Daha bir şirkət “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti olub
Bakı, 12 may, AZƏRTAC
“Baku International Tobacco” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, yeni rezident tərəfindən sənaye parkının ərazisində tütün məmulatlarının istehsalı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. İnvestisiya dəyəri 47 milyon manat təşkil edən layihə çərçivəsində istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.
Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 20 sahibkarlıq subyektinə rezident, 3 sahibkara isə qeyri-rezident statusu verilib. Sənaye parkında həyata keçirilən layihələr üzrə sahibkarlar tərəfindən indiyədək 48,3 milyon manatdan çox investisiya qoyulub, 130-dan artıq iş yeri yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2026 [17:23]
Aqrar sahədə yeni yanaşmalar - mütəxəssislər müasir metodlarla tanış olublar
- 12.05.2026 [15:40]
Lənkəranda zəncirvari qəza olub
- 12.05.2026 [15:36]
Xaçmazda "VAZ-21014" 60 yaşlı piyadanı vuraraq öldürüb
- 12.05.2026 [14:50]
Ceyrançöldə laləlik - Təbiətsevərlər üçün cəlbedici mənzərə VİDEO
- 12.05.2026 [14:38]
Xocavənddə daha 18 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 2
- 12.05.2026 [13:52]