İRİA: Azərbaycanın rəqəmsal məhsullarının Afrikanın 18 ölkəsinə ixracı ilə bağlı danışıqlar aparılır
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycanın rəqəmsal dövlət həllərinin Afrika ölkələrinə ixracı istiqamətində danışıqlar genişlənir. Afrika ölkələrindən 50-dən çox xarici nümayəndənin iştirakı ilə təqdimat sessiyaları təşkil olunub. Tədbirlərdə “Mygov”, “Mygov ID”, Rəqəmsal Sənəd Dövriyyəsi və “Digital Bridge” platformaları təqdim edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) kommersiya üzrə baş inzibatçısı Salar İmaməliyev Azərbaycan–Türkiyə İKT Biznes Forumunda çıxışı zamanı məlumat verib.
“Hazırda Afrikanın 18-dən çox ölkəsi ilə bu platformaların adaptasiyası və pilot layihələrin həyata keçirilməsi istiqamətində danışıqlar davam edir”, - deyə Salar İmaməliyev bildirib.
Salar İmaməliyev əlavə edib ki, Azərbaycanın rəqəmsal transformasiya sahəsində formalaşdırdığı praktik təcrübənin beynəlxalq miqyasda tətbiqi strateji prioritetdir və bu istiqamətdə real nəticələr əldə olunmaqdadır. İRİA rəsmisi vurğulayıb ki, Türkiyə şirkətləri ilə əməkdaşlıq Azərbaycanın rəqəmsal məhsullarının regional və qlobal bazarlarda mövqelərinin gücləndirilməsinə əlavə imkanlar yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [13:19]
Macarıstan şirkəti “Şəfəq” GES-də 10 faiz iştirak payı alıb
- 11.02.2026 [13:09]
Azərbaycan və Türkiyə süni intellekt əsaslı birgə məhsul hazırlaya bilər
- 11.02.2026 [13:04]
® “Birbank”ın “Böl-ödə” krediti ilə alış-veriş imkanlarınızı genişləndirin
- 11.02.2026 [12:34]
İRİA: Bu ilin sonuna qədər texnoparkdakı rezidentlərin sayı 200-ə çatacaq
- 11.02.2026 [12:23]