Qardabanidə tarixi məscid əsaslı təmirdən sonra dindarların ixtiyarına verilib
Tbilisi, 4 fevral, AZƏRTAC
Gürcüstanda azərbaycanlılara məxsus tarixi-dini və mədəni abidələrin bərpası, qorunması və təbliği istiqamətində tədbirlər görülür. Gürcüstan hökuməti ilə danışıqlar əsasında bəzi məscidlər yenidən dindarların istifadəsinə verilib. İbadət evlərinin bəzilərinin təmir, bərpa və yenidən qurulması prosesi bu gün də davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Gürcüstanda təmir və bərpadan sonra istifadəyə verilən məscidlərdən biri də XIX əsrin əvvəllərində Qardabanidə inşa olunmuş Marağa məscididir.
Fevralın 4-də məscidin yenidənqurma işlərindən sonra açılışı olub.
Açılış mərasimində bildirilib ki, XIX əsrin əvvəllərində inşa olunan məscid binası sovet hakimiyyəti illərində məktəb və qənnadi fabriki kimi istifadə edilib. 2011-ci ildən burada aparılan təmir-bərpa işlərindən sonra Marağa məscidi yenidən dindarların ixtiyarına verilib.
Təbirdə Gürcüstandakı məscidlərin ümumi vəziyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu gün Gürcüstanda 400-ə yaxın məscid var və onlardan 40-a yaxınının yaşı bir əsrdən çoxdur.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.02.2026 [17:54]
“ASAN xidmət”in nümayəndə heyəti Dünya Hökumətləri Sammitində
- 04.02.2026 [17:47]
"GəncTALKS"ın iştirakçısı: Güclü tərəflərinizi kəşf edin
- 04.02.2026 [17:08]
Polis Ağsuda kiberdələduzluq mövzusunda maarifləndirmə tədbirləri keçirib
- 04.02.2026 [16:59]
Postmüharibə dövründə 3800 qaziyə reabilitasiya xidmətləri göstərilib
- 04.02.2026 [16:56]
Salyanda narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirilib
- 04.02.2026 [16:29]
Masallıda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu məlum olub
- 04.02.2026 [16:26]