® “Bir” ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır
Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan “Bir” “HoReCa” (otel, restoran, kafe/ketrinq) sektorunda müştəri təcrübəsini yaxşılaşdırmaq, rəqəmsal transformasiyanı sürətləndirmək, rəqəmsal ödənişlərin tətbiqini genişləndirmək məqsədilə İctimai İaşə və Qastronomiya Assosiasiyası (İİQA), eləcə də restoran və pərakəndə bizneslər üçün rəqəmsal həllər təqdim edən “Clopos” startapı ilə strateji tərəfdaşlığa başlayıb.
“Bir”, İİQA və “Clopos” arasında imzalanan Əməkdaşlıq Memorandumu çərçivəsində xidmət sektoru üçün yeni başdan-başa onlayn (“end-to-end”) rəqəmsal həll tətbiq edir. “Bir” ekosisteminin infrastrukturu üzərində qurulan bu həll sifarişdən ödənişədək bütün prosesləri rəqəmsallaşdırır. Vahid QR mexanizmi sayəsində qonaqlar masadakı kodu oxudaraq menyuya daxil ola, xidmət göstərən şəxsi gözləmədən sifariş verə, hesabı “Bir Pay” və digər ödəniş vasitələri ilə ödəyə, həmçinin rəqəmsal şəkildə bəxşiş əlavə edə bilərlər.
Həll müştərilər üçün daha rahat və sürətli xidmət təcrübəsi yaratmaqla yanaşı, iaşə obyektlərinə sifariş və ödəniş proseslərini optimallaşdırmağa və əməliyyatların effektiv idarə olunmasına imkan yaradacaq. Tərəfdaşlığın əsas hədəfi texnologiya, ödəniş infrastrukturu və “HoReCa” bizneslərini bir araya gətirərək sektorun rəqəmsal inkişafına və dayanıqlı ekosistemin formalaşmasına töhfə verməkdir.
“Bir” Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – “Birbank” rəqəmsal mobil bankçılıq tətbiqi, “Birmarket” e-ticarət platforması, “Milliön” ödəniş terminalları və “m10” rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də “Trendyol Azərbaycan” və “BakıKart”la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində “Bir” Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az