İDMAN


Cüneyt Biçər əvvəlki vəzifəsinə qaytarılmışdır

Bakı, 16 mart (AZƏRTAC). Xəbər verildiyi kimi, Cüneyt Biçər “Xəzər-Lənkəran” futbol klubunun baş məşqçisi postundan istefaya göndərilmişdir.

Klubdan AZƏRTAC-a bildirmişlər ki, türkiyəli mütəxəssis komandadan tam uzaqlaşdırılmamışdır. O, sadəcə idman direktoru vəzifəsinə qaytarılmışdır.

C.Biçər 2011-ci il dekabrın 5-də komandanın baş məşqçisi təyin olunmuşdur. O, Mirça Redniki əvəzləmişdir. Buna qədər isə mütəxəssis klubda məhz idman direktoru kimi çalışmışdır.

Cüneyt Biçərin istefaya göndərilməsi “Qarabağ” (0:1) və “İnter”lə (2:3) son oyunlarda “Xəzər-Lənkəran”ın məğlubiyyətləri ilə əlaqədar olmuşdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.