Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dayanıqlı inkişafın Qarabağ modeli: Şəhərsalma və iqlim öhdəliklərinin vəhdəti – Məqalə

Dayanıqlı inkişafın Qarabağ modeli: Şəhərsalma və iqlim öhdəliklərinin vəhdəti – Məqalə

Bakı, 12 may, AZƏRTAC

“Bölgələrdən AZƏRTAC üçün yazırlar”: Şəkinin ziyalı gənci Səyyarə Musayevanın “Qarabağda dayanıqlı şəhərsalma: NDC 3.0 yanaşması və “Şəhərsalma İli”nin strateji mahiyyəti” sərlövhəli məqaləsini təqdim edirik.

Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycanın müasir şəhərsalma salnaməsində keyfiyyətcə yeni və strateji bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Müasir şəhərsalma yanaşması, sadəcə, tikinti həcmləri və estetik memarlıq üslubları ilə məhdudlaşmır, bu yanaşma insan mərkəzli yaşayış mühitinin yaradılması, iqtisadi səmərəlilik, iqlimə davamlılıq və sosial inklüzivlik kimi fundamental meyarların vəhdətini təşkil edən sistemli bir ekosistemi hədəfləyir.

İşğaldan azad edilmiş ərazilər, xüsusən də tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri ilə Azərbaycan qlobal iqlim öhdəliklərinin reallaşdığı əsas sınaq meydanına çevrilib. Bu kontekstdə Qarabağ, ölkəmizin NDC 3.0 (Yenilənmiş 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr) sənədi çərçivəsində götürdüyü öhdəliklərin — karbon emissiyalarının azaldılması, yaşıl enerji zonalarının yaradılması və enerjiyə qənaət edən innovativ texnologiyaların tətbiqi üzrə prioritetlərin real icra mühitidir. Beləliklə, bölgədəki hər bir infrastruktur layihəsi həm də dayanıqlı inkişaf modelinin parlaq nümunəsi olmaqla, Azərbaycanı qlobal ekoloji gündəliyin ön sıralarına daşıyır.

Qeyd etmək lazımdır ki, NDC 2.0 sənədində Azərbaycanın iqlim öhdəliyi 1990-cı il baza göstəricisi ilə müqayisədə 2050-ci il üçün istixana qazı emissiyalarını 40 faiz azalma hədəfi kimi təqdim olunurdu. Hazırda isə NDC 3.0 çərçivəsində bu yanaşma daha da gücləndirilərək, hədəf 2035-ci ilədək 40 faiz azalma olaraq müəyyən edilib ki, bu da iqlim siyasətinin mərhələli şəkildə daha ambisiyalı və nəticəyönümlü xarakter aldığını göstərir.

Bu yanaşma dövlət siyasətində ardıcıllığın da göstəricisidir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müasir dövlətçilik xətti uzunmüddətli inkişafın strategiya, institusional quruculuq və resursların səmərəli idarə edilməsi üzərində qurulmasını hədəfləyirdi. Bu xəttin davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyata keçirilən layihələr yalnız infrastrukturun bərpası kimi deyil, eyni zamanda, gələcəyin şəhər modelinin qurulması kimi təqdim olunur: təhlükəsiz, rahat, iqtisadi baxımdan dayanıqlı və ekoloji cəhətdən məsuliyyətli yaşayış mühiti.

Prezident İlham Əliyev 2024-cü il noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimindəki çıxışında qeyd etmişdir ki, yaşıl gündəliyimiz, həmçinin Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Beləliklə, Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib və bu, ərazimizin, demək olar ki, dörddəbir hissəsidir.

Azərbaycanın inkişaf gündəliyində “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin müəyyən etdiyi istiqamətlər xüsusi yer tutur. Həmin prioritetlər - rəqabətqabiliyyətli iqtisadiyyat, inklüziv cəmiyyət, innovasiya və insan kapitalı, azad edilmiş ərazilərə böyük qayıdış və “yaşıl artım” Qarabağda şəhərsalma qərarlarının yalnız texniki parametrlərə görə deyil, həm də sosial-iqtisadi nəticələrinə görə qiymətləndirilməsinə imkan verir.

NDC 3.0 (Yenilənmiş 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr) Azərbaycan Respublikasının Paris Sazişi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə üzrə öhdəliklərini və prioritet fəaliyyət istiqamətlərini əks etdirən rəsmi çərçivə sənədidir. Bu sənəddə istixana qazı emissiyalarının azaldılması, iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşma, eləcə də bu məqsədlərə nail olmaq üçün sektorlar üzrə tədbirlər və icra mexanizmləri müəyyənləşdirilir. NDC 3.0 ölkənin sosial-iqtisadi inkişaf prioritetləri ilə uzlaşdırılaraq enerji səmərəliliyi, dayanıqlı şəhərsalma, nəqliyyat və ekoloji idarəetmə sahələrində siyasətlərin əlaqələndirilməsinə xidmət edir.

