Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sahib Paşazadə: Azərbaycan-Özbəkistan mədəni əlaqələri yeni layihələrlə daha da genişlənir

Sahib Paşazadə: Azərbaycan-Özbəkistan mədəni əlaqələri yeni layihələrlə daha da genişlənir

Bakı, 23 avqust, AZƏRTAC

Azərbaycan və Özbəkistan arasında əsrlər boyu formalaşmış tarixi, mənəvi və mədəni bağlar bu gün də uğurla inkişaf etdirilir. Xüsusilə mədəni-humanitar sahədə həyata keçirilən qarşılıqlı layihələr, mədəniyyət günləri, yaradıcılıq və elmi mübadilələr iki qardaş ölkənin əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət səfiri Sahib Paşazadə deyib.

O vurğulayıb ki, Azərbaycan və Özbəkistan arasında hər iki dövlətin liderləri səviyyəsində formalaşan yüksəksəviyyəli münasibətlər mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişlənməsi üçün də əlverişli zəmin yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə keçirdiyi görüşlər ikitərəfli münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıyır.

Sahib Paşazadə təhsil sahəsində əməkdaşlığın da uğurla inkişaf etdiyini diqqətə çatdırıb. O bildirib ki, qarşılıqlı tələbə mübadiləsi və təhsil müəssisələri arasında qurulan əlaqələr iki ölkənin gənc nəslinin bir-birinin mədəniyyəti və musiqi irsi ilə daha yaxından tanış olmasına imkan yaradır. Füzulidə Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına məktəb də iki ölkə arasındakı dostluğun mühüm nümunələrindən biridir.

Sahib Paşazadə qeyd edib ki, Beynəlxalq Muğam Mərkəzinin Özbəkistanın aparıcı ali təhsil və mədəniyyət müəssisələri ilə imzaladığı əməkdaşlıq memorandumları əlaqələrin institusional əsasda inkişafına geniş imkanlar yaradır: “Bu memorandumlar çərçivəsində tələbə və müəllim mübadiləsinin, birgə elmi tədqiqatların, ustad dərslərinin, konsertlərin və müxtəlif mədəni layihələrin həyata keçirilməsini nəzərdə tuturuq. Həmçinin Özbəkistana səfərlərimiz çərçivəsində Mədəniyyət Nazirliyi, Özbək Milli Makom Sənəti Mərkəzi, Yunus Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutu, Özbəkistan Dövlət Konservatoriyası və digər aparıcı mədəniyyət və təhsil müəssisələri ilə görüşlər keçirmişik. Bu görüşlər zamanı milli musiqimizin təbliği, təhsil və elmi əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı mühüm müzakirələr aparılıb”, - deyə Sahib Paşazadə qeyd edib.

O bildirib ki, Azərbaycan-Özbəkistan münasibətlərində mədəni-humanitar əməkdaşlıq xüsusi yer tutur. Tarzənin sözlərinə görə, son illərdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi bu əlaqələrin daha da inkişafına mühüm töhfə verib: “2023-cü və 2025-ci illərdə Azərbaycanda Özbəkistan mədəniyyət günlərinin, 2024-cü ildə isə Özbəkistanda Azərbaycan mədəniyyət günlərinin keçirilməsi xalqlarımızın bir-birinin zəngin mədəni irsi ilə daha yaxından tanış olmasına imkan yaradıb. Xivədə keçirilən “Şuşa günləri” də bu baxımdan mühüm hadisə olub”, – deyə Sahib Paşazadə qeyd edib.

Özbəkistanın mədəniyyət səfiri əlavə edib ki, iki ölkə arasında möhkəm dostluq və qardaşlıq münasibətləri bundan sonra da bütün sahələrdə əməkdaşlığın inkişafı üçün möhkəm əsas olacaq.

Müxbir - Gülay Nəzərova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub

Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub YENİLƏNƏCƏK VİDEO

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNƏCƏK VİDEO

Sahib Paşazadə: Azərbaycan-Özbəkistan mədəni əlaqələri yeni layihələrlə daha da genişlənir

Direktor: MEK Özbəkistanın aparıcı kitabxanaları ilə geniş əməkdaşlıq edir

Azərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında

Əməkdar artist: Azərbaycan-Özbəkistan birgə mədəni layihələri xalqlarımızı daha da birləşdirir

Özbəkistanla yüksəksəviyyəli intensiv təmaslar effektiv nəticələr doğurur Ekspert rəyi

Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər VİDEO

Azərbaycan və Özbəkistan alimləri iki ölkənin coğrafi və ekoloji problemlərini müqayisəli şəkildə tədqiq edirlər

Prezident İlham Əliyevin dövlət səfəri regional iqtisadi əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıyır ŞƏRH

