Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyevin böyük siyasətə qayıdışı

Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər Naxçıvan dövrü mühüm yer tutur. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu.

O illərdə ölkəmiz fəlakətə sürüklənmişdi. Həyatı boyu qəlbi Vətən və xalqı ilə döyünən böyük şəxsiyyət Heydər Əliyev belə bir vaxtda susa bilmədi. SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən, Siyasi Büro üzvlüyündən istefaya getdikdən sonra Moskvada yaşayan Heydər Əliyev 1990-cı il 20 Yanvar günlərində həyatını təhlükədə qoyaraq Azərbaycanın daimi nümayəndəliyinə gedib çıxış etdi, qəzəb və kəskin etirazını bütün dünyaya bildirdi. Bu qüdrətli soydaşımız Azərbaycan xalqına başsağlığı verərək sovet ordusunun Bakıya basqın edib görünməmiş vəhşiliklər törətdiyini, çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxiləsini pislədi. O, bu faciənin ölkənin ali dövlət və partiya rəhbərliyinin səhv qərarı ucbatından baş verdiyini bildirdi və qırğın törədənlərin hamısının layiqincə cəzalandırılmasını istədi.

Artıq Heydər Əliyevin Moskvada qalması mümkün deyildi. Orada M.Qorbaçovu ələ alan güclü erməni mafiyası - Aqanbekyanlar, Şahnazarovlar, Balayanlar, Sitaryanlar, Alixanyanlar Dağlıq Qarabağı və Naxçıvanı Azərbaycandan qoparmaq üçün dəridən-qabıqdan çıxırdılar. Heydər Əliyevin Azərbaycana qayıdışı zamanı Bakıda vəzifə və kreslo düşgünlərinin ona qarşı qaldırdıqları siyasi təqib kampaniyası xalqımızın hiddətinə səbəb oldu. Xalq öz həqiqi liderini fəal müdafiə etdi. Heydər Əliyev və Xalq birliyi əzəmətini göstərdi.

Həmin o günlərin və görüşlərin iştirakçısı kimi bütün hadisələr xatirəmdədir. Moskvadan Bakıya, oradan da təyyarə ilə doğma Naxçıvana qayıdan Heydər Əliyevi doğulduğu şəhər və qədim məhəllə yenidən qoynuna aldı. Bacısı evində yaşamağa başladı. Bu kiçik məhəlləyə, evə gələnlərin ardı-arası kəsilmirdi. Bu torpağın əziz, doğma övladı kimi Vətəninə qayıtmış Heydər Əliyev ilə görüşə gələnlər ona dərin ehtiramlarını bildirir, böyük rəhbəri məhəbbət və həsrətlə bağrına basır, qucaqlayıb öpür, hətta kövrəlib ağlayırdılar. Səhəri gün - 22 iyul 1990-cı il tarixdə axşamüstü Naxçıvan şəhərinin mərkəzi hissəsi, 80 min nəfərdən çox adamın toplaşdığı Azadlıq meydanı izdihama qərq olmuşdu. Muxtar respublikanın hər yerindən Heydər Əliyevi görməyə, qarşılamağa axışıb gələnlər meydana toplaşmışdı.

Bu izdiham xalq ilə rəhbərin görüşünün, birliyinin bariz nümunəsi idi. Naxçıvan öz tarixi ərzində belə böyük izdihama bürünməmişdi. Qədim şəhər hələ heç vaxt belə bir büsat və təntənə ilə öz oğlunu qarşılamamışdı. İnsan kütləsinin arası ilə Heydər Əliyevin meydanın mərkəzindəki kürsüyə gəlib çıxması üçün polislər yol açırdılar. Nəhayət, Heydər Əliyev kürsüyə yaxınlaşdı. Hərarətli alqışlar, əzəmətli şüarlar səsləndi, gur səslər ətrafı bürüdü. Böyük şəxsiyyət xəstə vəziyyətdə olduğu üçün isti, bürkülü havada çox danışa bilmədi. Sevinc dolu alqışlar altında etdiyi qısa çıxışı ilə soydaşlarına sonsuz məhəbbətini ifadə etdi, bu ağır günlərdə dünyalar qədər sevdiyi xalqının dərdinə şərik olmağa gəldiyini bildirdi. Əsas bir fikrini həmyerlilərinə çatdırdı ki, Azərbaycanın başı üzərini qara buludlar alıb...

