Azərbaycan ilə ABŞ regional bağlantılar sahəsində tərəfdaşlığı gücləndirir
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan və ABŞ Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu, “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”da öz əksini tapıb.
Sənədə əsasən, tərəflər Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə beynəlxalq və ölkədaxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətini qəbul edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [16:36]
Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə təşkil olunub
- 03.06.2026 [17:55]
Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib
- 03.06.2026 [10:52]
Ana Brnabiç: Azərbaycan Serbiya üçün dost və müttəfiqdir
- 02.06.2026 [18:12]
Beynəlxalq Siqh Federasiyasının nümayəndələri Milli Məclisdə olublar
- 02.06.2026 [17:13]
Baş nazir Əli Əsədov Ukrayna Baş nazirinin birinci müavini ilə görüşüb
- 02.06.2026 [12:45]