“Fənərbağça”nın 2 futbolçusu “Lyon”la cavab oyununu buraxacaq

Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafına 50 ildən çox töhfə verən alim - Yaşar Qasımbəyli

İki dövlət arasında formalaşan yeni əməkdaşlıq modeli qarşılıqlı etimada və davamlı inkişafa töhfə verəcək RƏY

Azərbaycan Evində Estoniyanın müstəqilliyinin bərpasının 35-ci ildönümü qeyd olunub

Azərbaycan-Özbəkistan müttəfiqliyi yeni məzmun qazanır ŞƏRH

Azərbaycan-Özbəkistan idman əməkdaşlığı iki qitəni birləşdirən strateji körpüdür - ŞƏRH

Azərbaycan – Özbəkistan təhsil əməkdaşlığı: qarşılıqlı təşəbbüslər və yeni inkişaf perspektivləri

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNƏCƏK VİDEO

Xayotjon İbrahimov: Azərbaycan–Özbəkistan münasibətləri dərin institusional müttəfiqlik xarakteri daşıyır

Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub VİDEO

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ikitərəfli münasibətlərdə mühüm siyasi mərhələdir - ŞƏRH

Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər VİDEO

Ş.M.Mirziyoyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Manuel Noyer tarixdə ən çox titul qazanan alman futbolçu olub

Azərbaycan-Özbəkistan əməkdaşlığı ticarətdən investisiya və istehsal mərhələsinə keçir – ŞƏRH

Camşed Jurayev : İctimai əlaqələr Azərbaycan-Özbəkistan münasibətlərinə xüsusi töhfə verir

Qazaxıstanda Qurultay seçkilərində seçici fəallığı 65,37 faizə yüksəlib YENİLƏNİB 2

Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub YENİLƏNİB VİDEO

Siyasi şərhçi: Azərbaycan–Özbəkistan münasibətləri siyasi etimaddan strateji və iqtisadi tərəfdaşlığa doğru inkişaf edir

İqtisadçı-ekspert: Azərbaycan-Özbəkistan əməkdaşlığı Türk dünyasının inkişafına mühüm töhfə verəcək

Azərbaycanla Özbəkistan arasındakı iqtisadi əlaqələr Orta Dəhlizin inkişafında mühüm yer tutur ŞƏRH

Azərbaycan Özbəkistanda istehsal olunan yaşıl enerjinin Avropaya ötürülməsi üçün əlverişli tranzit ölkədir

Ermənistan vətəndaşları elektron viza sistemi ilə yoxlamadan keçdikdən sonra Şimali Kiprə daxil ola biləcəklər

Azərbaycan və Özbəkistanın regionlararası inteqrasiyası: Bakı–Daşkənd xəttindən bölgələrin strateji tərəfdaşlığınadək

Azərbaycan-Özbəkistan: təhsildə qardaşlıq körpüsü

Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO

Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO

Azərbaycan-Özbəkistan elmi əlaqələrinin inkişafında Şərqşünaslıq İnstitutunun rolu

Azərbaycan-Özbəkistan enerji əməkdaşlığında yeni mərhələ: SOCAR-dan Trans-Xəzər layihələrinə

Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar YENİLƏNİB VİDEO

Politoloq: Azərbaycan-Özbəkistan münasibətləri qardaşlıqdan müttəfiqliyə uzanan strateji yüksəliş yolunun bariz nümunəsidir

Çempionlar Liqası: “Sabah” – “Hapoel” oyunu rumıniyalı hakimlərə tapşırılıb

Azərbaycan–Özbəkistan münasibətləri dövlətlərarası əlaqələrin mükəmməl nümunəsinə çevrilib  ŞƏRH

BSU-da özbək dilinin tədrisinə maraq artır: yeni tədris ili üçün 45 yer proqnozlaşdırılır

Hikmət Hacıyev: Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır VİDEO

Hikmət Hacıyev: Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır VİDEO

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi İspaniyaya qarşı

Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib VİDEO

Səidə Davletova: Azərbaycan ilə Özbəkistan arasında münasibətlər rəsmi çərçivələrə sığmır VİDEO

Səidə Davletova: Azərbaycan ilə Özbəkistan arasında münasibətlər rəsmi çərçivələrə sığmır VİDEO

Azərbaycan-Özbəkistan: təhsil əməkdaşlığından ortaq elmi mühitə doğru

Prezident İlham Əliyevin dövlət səfəri: Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələ  ŞƏRH

Nicat Abdullayev: Azərbaycan və Özbəkistan universitetləri arasında əməkdaşlıq üçün geniş potensial var

ABŞ-də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

Professor Səyyarə İbadullayeva: Azərbaycan-Özbəkistan elmi əməkdaşlığı yeni istiqamətlər üzrə inkişaf edir

