İDMAN


İQOR PONOMARYOV “XƏZƏR - LƏNKƏRAN”NIN YENİ BAŞ MƏŞQÇİSİ TƏYİN OLUNMUŞDUR

İqor Ponomaryov “Xəzər-Lənkəran” futbol klubunun yeni baş məşqçisi təyin olunmuşdur. Bu barədə AZƏRTAC-a klubun mətbuat xidmətindən bildirmişlər.

Hələ Sovet İttifaqı dönəmində Olimpiya çempionu olan İ.Ponomaryov, müxtəlif illərdə yeniyetmələr arasında Avropa çempionu və İsveç çempionu titullarına sahib olmuşdur. Məşqçilik karyerasına İsveçdə başlayan İ.Ponomaryov Azərbaycan milli yığma komandasını, Ağdamın “Qarabağ” və Rusiyanın “Maşuk” klublarını çalışdırmışdır.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının son turlarında uğursuz oyunlar silsiləsindən sonra türkiyəli mütəxəssis Rasim Kara Xəzər – Lənkəran” klubunun baş məşqçisi vəzifəsindən istefa vermişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.