İDMAN


Elnur Süleymanov: Ən böyük arzum Olimpiya Oyunlarında iştirak edib, uğur qazanmaqdır

Bakı, 2 dekabr, AZƏRTAC 

Kişi boksçular arasında ölkə çempionatında qarşılaşmalar maraqlı mübarizə şəraitində keçdi. Azərbaycanın ən güclü boksçuları sırasında yer aldığıma görə çox sevinirəm. Bu titulu qorumaq çox vacibdir. Əsas məqsəd ümidləri doğrultmaqdır. Bunun üçün üzərimdə daha çox işləməliyəm.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində 69 kiloqram çəki dərəcəsində boks üzrə ölkə çempionatının qalibi Elnur Süleymanov deyib. Döyüşdə fiziki cəhətdən güclü olmaqla yanaşı texnika və taktikanın da mühüm rol oynadığını bildirən idmançı bu amilə xüsusi diqqət yetirdiyini bildirib. “Yarımfinalda Olimpiya Oyunlarının gümüş mükafatçısı Lorenzo Sotomayorla qarşılaşmam mənim üçün mühüm əhəmiyyət kəsb edirdi. Qalib gələcəyimə inanırdım. Yarışlara ciddi hazırlaşmışdım. Ən böyük arzum Olimpiya Oyunlarında iştirak edib, uğur qazanmaqdır”, - deyə boksçu əlavə edib.

Qeyd edək ki, Elnur Süleymanov çempionatın ən texnikalı boksçusu seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.