Həmin gün Heydər Əliyevin ayağının altında onlarca qurban kəsildi. Ağır müharibə, iqtisadi böhran şəraitində yaşayan naxçıvanlılıar bu böyük şəxsiyyətə özlərinin nicatı və son ümidi kimi baxırdılar. Ulu öndər hərarətlə yenidən uşaqlığını, gəncliyini keçirdiyi zamanlara qayıdırdı, unudulmaz, kövrək xatirələr yada düşürdü. Həmyerlilərinin mehriban, isti münasibəti, xoş sözləri onun qəlbini ehtizaza gətirirdi. Bu görüş barədə Heydər Əliyev özü belə deyirdi: “Mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illərdə çəkdiyim bütün əzab-əziyyəti unutdum”.

Bu ümumxalq məhəbbətini Heydər Əliyev özü qazanmışdı. Respublikaya 14 il rəhbərlik etdiyi dövrdə xalqın sevimlisinə çevrilmişdi. Moskvadan qayıdıb ana yurduna gələndə heç bir vəzifəsi olmasa da, xalq onu böyük bir şəxsiyyət kimi qiymətləndirir, doğma bir övladı kimi sevirdi... O zaman Naxçıvan ağır günlər keçirirdi. Muxtar respublika Qarabağ problemi ətrafında baş verən hadisələrin zərbəsinə məruz qalmışdı. Vəziyyət olduqca gərgin, ziddiyyətli şəkil almışdı. Sərhədyanı kəndlər ermənilər tərəfindən işğal və qarət olunurdu. Naxçıvan iqtisadi və siyasi böhran məngənəsinə salınmışdı. Azərbaycanla nəqliyyat-kommunikasiya əlaqələri kəsilmişdi. Belə bir dövrdə təxribatlar baş alıb gedirdi, adamlar son ümidi olan ov tüfəngləri də yığılandan sonra erməni təcavüzü qarşısında əliyalın və köməksiz vəziyyətdə qoyulmuşdu.

Naxçıvan ağır vəziyyətə, xüsusən 20 Yanvar faciəsinə SSRİ-nin tərkibindən (Azərbaycanın yox) çıxması barədə qərarı ilə etirazını bildirmişdi. Bundan sonra muxtar respublika ölkənin iqtidar və ixtiyar sahiblərinin qəzəbinə düçar olmuşdu. Hətta Naxçıvanın “kor bağırsaq” kimi kəsilib atılması zəruri bilinmişdi. Məhz belə bir ağır dövrdə tale Heydər Əliyevi ulu diyara gətirməklə Naxçıvanı işğaldan qoruya bildi. İlahi qüvvələrin himayədarlığı, Peyğəmbər uzaqgörənliyi ilə Azərbaycanın bu qədim torpağını xilas edən Heydər Əliyev özünə Naxçıvan boyda əbədi, həmişəyaşar abidə ucaltdı.

30 sentyabr 1990-cı ildə Azərbaycan SSR və yerli xalq deputatları sovetlərinə seçkilər keçirilirdi. Xalq öz sevimli, əvəzedilməz oğluna yüksək etimadını göstərdi. Fərdi pensiyaçı Heydər Əliyev Babək rayonunun 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan şəhərinin 2 nömrəli M.F.Axundov adına seçki dairəsindən isə Naxçıvan MSSR Ali Məclisinə deputat seçildi. Bu dövrdə yorulmaz, fədakar fəaliyyət göstərən Heydər Əliyev Naxçıvan parlamentində yalnız muxtar respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, siyasi həyatın demokratikləşməsi prosesinə güclü təkan verən qərarların qəbul edilməsinə nail oldu.

