Aprel ayında “ƏSA” Teatrı “Paris Notr-Dam” musiqili tamaşasını təqdim edəcək
Bakı, 10 fevral, Gülay Nəzərova, AZƏRTAC
"ƏSA" Teatrı Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv teatrıdır. Bu il "ƏSA" Teatrı fəaliyyətinin 10-cu ilini qeyd edir. Teatrın heyəti artıq kifayət qədər peşəkarlaşıb. Əlilliyi olan aktyorlarımız illərin səhnə təcrübəsinə malikdirlər.
Bunu AZƏRTAC-a açıqlamasında "ƏSA" Teatrının təsisçisi Nihad Qulamzadə deyib.
O bildirib ki, teatrı digər teatrlardan fərqləndirən əsas cəhət onun inklüzivliyidir. Burada əlilliyi olan və olmayan aktyorlar birgə fəaliyyət göstərirlər və bu əməkdaşlıq peşəkar formada davam edir. Tamaşaların quruluşu, repertuarı, mövzu seçimi tamaşaçı sorğuları və aparılan analizlər əsasında müəyyən edilir.
"Aprel ayında Heydər Əliyev Sarayında "ƏSA" Teatrının “Paris Notr-Dam” musiqili tamaşası təqdim olunacaq. İlk dəfə olaraq yerli Azərbaycan tamaşası iki gün ard-arda bu səhnədə təqdim ediləcək. Hazırlıq işləri çox peşəkar və yüksək keyfiyyətlə aparılır", - deyə Nihad Qulamzadə deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [20:15]
Qarabağ abidələri İslam Dünyası İrs siyahılarına daxil edilib
- 10.02.2026 [18:50]
Rəhman Quliyev: Qış turizmi yerli sahibkarlığın inkişafını stimullaşdırır
- 10.02.2026 [15:35]