Masallıda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu məlum olub
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonunun Musaküçə kəndində Elçin Eynulla oğlu Eynullayevə məxsus ictimai iaşə obyektində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.