1990-cı il noyabrın 17-də xalq deputatı Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası oldu. Sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, “Sovet Sosialist” sözlərini çıxararaq Naxçıvan Muxtar Respublikası adlandırılması, Naxçıvan MSSR Ali Sovetinin adını dəyişərək Naxçıvan MR Ali Məclisi adlandırılması, ilk Azərbaycan Respublikasının rəmzi olan üçrəngli Dövlət bayrağının bərpa edilməsi, onun Naxçıvan MR dövlət bayrağı kimi qəbul edilməsi haqqında yekdilliklə qərar qəbul etdi. Naxçıvan MR Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında həmin bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Beləliklə, Azərbaycanın üçrəngli bayrağı ilk dəfə Naxçıvanda qaldırıldı.

Heydər Əliyevin Naxçıvanda yenidən siyasətə qayıtması Azərbaycanı bir dövlət kimi dağıtmaq istəyində olan daxili və xarici düşmənləri ciddi təşvişə salmışdı. İqtidar Naxçıvanı iqtisadi və informasiya blokadasında saxlamaqla Heydər Əliyevin əleyhinə hər cür yaramaz təbliğatı qızışdırır, yaltaq, ikiüzlü deputatların vasitəsilə onu Azərbaycan parlamentində iştirakdan və ölkədə cərəyan edən siyasi proseslərdən təcrid etməyə çalışırdı. Böyük siyasi xadim Heydər Əliyev isə müdrik və uzaqgörənliklə Naxçıvan MR Ali Məclisinin sessiyalarında qətiyyətli çıxışlar edirdi. Onun təşəbbüsü ilə 20 Yanvar Bakı hadisələrinə siyasi qiymət verilməsi, Dağlıq Qarabağ Muxtar Vilayətində, onun ətrafında yaranmış ağır vəziyyətə münasibət bildirilməsi kimi tarixi əhəmiyyətli qərarlar qəbul edildi, ölkənin düçar edildiyi vəziyyətə real qiymət verildi.

Ölkədə çox ağır və gərgin vəziyyət yarandığı, hadisələrin düzgün qiymətləndirilmədiyi, siyasi proseslərin getdikcə xalq üçün təhlükəli xarakter aldığı bir vaxtda, 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası çox böyük uzaqgörənliklə yekdillik nümunəsi göstərərək Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi məsələsini müzakirəyə çıxardı. Həmin sessiyada Heydər Əliyev 4 dəfə çıxış edərək namizədliyini irəli sürənlərə dərin minnətdarlığını bildirdi və təkidlə xahiş etdi ki, onun namizədliyini səsə qoymasınlar. Bu zaman sessiya keçirilən binanın qarşısına toplaşan yüz min nəfərlik bir izdihamın - xalqın tələbinin qarşısını almaq mümkün deyildi.

Bir neçə saatlıq qızğın müzakirə, qətiyyətli çıxış, təkliflər, deputatların və əhalinin təkidli tələblərindən sonra salonda və bayırda hərarətli, sürəkli alqış səsləri ucaldı. Sessiya yekdilliklə Heydər Əlirza oğlu Əliyevi Naxçıvan MR Ali Məclisinin sədri seçmişdi. Xalqın bu seçimi Heydər Əliyevin böyük siyasətə Qayıdışı idi. Hakimiyyətə yenidən qayıdışa Heydər Əliyev Naxçıvandan, doğulduğu ana torpağından başladı. O zaman dünyada tanınmış müdrik siyasətçinin bu sözləri və düşüncələri bir daha Heydər Əliyev və Xalq birliyinin sarsılmaz olduğunu göstərdi.

Böyük siyasi xadim və dahi şəxsiyyət xalqın tələbi və iradəsi ilə hakimiyyətə gəlməyə razılıq verdiyini bəyan etdi: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin dövründə, üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.

Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi xəbəri dünyaya yayıldı. Ertəsi gün onunla görüşə, qəbula gələnlərin ardı-arası kəsilmirdi. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlmiş Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri kimi yorulmaz və səmərəli fəaliyyətə başladı. O zaman Naxçıvan Muxtar Respublikasında yaranmış gərgin, böhranlı vəziyyəti aradan qaldırmaq, MR sərhədlərində müharibəni səngitmək, Müdafiə Komitəsinin fəaliyyətini gücləndirmək, əhalinin ağır iqtisadi, sosial vəziyyətinə, ərzaq, enerji, yanacaq təminatına kömək etmək kimi həyati məsələlərin öhdəsindən məhz Heydər Əliyev - böyük təcrübəyə malik, səriştəli bir rəhbər, dünyada tanınmış siyasətçi gələ bilərdi.

