Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda aqrar sahənin inkişafında yeni mərhələ başlanır

Azərbaycanda aqrar sahənin inkişafında yeni mərhələ başlanır

Bakı, 26 may, AZƏRTAC

Prezident İlham Əliyevin sədrliyi ilə mayın 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunan müşavirə bir daha göstərdi ki, respublikamızda aqrar sektorun davamlı inkişafı dövlət siyasətinin prioritet istiqamətidir. Belə bir müşavirənin keçirilməsi, Prezidentin toxunduğu məsələlər, verdiyi mesajlar, qarşıya qoyduğu vəzifələr onu deməyə əsas verir ki, kənd təsərrüfatı ölkənin iqtisadi dayanıqlığının möhkəmləndirilməsində, ərzaq təhlükəsizliyinin təmin olunmasında, regionların sosial-iqtisadi inkişafında strateji əhəmiyyət daşıyan sahə kimi xüsusi diqqət mərkəzindədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Xanlar Fətiyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın son onilliklərdə keçdiyi sürətli inkişafda aqrar sferanın xüsusi payı var. Müşavirədə bu barədə ətraflı bəhs edildi. Məlum olduğu kimi, Prezident İlham Əliyevin hələ respublikamıza rəhbərliyinin ilk vaxtlarından qarşıya qoyduğu prioritet vəzifələrdən biri kənd təsərrüfatının inkişafının sürətləndirilməsi ilə bağlı olub. İndiyədək həyata keçirilən islahatlarda, qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına dair bütün dövlət proqramlarında kənd təsərrüfatının inkişafı ilə bağlı məsələlərə xüsusi diqqət yetirilib. Kənd təsərrüfatı məhsulları istehsalçılarının bir sıra vergilərdən azad olunması, fermer və sahibkarlar üçün güzəştli kredit mexanizmlərinin yaradılması, subsidiya sisteminin tətbiqi, lizinq yolu ilə müasir texnikaların verilməsi aqrar sektorun inkişafına ciddi təkan verib. 2005-2025-ci illərdə ümumilikdə 96 mindən çox kənd təsərrüfatı texnikasının lizinqə verilməsi, gübrə və toxum təminatının yaxşılaşdırılması, əkin sahələrinin becərilməsi üçün yanacaq subsidiyalarının ayrılması kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsinə mühüm təsir göstərib. Yeni su anbarlarının tikilməsi, meliorasiya və irriqasiya layihələrinin həyata keçirilməsi kənd təsərrüfatının dayanıqlı inkişafında mühüm rol oynayıb.

Deputat bildirib ki, Prezident İlham Əliyev aqrar sahənin ayrı-ayrı istiqamətləri, məsələn, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq və baramaçılıqla bağlı ayrıca dövlət proqramlarını da təsdiq edib, ölkənin aqrar siyasətinin əsas məqsədlərinin daxili tələbatın və ərzaq təhlükəsizliyinin tam yerli istehsal hesabına ödənilməsi, kənd təsərrüfatı məhsullarının ixracının təmin edilməsi kimi məsələlər olduğunu önə çəkib. Dövlətimizin başçısı Nazirlər Kabinetinin iclaslarında, müşavirələrdə, media orqanlarına müsahibələrində bu məsələlərə xüsusi toxunub, aqrar bölmənin inkişafı ilə bağlı mühüm sənədlər imzalayıb. Bütün bunlar aqrar sahənin inkişafı üçün əlverişli fəaliyyət mühitinin yaradılmasına, fermerlərin dövlət qayğısı ilə əhatə olunmasına, onların gəlirinin artırılmasına və kənd təsərrüfatı məhsulları istehsalının artımına yol açıb. Təkcə son 10 ildə kənd təsərrüfatı məhsulları istehsalı real olaraq 37,8 faiz artıb, o cümlədən bitkiçilik məhsulları istehsalı 48,2 faiz, heyvandarlıq məhsulları istehsalı isə 29,6 faiz yüksəlib.

Lakin bununla belə müşavirədə Prezident İlham Əliyevin dediyi kimi, kənd təsərrüfatı istehsalında dinamika qaneedici deyil. Dövlətimizin başçısı bunun səbəblərini də açıqladı: “Bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir. Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır”.

