REGİONLAR


Gəncədə 50 çoxmənzilli binanın dam örtüyü yenilənir

Gəncə, 7 fevral, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, Gəncədə daha 50 çoxmənzilli binanın dam örtüyü yenilənəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublikamızın 5 şəhər və rayonunda 379 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə 21 milyon 685 min 830 manat vəsait ayrılıb. Onun da 2 milyon 472 min 570 manatı Gəncə şəhərinin payına düşür.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı məsələləri üzrə müavini Mikayıl Zeynalov bildirib ki, hazırda şəhərin Şeyx Bahəddin və Üzeyir Hacıbəyli küçələrində çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsinə başlanılıb.

“Bu 50 binada işlər yekunlaşdıqdan sonra Gəncədəki bütün 9 və 5 mərtəbəli binaların dam örtükləri tam dəyişdirilmiş olacaq”, – deyə Mikayıl Zeynalov qeyd edib.

Onun sözlərinə görə, növbəti mərhələdə 2 və 3 mərtəbəli çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi nəzərdə tutulur. Bunlar da əsasən əvvəllər Gəncə Şəhər Dövlət Dəmiryol İdarəsinin balansında olan binalardır. Artıq həmin binalar Gəncə Şəhər İcra Hakimiyyətinin balansına verilib və yaxın zamanlarda bu binaların da dam örtüklərinin təmiri həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.