Ukraynanın Xarkov vilayətində enerji sektorunda fövqəladə vəziyyət elan edilib
Kiyev, 10 fevral, AZƏRTAC
Xarkov vilayətinin hakimiyyət orqanları regional fövqəladə vəziyyət elan edib. Bu tədbirlər Rusiya ordusunun davam edən zərbələri və çətin enerji vəziyyəti səbəbindən görülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov "Telegram" səhifəsində məlumat verib.
Sinequbov bildirib ki, Xarkov vilayətinin enerji infrastrukturu daim atəşə tutulur. Çətin vəziyyəti nəzərə alaraq, Xarkov vilayətinin enerji sektorunda regional fövqəladə vəziyyət elan edilməsi qərarı verilib.
Fövqəladə vəziyyətin tanınması ilə yanaşı, vilayət Nazirlər Kabinetinə Xarkov vilayətinin hökumətin "SvitloDim" layihəsinə daxil edilməsi üçün müraciət irəli sürür. Bu proqramda çoxmənzilli binaların enerji dayanıqlığını artırmaq nəzərdə tutulur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [19:06]
Süni intellekt iş yükünü azaltmır, əksinə artırır - Tədqiqat
- 10.02.2026 [16:10]
Çexiyada yeniyetmələr süni intellektdən ən çox təhsil üçün istifadə edirlər
- 10.02.2026 [15:29]
Nepalda sərnişin avtobusu çaya düşdü: 10 ölü
- 10.02.2026 [15:10]
Yaponiyada güclü qar 46 nəfərin həyatına son qoyub
- 10.02.2026 [15:03]
Ankara ilə Afina arasında əməkdaşlığın inkişafı müzakirə ediləcək
- 10.02.2026 [14:42]