Azərbaycanın MMA döyüşçüləri dünya çempionatında gümüş medal qazanıblar

Azərbaycan–Özbəkistan müttəfiqliyi regional əməkdaşlığın mühüm dayaqlarındandır ŞƏRH

Azərbaycan və Özbəkistan arasında idman sahəsində əməkdaşlıq: Əsas istiqamətlər və perspektivlər

Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib VİDEO

Həftənin ilk gününün hava proqnozu açıqlanıb

Ekspert: Azərbaycan-Özbəkistan təhsil əməkdaşlığı iki ölkə üçün yeni imkanlar yaradır

Kasım-Jomart Tokayev prezident seçkilərində iştirakı ilə bağlı sualı cavablandırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Siyasi müttəfiqlikdən vahid geoiqtisadi gündəliyə - ŞƏRH

Siyasi şərhçi: Azərbaycan-Özbəkistan əməkdaşlığı Mərkəzi Asiya və Cənubi Qafqazda yeni imkanlar yaradır

Deputat: Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığının genişlənməsi qarşıya daha böyük hədəflər qoyub

Azərbaycan və özbək dillərinin müqayisəli tədqiqi elmi əlaqələrin inkişafına töhfə verir

Akademik: Özbəkistanın aparıcı elmi müəssisələri ilə əlaqələr birgə layihələrin reallaşdırılmasına xidmət edir

Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək

Azərbaycan-Özbəkistan münasibətləri siyasi və diplomatik əməkdaşlıqla yanaşı, iqtisadi müstəvidə də sürətlə inkişaf edir – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin doğum günüdür VİDEO

Görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin doğum günüdür VİDEO

Özbək deputat: Azərbaycanın C5 formatına qoşulması son illərin ən mühüm regional proseslərindən biridir

Azərbaycanın cüdo millisi dünya çempionatını 2 medalla başa vurub

Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Yeniyetmə cüdoçularımız Türkiyədə 4 medal qazanıblar

Qazaxda iki avtomobil toqquşub, 3 nəfər ölüb VİDEO

Qazaxda iki avtomobil toqquşub, 3 nəfər ölüb VİDEO

Azərbaycan-Özbəkistan: Ortaq tarixə əsaslanan ikitərəfli əlaqələr yeni istiqamətlərlə zənginləşir

Fuad Muradov Vaşinqtonda Azərbaycan icmasının üzvləri ilə görüşüb VİDEO

Fuad Muradov Vaşinqtonda Azərbaycan icmasının üzvləri ilə görüşüb VİDEO

Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır

Tramp: Kanada ABŞ ştatı olmadan digər ştatlar kimi üstünlüklərdən faydalanmaq istəyir

Azərbaycan–Özbəkistan müttəfiqliyi Avrasiyada yeni əməkdaşlıq arxitekturasının mühüm dayaqlarından birinə çevrilməkdədir - ŞƏRH

Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür

Azərbaycan-Özbəkistan əlaqələri yeni strateji mərhələyə qədəm qoyur - ŞƏRH

Kamçatkada Tolbaçik vulkanı yaxınlığında qalan turistlərin təxliyəsinə başlanılıb

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Malazgirt döyüşünün 955-ci ildönümü qeyd olunacaq

Yaponiyada baş verən zəlzələ nəticəsində 20-dən çox insan xəsarət alıb-YENİLƏNİB

Qazaxıstanda Qurultaya seçkilər başlayıb

Möhsün Rezayi: ABŞ-nin siyasəti dünyada nüvə qeyri-sabitliyi yaradıb

Sankt-Peterburqda anbarda baş verən yanğın 60 min kvadratmetr sahəni əhatə edib

Moskvaya doğru uçan 6 PUA zərərsizləşdirilib

Kamçatkada çətin vəziyyətdə qalan 100-dən çox turist təxliyə olunacaq

Florida ştatında çimərlik yaxınlığında təyyarə suya düşüb

Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə hücumları nəticəsində üç nəfər yaralanıb

İran: Qonşu ölkələr sanksiyalara qoşularsa, neft ixrac marşrutları hədəf alınacaq

Rusiya Müdafiə Nazirliyi: Bir gün ərzində Ukraynaya məxsus 250 dron məhv edilib

Soçi hava limanı son 24 saat ərzində ikinci dəfə uçuşları dayandırıb

“Bavariya” Frans Bekkenbauer Superkuboku uğrunda oyunda “Borussiya Dortmund”a qalib gəlib

İsveçdə məktəb hücumundan sonra istintaq yeni təfərrüatları üzə çıxarır

Norveçdə aviadispetçerlərin tətili hava nəqliyyatında genişmiqyaslı fasilələrə səbəb olacaq

Gürcüstan və Özbəkistan arasında yük daşımaları üçün rəqəmsal icazə sistemi işə salınıb