Muxtar respublikanın blokadaya alındığı vaxtda sərhəd kəndlərinə erməni təcavüzü davam edirdi. Bu qanlı döyüşlərdə biz də şəhidlər verirdik. Bütün Naxçıvan ayağa qalxmışdı. Heydər Əliyevin rəhbərliyi altında oğullarımız vuruşmalarda öz qeyrətini, qəhrəmanlığını göstərirdi. O vaxt Heydər Əliyev çıxışlarında həmişə deyirdi: “Biz Naxçıvanı qorumalıyıq”, “Adamlar könüllü olaraq Sədərəyi müdafiə etdilər, bu birlik, cəsurluq nümunəsi qarşısında ermənilər geri oturduldular”. Heydər Əliyev informasiya vasitələri ilə Ermənistanın təcavüzü barədə dünya ölkələrinə bəyanatlar verdi. Naxçıvana erməni təcavüzü və burada gedən demokratik proseslərin səs-sədası dünya ölkələrinə yayıldı.

Ali Məclisdə muxtar respublikanın dövlət quruculuğu, müdafiə və hərbi quruculuq məsələləri, hakimiyyət və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, iqtisadi və siyasi böhranın aradan qaldırılması, iqtisadi islahatların keçirilməsi, xarici iqtisadi əlaqələrin yaradılması, həmsərhəd xarici dövlətlərlə - Türkiyə və İranla mehriban qonşuluq münasibətlərinin qurulması və kütləvi tədbirlərə aid məsələlər müzakirə edildi, müvafiq qərarlar qəbul olundu. Zərərlə işləyən kolxoz və sovxozlar özəlləşdirildi. Əhalinin ərzaq məhsulları ilə təchiz edilməsi, xeyli vaxtdan bəri Naxçıvanda yanacaq çatışmazlığının aradan qaldırılması, iş vaxtından səmərəli istifadə edilməsi, əmək intizamının möhkəmləndirilməsi, Naxçıvan aeroportunun, Sədərək-Türkiyə yolunun tikintisinin sürətlənməsi, Araz dəryaçasında və digər strukturlarda külli miqdarda balıq məhsullarının tutulub əhaliyə satılması işləri yaxşılaşdırıldı.

Ali Məclisdə Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyaların iclaslarında o vaxt Naxçıvanda və respublikada baş verən mürəkkəb siyasi hadisələr barədə mühüm tarixi qərarlar qəbul edildi.

1992-ci il mart ayının 24-də Türkiyənin Baş naziri Süleyman Dəmirəl və Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev Ankarada əməkdaşlıq haqqında protokol imzaladılar. Heydər Əliyev ilə görüş zamanı Türkiyə Respublikasının Baş naziri Süleyman Dəmirəl dedi ki, Naxçıvan bizim qonşumuzdur, əhalisi türkcə danışır. Türkiyə Respublikasının başlanğıcında, yəni Şərq tərəfində yerləşən Naxçıvan Muxtar Respublikasının statusunda bir dəyişiklik meydana gələrsə, müqaviləyə əsasən, burada Türkiyə öz sözünü deməlidir...

Həmin görüşdə Heydər Əliyev çıxışında xüsusi vurğuladı ki, Naxçıvanın xüsusi bir statusunun olması, Türkiyənin Naxçıvan üçün zamin bir dövlət olması 70 il bundan əvvəl bağlanmış müqavilələrdə (Qars və Moskva müqavilələri-red. A.S.) öz əksinin tapıb...