Ortamüddətli mərhələdə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” bu prioritetlərin icra mexanizmlərini daha konkret müstəviyə gətirib. NDC 3.0 məntiqi isə planlaşdırmanı iqlim hədəfləri ilə “eyni xəttə” yerləşdirməyi tələb edir: iqlim gündəliyi ayrıca bir mövzu kimi deyil, enerji, binalar, nəqliyyat, torpaqdan istifadə, su, tullantı və maliyyə siyasətlərinin ayrılmaz hissəsi kimi işləməlidir.

Qarabağda yeni yaşayış məntəqələrinin qurulması təbii olaraq bir neçə fundamental sual doğurur: Binalar hansı enerji standartları ilə tikilir? İstismar xərcləri necə azalır? Nəqliyyat sistemi necə planlaşdırılır? Su və tullantı infrastrukturu hansı ekoloji tələblərə cavab verir?

Enerji səmərəli binalar və renovasiya yanaşması

Şəhər mühitində enerji istehlakının böyük hissəsi binaların payına düşür. Bu səbəbdən Qarabağda inşa edilən yaşayış və ictimai binalarda istilik izolyasiyası, səmərəli istilik/soyutma sistemləri və müasir idarəetmə həlləri iqlim məqsədləri baxımından əsas alətlərdir. Qarabağ üçün mühüm üstünlük ondan ibarətdir ki, bir çox yaşayış məntəqəsi “sıfırdan” planlaşdırılır, bu isə enerji səmərəliliyinin layihənin başlanğıcından standart kimi tətbiqini daha real edir.

Aşağı emissiyalı şəhər nəqliyyatı və mobillik

Şəhərsalmanın uğuru gündəlik həyatın necə təşkil olunması ilə ölçülür. Yeni planlanan məkanlarda ictimai nəqliyyat şəbəkəsinin düzgün qurulması, piyada və velosiped infrastrukturu, eləcə də elektromobil ekosisteminin mərhələli inkişafı həm hava keyfiyyətinə, həm də ümumi emissiya səviyyəsinə birbaşa təsir göstərir.

Yaşıl məkanlar, su resursları və uyğunlaşma tədbirləri

Dayanıqlı şəhər yalnız tikinti demək deyil, eyni zamanda, iqlim risklərinə hazırlıqdır. Yaşıllıqların artırılması, su ehtiyatlarının səmərəli idarə olunması, sel və quraqlıq risklərinə qarşı uyğunlaşma tədbirləri Qarabağda qurulan yaşayış məntəqələrinin uzunmüddətli dayanıqlılığını gücləndirən əsas istiqamətlərdəndir.

İqlim hədəflərinin şəhərsalma qərarlarına çevrilməsi üçün maliyyə dayanıqlığı və idarəetmə koordinasiyası həlledicidir. Dövlət investisiya proqramları, büdcə prioritetləndirilməsi, eləcə də enerji səmərəliliyi təşəbbüslərinə dəstək mexanizmləri Qarabağda “yaşıl şəhərsalma”nın real nəticələrə çevrilməsinə xidmət edir. Azad edilmiş ərazilərdə kompleks quruculuq yanaşmasının irəli sürülməsi şəhərsalmanın iqlim gündəliyi ilə eyni xətdə qurulmasına imkan verən əsas siyasi çərçivə kimi çıxış edir.

Nəticə etibarilə, Qarabağda şəhərsalma yalnız yeni binaların və yolların inşası deyil, NDC 3.0-ın tələb etdiyi iqlim məqsədlərinin planlaşdırma, maliyyələşmə və idarəetmə qərarlarına inteqrasiya olunduğu uzunmüddətli inkişaf modelidir. Bu model enerji səmərəliliyini, aşağı emissiyalı hərəkətliliyi, su və tullantı idarəetməsini, yaşıllıqların artırılmasını və sosial xidmətlərin əlçatanlığını eyni sistemdə birləşdirərək regionun həm iqtisadi, həm ekoloji, həm də sosial dayanıqlılığını gücləndirir.

Bu mənada Qarabağ təkcə bərpa olunan bir coğrafiya deyil, dövlətçilik ənənəsinin yeni inkişaf mərhələsində müasir şəhər modeli üçün canlı laboratoriyadır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu strateji dövlətçilik xətti bu gün Prezident İlham Əliyevin liderliyi ilə Qarabağda daha konkret məzmun qazanır: planlı quruculuq, koordinasiyalı idarəetmə və uzunmüddətli dayanıqlılıq. Məhz bu siyasi iradə və ardıcıllıq hesabına regionda həyata keçirilən layihələr Qarabağı dayanıqlı və müasir urbanizmin nümunəvi mərkəzlərindən birinə çevirmək üçün möhkəm zəmin yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır