Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir
Bakı, 19 avqust, AZƏRTAC
Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında "Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə qərargah danışıqları" keçirilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti, gələcək perspektivləri və bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə, həmçinin 2027-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planının layihəsinə baxılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [13:24]
Azərbaycan Ordusunda yeni tədris ili başlayıb
- 06.09.2026 [18:14]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 05.09.2026 [14:59]
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb
- 30.08.2026 [16:53]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.08.2026 [15:00]