumatına görə, onlar dəniz yolu ilə ölkə ərazisinə keçməyə cəhd ediblər.
AZƏRTAC Küveyt Daxili İşlər Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, dindirilmə zamanı saxlanılanlar mayın 1-də icarəyə götürdükləri balıqçı qayığı ilə Küveytin şimal qərbində yerləşən ən böyük Bubiyan adasına sızmaq tapşırığı aldıqlarını etiraf ediblər.
Nazirliyin məlumatına görə, sərhəd pozucuları ilə adada yerləşən Küveyt Silahlı Qüvvələrinin şəxsi heyəti arasında baş vermiş atışma nəticəsində bir əsgər yaralanıb. Qrupun iki üzvü - dəniz qüvvələri kapitanı Mənsur Qəmbəri və qayığı idarə edən Əbdüləli Kazım Siəmri qaçıblar. Digər dörd nəfər isə həbs edilib. Həbs olunanlardan ikisi polkovnik, digərləri isə kapitan və baş leytenantdır.
Öz növbəsində, Küveyt Xarici İşlər Nazirliyi bu əməliyyatı qətiyyətlə pisləyərək, İran İslam Respublikasından regionun təhlükəsizliyini təhdid edən və regional və beynəlxalq gərginliyin azaldılması səylərini pozan düşmənçilik hərəkətlərini dərhal və qeyd-şərtsiz dayandırmasını tələb edib. Diqqətə çatdırılıb ki, Küveyt mehriban qonşuluq prinsiplərinə sadiq qalır və ərazisinin digər ölkəyə qarşı düşmənçilik hərəkətləri üçün istifadəsinə icazə vermir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [17:34]
Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb
- 09.08.2026 [15:10]
Qazaxıstanda sərnişin avtobusu yanıb
- 09.08.2026 [13:18]
Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib
- 09.08.2026 [11:01]
Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var
- 09.08.2026 [09:38]
Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib
- 09.08.2026 [07:15]
Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub
- 09.08.2026 [05:23]
Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər
- 09.08.2026 [04:33]
Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [23:48]
Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək
- 08.08.2026 [23:37]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
- 08.08.2026 [21:54]
MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır
- 08.08.2026 [21:23]
Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır
- 08.08.2026 [21:00]
Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa
- 08.08.2026 [20:31]
Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH
- 08.08.2026 [20:26]
Bu saata olan əsas xəbərlər
- 08.08.2026 [20:00]
Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO
- 08.08.2026 [19:17]
Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır
- 08.08.2026 [18:18]
Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb
- 08.08.2026 [16:51]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [16:35]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- 08.08.2026 [16:31]
Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
- 08.08.2026 [16:19]
“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda
- 08.08.2026 [16:11]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 08.08.2026 [15:33]
Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH
- 08.08.2026 [15:05]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [13:27]
Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO
- 08.08.2026 [12:30]
Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır
- 08.08.2026 [11:52]
Naxçıvanda avqust ayının pensiyaları ödənilib
- 08.08.2026 [11:33]
DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub
- 08.08.2026 [11:11]
Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi
- 08.08.2026 [10:01]
Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır
- 08.08.2026 [09:28]
Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi
- 08.08.2026 [09:00]