Bu görüşlər və imzalanmış sənədlər muxtar respublikada ictimai-siyasi vəziyyətin sabitləşməsinə və mürəkkəb sosial-iqtisadi məsələlərin həllinə şərait yaratdı. Ermənistanla həmsərhəd rayon və kəndlərdə hərbi təcavüzə son qoyuldu, əhalidə əmin-amanlıq yarandı, siyasi tarazlığın pozulmasına yönəldilən cəhdlərin qarşısı alındı. Bu dövr böyük dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin xalqla işləməyi bacarmaq nümunəsi sayılmalıdır. Ali Məclisdə bu mühüm məsələlərin müzakirəsi və qərarların qəbul edilməsindən sonra görülən müvafiq tədbirlər nəticəsində muxtar respublikanın müdafiəsi möhkəmləndirildi, Naxçıvan-Türkiyə arasında körpü salındı, Həsrət, Ümid körpüsü açıldı, Türkiyə dövləti Naxçıvana kömək üçün 100 milyon dollar kredit ayırdı, Naxçıvanı Bakı ilə birləşdirən yeganə nəqliyyat yolu - Naxçıvan hava limanı yenidən quruldu. Türkiyədən, İrandan Naxçıvana ərzaq yardımları gəldi, Heydər Əliyev Türkiyədə və İranda rəsmi səfərlərdə oldu. Dövlət başçıları ilə görüşdü, əməkdaşlıq protokolları imzalandı. Türkiyədən, İrandan Naxçıvana elektrik enerjisi verildi. Naxçıvanda Türkiyənin, İranın konsulluqları açıldı. Amerikadan Naxçıvana 1 milyon dollar dəyərində humanitar yardım göndərildi. Naxçıvanda tam sabitlik yarandı. Bütün bunlar Heydər Əliyev zəkasının, nüfuzunun, səriştəsinin nəticəsi idi.

O zaman Ali Məclis binasının ikinci mərtəbəsində Heydər Əliyevin iş otağının işığı gecələr də sönmürdü. Şaxtalı günlərdə, elektrik enerjisi kəsiləndə isə bu böyük şəxsiyyət neft lampasının işığında soyuqda oturub işləyirdi, Naxçıvanı, əhalini bu ağır vəziyyətdən çıxarmaq üçün gecə-gündüz çalışırdı. Onda, elə indi də adamlar deyirlər: “Naxçıvanı Heydər Əliyev xilas edib”.

O vaxtdan “Xalq-Heydər” və “Heydər-Xalq” birliyi günün mühüm məsələsinə çevrildi. 24 oktyabr 1992-ci il tarixində AXC Naxçıvan şöbəsinin silahlı dəstələri və Ordubad rayon polisi tərəfindən Naxçıvanda törədilən ilk dövlət çevrilişi cəhdi də nəticəsiz oldu. Naxçıvan MR Ali Məclisinin qarşısında keçirilən izdihamlı mitinqin iştirakçıları Heydər Əliyevlə həmrəylik ifadə edərək silahlı dəstələrdən Daxili İşlər Nazirliyinin və Teleradio Verilişləri Komitəsinin binasını boşaltmağı tələb etdilər. Xalq ilə Heydər Əliyev birliyi yenə özünü göstərdi. Xalq kütləvi şəkildə Heydər Əliyevi qorudu, onunla vəhdətdə olduğunu bildirdi. AXC silahlı dəstələrinin dövlət çevrilişinə cəhdinin qətiyyətlə qarşısı alındı. Çünki siyasi hakimiyyət növbəti dəfə xalq tərəfindən yeni dəstək, möhkəm müdafiə təminatı almışdı.

O dövrdə Azərbaycanın bütün şəhər, rayon, kənd və qəsəbələrindən Naxçıvan MR Ali Məclisinə - Heydər Əliyevə on minlərlə adamın imzaladığı teleqramlar, məktublar, müraciətlər axışıb gəlirdi. Bütün bunlar dünyada tanınan böyük siyasi xadim Heydər Əliyevə xalq məhəbbətinin, xalq inamının böyüklüyünü göstərirdi. Xalq Azərbaycanın bu böyük oğlunun siyasi uzaqgörənliyinə, təcrübəsinə, qabiliyyətinə, biliyinə inanır və onu qiymətləndirirdi. Xalq inamının, ümidinin itdiyi bir vaxtda Heydər Əliyevə güvənc yeri kimi baxırdı. Ölkənin düçar edildiyi belə ağır məqamda onun kimi rəhbərə xalqın böyük ehtiyacı olduğunu bildirir, dünya şöhrətli ağsaqqaldan, rəhbərdən sonsuz dərəcədə xahiş edirdilər ki, prezident seçkilərində namizədliyini irəli sürsün.

