Azərbaycanın Olimpiya çempionları “Böyük Dəbilqə”də çıxış edəcəklər
Bakı, 11 fevral, AZƏRTAC
Cüdo üzrə Azərbaycan millisinin Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək “Böyük Dəbilqə” turniri üçün ilkin heyəti açıqlanıb.
AZƏRTAC Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizin yarışda ümumilikdə 10 çəki dərəcəsində 20 cüdoçu ilə (13 kişi, 7 qadın) təmsil olunacağı gözlənilir.
Heyətdə Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev də yer alıblar.
Kişilərin mübarizəsində Yusif Əhmədov, Balabəy Ağayev (hər ikisi 60 kiloqram), Turan Bayramov, Nizami İmranov (hər ikisi 66 kiloqram), Kamran Süleymanov, Hidayət Heydərov (hər ikisi 73 kiloqram), Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kiloqram), Murad Fətiyev (90 kiloqram), Zelim Kotsoyev, Əjdər Bağırov (hər ikisi 100 kiloqram), Kənan Nəsibov və Camal Qamzatxanov (hər ikisi +100 kiloqram) qüvvəsini sınayacaq.
Qadınlarda isə Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kiloqram), Leyla Əliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Südabə Ağayeva (70 kiloqram) və Mədinə Xaysinova (+78 kiloqram) tatamiyə çıxacaq.
Qeyd edək ki, turnir fevralın 27-dən martın 1-dək təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]