Xanlar Fətiyevin sözlərinə görə, müşavirədə Prezident İlham Əliyevin səsləndirdiyi bir sıra rəqəmlər də düşündürücüdür. Azərbaycan bir çox kənd təsərrüfatı məhsulları üzrə daxili tələbatı tam ödəmək imkanına malikdir. Ölkəmizin münbit torpaqları, əlverişli iqlimi və zəngin təbii resursları buna geniş şərait yaradır. Buna baxmayaraq, bəzi məhsullar üzrə mövcud göstəricilər qənaətbəxş hesab edilə bilməz. Xüsusilə müşavirədə buğda istehsalının daxili tələbatın cəmi 55 faizini qarşılaması ciddi narahatlıq doğuran məsələ kimi qiymətləndirildi. Dövlətimizin başçısının da qeyd etdiyi kimi bu, qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır. Onu da nəzərə almalıyıq ki, buğda strateji məhsul olmaqla, ərzaq təhlükəsizliyinin təmin olunmasında aparıcı rola malikdir.

Aqrar sahədə müasir texnologiyaların və yanaşmaların tətbiqi genişlənəcək

“Prezident İlham Əliyevin çıxışında kənd təsərrüfatının müasir çağırışlara uyğun inkişafı, innovativ yanaşmaların tətbiqi, özəl sektorun kənd təsərrüfatının inkişafında daha yaxından iştirakı, aqrar sahəyə güzəştli kreditlərin ayrılması, bu sferaya xarici sərmayələrin cəlb edilməsi, torpaqlardan səmərəli istifadə, suvarma məsələləri xüsusi yer tutdu. Bütün bunlar təsdiq edir ki, Azərbaycan aqrar sahədə daha təkmil inkişaf xətti həyata keçirməklə, həm daxili tələbatın daha etibarlı təminatına, həm də ixrac potensialının genişləndirilməsinə nail olmağı qarşıya məqsəd qoyub. Bu məsələlər Prezident İlham Əliyevin mayın 25-də təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar hazırlanan Dövlət Proqramı 2026-2030-cu illərdə aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsini, intensiv və rəqabət qabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur. Proqramda deyilir: “Qlobal ərzaq bazarlarında qeyri-sabitlik və təchizat zəncirlərində risklərin artması daxili ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsini strateji zərurətə çevirmişdir. Bununla yanaşı, aqrar istehsalda yüksək əlavə dəyər yaradan emal və ixracyönümlü fəaliyyətin stimullaşdırılması, fermerlərin maliyyə resurslarına və müasir texnologiyalara çıxışı imkanlarının artırılması, aqrar-elmi tədqiqat və innovasiya potensialının gücləndirilməsi, eləcə də kənd yerlərində dayanıqlı məşğulluq imkanlarının genişləndirilməsi qarşıdakı dövrün əsas prioritetləri sırasında yer alır”.

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər və təsdiq etdiyi Dövlət Proqramı Azərbaycanda aqrar sahənin inkişafında artıq yeni mərhələnin başlanmasından xəbər verir. Dövlət Proqramı həm də yeni mərhələnin yol xəritəsidir.

Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aqrar sahənin inkişafı müasir çağırışlardan irəli gələrək, yeni və daha təkmil mərhələyə qədəm qoyur. Dövlət başçısının müəyyən etdiyi strateji kurs nəticəsində qarşıdakı illərdə kənd təsərrüfatında məhsuldarlığın artırılması, ixrac imkanlarının genişləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə ediləcək. O cümlədən aqrar sahədə özəl sektorun da yaxından iştirakı ilə müasir texnologiyaların və yanaşmaların tətbiqi genişlənəcək, kəndlərdə məşğulluq imkanları çoxalacaq. Ən əsası, bu siyasət Azərbaycanın iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsinə, respublikamızın ərzaq təhlükəsizliyinin daha güclü formada təmin edilməsinə qarşıdakı dövrdə mühüm töhfələr verəcək”, - deyə deputat vurğulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Qətərli vasitəçilər ABŞ ilə mümkün razılaşmanı müzakirə etmək üçün İrana gediblər

Fransada məhbusların sayı rekord həddə çatıb

Aralıq dənizində 5,1 bal gücündə zəlzələ qeydə alınıb

“Ədibin Evi” qəhrəmanlıq mövzusunda milli komiks müsabiqəsinin qaliblərini elan edib

Zaporojye bölgəsində humanitar yardım məntəqəsi aviabombalarla vurulub, 24 nəfər həlak olub

Balakəndə “Zamanın rəngləri – Zəfər” adlı sərgi açılıb

Mehdi Hüseynzadəyə həsr edilmiş sənədli filmin premyerası olub VİDEO

Mehdi Hüseynzadəyə həsr edilmiş sənədli filmin premyerası olub VİDEO

Gəncə Dövlət Milli Dram Teatrında “Əli və Nino” tamaşasının premyerası olub

Finlandiyada Zəfər Günü qeyd olunub

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb

Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər