Dövlət qulluğu vəzifələri üzrə test imtahanı vermək üçün 1138 nəfər qeydiyyatdan keçib
Bakı, 3 oktyabr, AZƏRTAC
Dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə oktyabrın 16-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahan vermək üçün qeydiyyat oktyabrın 6-sı saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək. İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək buraxılış vərəqəsində qeyd olunacaq. Bu gün saat 12:00-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 1138 (BA - 291, BB - 846) nəfər qeydiyyatdan keçib.
Xatırladaq ki, imtahan vermək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və ödəniş üsulları DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.05.2026 [12:16]
AMEA-da “Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib
- 26.05.2026 [12:09]
Canlı Sistemlərin Tədqiqi İnstitutu doktoranturaya qəbul elan edir
- 26.05.2026 [11:17]
Sərxan Xavəri: Türk dünyası elm və texnologiyaya xüsusi önəm verməlidir
- 26.05.2026 [11:15]
Əlli ilin məzunları ADPU-da
- 26.05.2026 [10:41]
“Kitab klubu”nun növbəti müzakirəsi “İnsanın məna axtarışı”na həsr olunub
- 26.05.2026 [07:54]