Mərkəzi Elmi Kitabxanada Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb
Bakı, 4 fevral, AZƏRTAC
Dövlət gənclər siyasətinin uğurla icrasına dəstək vermək, gənclərin dövlətçilik və vətənpərvərlik dəyərləri naminə birgə fəaliyyətini gücləndirmək məqsədilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, şuranın sədri Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Cavid Məmmədli, sədr müavini Könül Hüseynova, üzvü isə Aliyə Cəfərova seçilib.
Şura ictimai əsaslarla fəaliyyət göstərəcək, əsas məqsədi isə gənclərin milli-mənəvi dəyərlər, intellektual inkişaf, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə olunmasına dəstək verməkdir.