Braziliya və Koreya Respublikası yığmalarının start heyətləri məlum olub
Bakı, 5 dekabr, AZƏRTAC
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının pley-off mərhələsi çərçivəsində üz-üzə gələcək Braziliya və Koreya Respublikası yığmalarının start heyətləri bəlli olub.
AZƏRTAC xəbər verir ki, Braziliya millisinin start heyətində Alisson Bekker, Eder Militao, Tyaqo Silva, Markinyos, Danilo, Kazemiro, Neymar, Lukas Paketa, Rişarlison, Rafinya və Vinisius Junior yer alıblar.
Koreya Respublikasının heyətində isə meydana Kim Sunqyu, Kim Jin Su, Kim Yunq Qvon, Kim Min Ji, Kim Mun Hvan, Hvan İn Beom, Yung Vu Yunq, Ci Sun-Li, Son Xın Min, Sun Kyu Ço və Hi Çan-Hvan çıxacaqlar.
Oyunun baş hakimi fransalı Kleman Türpen olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Görüşün qalibi dörddəbir finalda Xorvatiya yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, artıq dörddəbir final mərhələsinin iki cütü müəyyənləşib. Belə ki, Niderland millisi Argentina, İngiltərə isə Fransa ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.08.2026 [15:12]
Pəhləvan güləşi Etnosport 2027 Oyunlarının proqramına daxil edilib
- 20.08.2026 [14:24]
“Qalatasaray” rusiyalı futbolçunun transferini açıqlayıb
- 20.08.2026 [12:39]
“Sabah”ın legioneri Azərbaycan futbolunun tarixinə düşüb
- 20.08.2026 [12:37]
İntizam Komitəsi “Sumqayıt”ın futbolçusuna 5 oyunluq cəza verib
- 20.08.2026 [12:29]
Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
- 20.08.2026 [12:17]
“Gəncə” klubu ABŞ-dən olan basketbolçunu transfer edib
- 20.08.2026 [12:02]