REGİONLAR


Cabbar Qaryağdıoğlunun yaşadığı Şuşanın Seyidli məhəlləsindən FOTOREPORTAJ VİDEO

Şuşa, 1 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri memarlıq abidələri ilə yanaşı, həm də məhəllələri ilə tanınıb. Qədim Şuşada 17 məhəllə olub. Şuşa məhəllələrinin doqquzu aşağı məhəllə, qalan səkkizi isə yuxarı məhəllələr sayılırdı.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa şəhərində XVIII əsrdə salınmış aşağı məhəllələrdən biri Seyidli məhəlləsidir. Şuşanın digər məhəllələri kimi, burada da məscid, bulaq, kiçik meydan və hamam olub. Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən olan Cabbar Qaryağdıoğlunun evi bu məhəllədə yerləşir.

Şuşa şəhərinin digər tarixi məkanları kimi, Seyidli məhəlləsi də erməni vandalizminə məruz qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.