İDMAN
Hollandiyalı futvolleyçi Kasper Şilebuniç:Bakı möhtəşəm gözəlliyə sahibdir
Bakı, 14 iyul, AZƏRTAC
Mən ikinci dəfədir Azərbaycandayam. Ötən il də Bakıya səfər etmişdim. Ölkəniz çox xoşuma gəlir. Azərbaycana böyük məmnuniyyətlə gəlirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən futvolley üzrə açıq beynəlxalq turnirdə iştirak edən Kasper Şilebuniç bildirib.
Hollandiyalı idmançı deyib: “Bakı möhtəşəm gözəlliyə sahibdir. Burada keçirilən futvolley üzrə beynəlxalq turnirin təşkilatçılığı yüksək səviyyədədir.
O, yarışda şərəfini qoruduğu Braziliya komandasının şanslarını dəyərləndirərkən qeyd edib: “Bu yarışda iştirak edən bütün komandalara hörmətlə yanaşırıq. Ancaq mən Braziliya komandasını finalda görürəm. Özüm hollandiyalı olsam da, Braziliyanın uğurları üçün oynayıram. Mənim komanda yoldaşım isə Olimpiya və dünya çempionu Anderson Aquinyodur. Bizimlə bərabər finalda Avstriya və ya Hollandiya komandalarını görürəm”.
Qeyd edək ki, iki gün davam edəcək yarışda dünyanın 8 ölkəsinin komandası mübarizə aparır.