16 oktyabr 1992-ci ildə Azərbaycan ziyalılarının böyük bir qrupu Heydər Əliyevə müraciət edərək ondan yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsini xahiş etdilər. 24 oktyabrda mətbuatda Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavab olan “Yeni, Müstəqil Azərbaycan uğrunda” sərlövhəli məktubu dərc olundu. 5 noyabr tarixdə respublika ziyalılarının YAP təşkilat komitəsinin yığıncağı keçirildi. Heydər Əliyev yekdilliklə təşkilat komitəsinin sədri seçildi. 21 noyabr 1992-ci ildə isə Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi və Heydər Əliyev açıq səsvermə yolu ilə partiyanın sədri seçildi.

Ölkəmizdə müstəqil dövlətin yaranması və qurulması ilk illərdən ağrılı və əzablı yollardan keçməli oldu. Uzun illər xalqımızın həsrətində olduğu müstəqilliyi itirmək nigarançılığı baş qaldırdı. 1993-cü ilin iyun ayında ölkədə yaranmış vəziyyətə görə xalq parçalanma və məhv olma təhlükəsi ilə üzləşdi. Gəncədə Surət Hüseynov qoşun qaldıraraq dövlətə qarşı çıxdı. Bir neçə ağsaqqal S.Hüseynovla danışıq aparmaq üçün Gəncəyə getdi. Belə bir təklif olundu ki, Naxçıvan MR Ali Məclisi bu hadisəyə öz münasibətini bildirsin.

Bu məqsədlə 7 iyun 1993-cü ildə Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabineti Rəyasət heyətlərinin birgə iclası oldu. Ali Məclisin sədri Heydər Əliyev iclasda çıxış edərək bildirdi ki, Gəncədə baş vermiş hadisələrə Naxçıvan MR Ali Məclisi münasibət bildirməli və bəyanat qəbul olunmalıdır. Bizim bəyanatımız xalq birliyinə, sülhə və barışığa yönəlməlidir. Bu cinayətkarlığın təşkilatçıları məsuliyyətə cəlb olunmalıdır. Biz bu bəyanatda hadisələrə siyasi qiymət verməliyik. Xalq faciə - vətəndaş müharibəsi qarşısındadır. Buna heç cür yol vermək olmaz.

İyunun 13-14-də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev Gəncə şəhərində oldu. O zaman Heydər Əliyev hakimiyyətə qayıdışı ilə yaranan vətəndaş müharibəsinin qarşısını almaqla, Azərbaycanı bölünmək, yox olmaq təhlükəsindən bir daha qorudu.

Xalqın iradəsi hər şeyə üstün gəldi və müstəqil Azərbaycan öz nicat yolunu seçdi və görkəmli siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışına rəvac verdi. Xalqı bu bəladan, vətəndaş müharibəsindən yeganə qurtuluş yolunu müəyyən edən Heydər Əliyevin olduğunu zaman özü göstərdi. Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı şərəfli xilaskarlıq missiyasına - Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət etdi.

İyunun 13-də çağırılan Azərbaycan Respublikasının Milli Məclisinin fövqəladə sessiyası iyunun 15-də öz işini davam etdirdi. Gündəlikdə bir məsələ dururdu: respublika Ali Soveti sədrinin seçilməsi. Bəzi təkliflərin olmasına baxmayaraq, deputatlar bir səslə Ali Sovet sədrinin seçilməsi məsələsini gündəliyə daxil etməyi qərara aldılar. Gizli səsvermə yolu ilə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əlirza oğlu Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 15 iyun günü xalqı məşəqqətlərdən qurtaran Heydər Əliyevin Bakıya dönüşü milli mənəvi dəyərlərimizə, məfkurəmizə, varlığımıza, tarixi qəhrəmanlığımıza qayıdış günü oldu. 1993-cü ilin 15 iyunu tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

3 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasında Prezident seçkiləri keçirildi. Mərkəzi Seçki Komissiyasının məlumatına görə Heydər Əlirza oğlu Əliyevin lehinə 98,8 faiz, əleyhinə 1 faiz səs verildi. Mərkəzi Seçki Komissiyası H.Ə.Əliyevi Azərbaycan Respublikası Prezidenti seçilmiş hesab etməyi qərara aldı. 10 oktyabrda Respublika Sarayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təntənəli andiçmə mərasimi keçirildi.

