Həftəsonunadək gözlənilən hava şəraiti açıqlanıb
Bakı, 19 avqust, AZƏRTAC
Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Avqustun 20-si gündüzdən 21-i gündüzədək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu 29-33 dərəcə isti olacaq.
Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Həftə sonlarında avqustun 22-23-də mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək və havanın maksimal temperaturunun 30-35 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında avqustun 20-si gündüz şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Avqustun 22-23-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.
Havanın maksimal temperaturu aran rayonlarında 33-38, dağlarda 20-25 dərəcə isti olacaq.
Məlumat üçün bildirmək istəyirik ki, avqustun 19-dək temperatur 17 gün normadan yüksək (0.4-5.2 dərəcə), 1 gün normadan 0.3 dərəcə aşağı olub. Ayın 9-da 5.2 dərəcə yüksək olub ki, bu zaman havanın maksimal temperaturu 38.6 dərəcə isti qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [14:29]
Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək -XƏBƏRDARLIQ
- 19.08.2026 [12:51]
Sabah havanın temperaturu 38 dərəcəyədək artacaq VİDEO
- 18.08.2026 [16:01]
Sabah Abşeron çimərliklərində suyun temperaturu 26 dərəcəyədək isti olacaq
- 18.08.2026 [12:35]
Sabahın hava proqnozu açıqlanıb
- 17.08.2026 [15:13]
Yaxın iki gündə hava əsasən yağmursuz keçəcək - Açıqlama
- 17.08.2026 [12:37]
Sabah hava əsasən yağmursuz keçəcək
- 16.08.2026 [13:02]