Gürcüstanda ilk dəfə “Ozan saz” müsabiqəsi təşkil ediləcək
Tbilisi, 12 may, AZƏRTAC
Gürcüstanda ilk dəfə “Ozan saz” musiqi müsabiqəsi keçiriləcək. Festivalın əsas məqsədi Borçalı aşıq sənətinin təbliğ və inkişaf etdirməkdir. 24news.ge media qurumu tərəfindən təşkil olunan müsabiqə elə həmin internet televiziyası ilə canlı yayımlanacaq.
Qurumun rəhbəri tanınmış telejurnalist Azər Məmmədov AZƏRTAC-a açıqlamasında deyib ki, “Ozan saz” televiziya müsabiqəsi aşıqlı sənəti ilə birbaşa məşğul olan 15–20 yaşarası gənc istedadları böyük səhnəyə dəvət etmək və onların bacarıqlarını üzə çıxartmaq üçün təşkil olunur.
Müsabiqədə iştirak etmək istəyənlər mayın 15-dək televiziyamızın qaynar xəttinə (+595 597 79 89 89) zəng vuraraq əlaqə saxlaya bilərlər.
Onun sözlərinə görə, müsabiqədə ilk yerləri tutan şəxslərə müxtəlif hədiyyələr təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [12:53]
Səməd Vurğun və Xavər Vəkilova: bir baxışla başlayan sevgi hekayəsi
- 02.09.2026 [12:17]
“Səməd Vurğun xatirələrdə”: AZƏRTAC yeni silsilə materiallara başlayır
- 02.09.2026 [11:17]
“Suveren Azərbaycanda dil situasiyası” kitabı çap olunub
- 02.09.2026 [11:08]
Azərbaycan xalçaçılıq sənəti Fransada: yeni layihəyə start verilib
- 01.09.2026 [21:39]