Azərbaycan dövlətini dağılmaq və parçalanmaq təhlükəsindən xilas edən Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə əsaslı islahatlar yolu ilə uğurlu daxili və xarici siyasət xəttinin həyata keçirilməsi qısa dövrdə özünü göstərdi. Azərbaycan dünya birliyində özünə layiqli yer tuta bildi.

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamda deyilir: “Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır.

Bu gün də həmin siyasət böyük uzaqgörənlik, müdriklik nümunəsi ilə uğurla həyata keçirilir. Heydər Əliyev siyasi kursu möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir. Xalq Ulu Öndərimizin uzunmüddətli dövr üçün müəyyən etdiyi strateji xətti bacarıqla inkişaf etdirir.

Afət Sadıqoğlu

“Xalq qəzeti”nin Baş redaktorunun müavini,

Əməkdar Mədəniyyət İşçisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Tullantılardan hazırlanan 200 kiloqramlıq “cəngavər” - REPORTAJ

Azərbaycan və Koreya yaşıl enerjinin ötürülməsi üzrə əməkdaşlıq imkanlarını dəyərləndirib

Fransada büdcə böhranı təhlükəsi: DGFiP-dən sərt xəbərdarlıq

Yanvar-iyul aylarında əlilliyi olan 85 min şəxsə reabilitasiya xidmətləri göstərilib

DİM “Abituriyent” jurnalının 5-ci nömrəsini nəşr edib

Fernando Alonso unikal nailiyyətə imza atıb

Azərbaycan nümayəndə heyəti Buxara “Ark” Qalasına gəlib

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda yeni ünvan verilən daşınmaz əmlak obyektlərinin sayı 35 faiz artıb

Sabirabadda ağır yol qəzası: 1 ölü, 2 yaralı

Bütün sosial ödənişlər avqustun 25-də yekunlaşdırılacaq

ABŞ-də keçirilən tennis turnirinin qalibləri müəyyənləşib

Ukraynanın Prezidenti Zati-aliləri cənab Volodimir Zelenskiyə

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iqtisadi münasibətlər üçün yeni imkanlar yaradıb – ŞƏRH

Qazaxıstan MSK Qurultaya seçkilərin ilkin nəticələrini açıqlayıb

Rəqabət sahəsi üzrə təkmilləşdirilən hüquqi çərçivə və bazar rəqabətini təşviq edən qaydalar müzakirə olunub

Qızılın qiyməti 3 ayın ən yüksək həddini keçib

“Neftçi” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb

“Neftçi” U-15 dünya çempionatı üçün ilk seçim turnirinin qalibi olub

Özbəkistan millisinin sabiq futbolçusu: Azərbaycanla idman sahəsində əməkdaşlıq yeni, daha yüksək mərhələyə yüksəlir

Azərbaycan və Özbəkistan münasibətləri yeni tarixi mərhələ astanasında ŞƏRH

Böyük Britaniyanın Baş naziri Kiyevdə Ukraynaya yeni dəstəyi açıqlayacaq

Avropa çempionatı: Azərbaycanın voleybol millisi Rumıniyanı sınağa çəkəcək

Magistraturanın boş qalan plan yerlərinə qəbul elan edilir

Mövsümdə ilk, “Neftçi” üçün 150-ci böyükhesablı qələbə

Azərbaycan millisinin voleybolçusu: Hər oyun qızıl dəyərindədir

“Magistr” jurnalının 6-cı nömrəsi nəşr olunub

Samuxda fitosanitar monitorinqlər aparılıb

Bakının parklarında açıq hava konsertləri davam edir

® Səfir Lu Mey Oğuz, Şəki və Qəbələdəki müəssisələri ziyarət edib

“Netflix”, “eBay” və “Anthropic” Azərbaycanda vergi uçotuna alınıb - EKSKLÜZİV

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək VİDEO

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək VİDEO

Astara və Lənkəranda sahibkarların müraciətləri dinləniləcək

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Neft qiymətləri ucuzlaşır VİDEO

