ABŞ-də inflyasiya son iki ilin ən yüksək həddinə çatıb
Bakı, 12 may, AZƏRTAC
Rəsmi rəqəmlərə görə, ABŞ-də illik inflyasiya aprel ayında 2023-cü ilin may ayından bəri ən yüksək səviyyəyə - 3,8 faizə çatıb. Bazarın aprel ayı üçün gözləntisi 3,7 faiz, mart ayı üçün isə 3,3 faiz səviyyəsində olub.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, illik müqayisədə ötən ay ABŞ-də enerji qiymətləri 17,9 faiz, ərzaq və mənzil qiymətləri isə müvafiq olaraq 3,2 faiz və 3,3 faiz artıb. Aylıq olaraq istehlak qiymətləri aprel ayında 0,6 faiz yüksəlib.
ABŞ Əmək Statistikası Bürosu bildirib: “Enerji indeksi aprel ayında 3,8 faiz artaraq bütün məhsulların aylıq artımının qırx faizindən çoxunu təşkil edib. Mənzil indeksi ay ərzində 0,6 faiz, ərzaq isə 0,5 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]