Azərbaycan və Türkiyə süni intellekt əsaslı birgə məhsul hazırlaya bilər
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan və Türkiyə şirkətləri süni intellekt əsaslı ortaq məhsul və texnoloji platformalar hazırlaya bilər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyəti sədrinin müşaviri Vurğun Hacıyev “Azərbaycan–Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü” mövzusunda keçirilən panel müzakirəsində səsləndirib.
Onun sözlərinə görə, iki ölkənin texnoloji ekosistemləri bir-birini tamamlayır və xüsusilə maliyyə texnologiyaları (fintech) sahəsində mövcud təcrübənin inteqrasiyası yeni məhsulların formalaşmasına imkan yarada bilər.
“Türkiyədə formalaşmış ayrı-ayrı texnoloji həllərin Azərbaycan bazarına adaptasiyası və birgə platformaların yaradılması mümkün istiqamətlər sırasındadır. Növbəti inkişaf mərhələsində əsas diqqət məlumatların idarə olunmasına və süni intellektə əsaslanan sistemlərin qurulmasına yönəlməlidir. “Data governance”, “data engineering” və “data science” sahələrində ixtisaslaşmış şirkətlərlə əməkdaşlıq prioritet təşkil edir. Xam məlumatların emalı və onların süni intellekt sistemlərinə inteqrasiyası rəqəmsal transformasiyanın yeni səviyyəsini müəyyən edəcək”, – deyə Vurğun Hacıyev vurğulayıb.
İRİA rəsmisi əlavə edib ki, bu prosesdə Türkiyə və digər türk dövlətləri ilə təcrübə mübadiləsi mühüm əhəmiyyət daşıyır: “Süni intellektin tətbiqi yalnız ali təhsil müəssisələrində deyil, ümumtəhsil məktəblərində də genişləndirilməlidir. Birgə yanaşma və koordinasiyalı əməkdaşlıq regional miqyasda rəqabət qabiliyyətli süni intellekt məhsullarının formalaşdırılmasına şərait yarada bilər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [13:40]
® “Milliön” terminallarında şəxsi kabinetinizlə daha sürətli ödəniş edin
- 11.02.2026 [13:19]
Macarıstan şirkəti “Şəfəq” GES-də 10 faiz iştirak payı alıb
- 11.02.2026 [13:04]
® “Birbank”ın “Böl-ödə” krediti ilə alış-veriş imkanlarınızı genişləndirin
- 11.02.2026 [12:34]
İRİA: Bu ilin sonuna qədər texnoparkdakı rezidentlərin sayı 200-ə çatacaq
- 11.02.2026 [12:23]