Neft qiymətləri ucuzlaşır VİDEO

Milli Məclisin deputatları Qazaxıstandakı seçki prosesini izləyiblər

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

BDYPİ-dən yol hərəkəti iştirakçılarına müraciət: Sükan arxasında telefondan istifadə etməyin

Baba sənətinin layiqli davamçısı - halvaçı Əfülfəz Nadiroğlu

Bu gün paytaxtın və regionların bir hissəsi işıqsız qalacaq

Paytaxtın hansı yollarında nəqliyyatın sıxlığı müşahidə olunur? - siyahı

ABŞ-də uşaqlar arasında ikinci tip diabetin yayılması 10 dəfə artıb

ABŞ İrana qarşı “maliyyə hücumu”na başlayır

İzmirdə 2200 litr saxta spirtli içki müsadirə edilib

Polşa ordusu üçün minlərlə “Piorun” zenit-raket kompleksi alacaq

Rusiyada qadağan olunmuş qida əlavələri satan 37 minə yaxın sayt bloklanıb

Kral III Çarlz dünyanın ən uzun sahil yolunun açılışını edib

Media: Tramp sentyabrda İrlandiyaya səfər edəcək

Ukrayna və Finlandiya birgə dron istehsalına başlayır

Qvineyada torpaq sürüşməsi nəticəsində 30-dan çox insan həlak olub

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub YENİLƏNİB VİDEO

Türkiyədə meşə yanğını ilə bağlı on iki şübhəli həbs edilib

Mil-Muğan regionunda “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsinə start verilib

Norveç kralı V Haraldın səhhəti pisləşib

İran Hörmüz boğazından keçid qaydalarını sərtləşdirir

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB VİDEO

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub VİDEO

Belarus və Şimali Koreya arasında vizasız rejim tətbiq olunacaq

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar VİDEO

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq VİDEO

Premyer Liqa: “Neftçi” 3 xalı darmadağınla qazanıb

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatının son günündə iki medal qazanıblar

Naxçıvanda yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb

Mustafa Aşurov: Azərbaycan–Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB VİDEO

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb

Voleybol millisinin kapitanı: Komanda yoldaşlarım əla mübarizə apardılar

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir VİDEO

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir VİDEO

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub VİDEO

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” ilə “Şamaxı” komandasının qarşılaşması heç-heçə başa çatıb

Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub YENİLƏNİB VİDEO

Media əməkdaşlığı Azərbaycan və Özbəkistan xalqlarının ortaq dəyərlərini auditoriyaya çatdırmağa imkan yaradır  ŞƏRH  VİDEO

Media əməkdaşlığı Azərbaycan və Özbəkistan xalqlarının ortaq dəyərlərini auditoriyaya çatdırmağa imkan yaradır ŞƏRH VİDEO

Azərbaycanın və Özbəkistanın Xalq artisti: Bu adı daşımaq böyük qürur olmaqla yanaşı, sənət qarşısında ciddi məsuliyyətdir

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi İspaniyaya qalib gəlib

Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

Bu saata olan əsas xəbərlər

Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevə

Vidadi Qafarov: Azərbaycan-Özbəkistan teatr əlaqələri uzun və zəngin tarixə malikdir

Nizami Gəncəvi və özbək ədəbiyyatı VİDEO

Nizami Gəncəvi və özbək ədəbiyyatı VİDEO

Qazaxıstanda Qurultaya seçkilərdə səsvermə başa çatıb YENİLƏNİB 3

Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub VİDEO

Sahib Paşazadə: Azərbaycan-Özbəkistan mədəni əlaqələri yeni layihələrlə daha da genişlənir

Direktor: MEK Özbəkistanın aparıcı kitabxanaları ilə geniş əməkdaşlıq edir