Azərbaycan Dövlət İnformasiya Agentliyi

İcra və Probasiya xidmətlərinin fəaliyyətinə dair müşavirə keçirilib

İcra və Probasiya xidmətlərinin fəaliyyətinə dair müşavirə keçirilib

Bakı, 20 iyul, AZƏRTAC

İyulun 20-də Ədliyyə Nazirliyində icra və probasiya xidmətlərinin bütün yerli qurumlarının rəhbərlərinin iştirakı ilə 2018-ci ilin birinci yarımilində məhkəmə qərarlarının, o cümlədən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Vilayət Zahirov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması çərçivəsində Xalq Cümhuriyyətinin və Azərbaycan ədliyyəsinin 100 illik yubileyləri münasibətilə nazirlik tərəfindən keçirilən silsilə tədbirlərdən bəhs edib, nazirliyin icra və probasiya qurumlarının ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasında, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında və məhkumların cəmiyyətə inteqrasiyasında müstəsna rolunu qeyd edib.

Sonra İcra baş idarəsinin rəisi - Baş icra məmuru Nurəddin Mustafayev hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, əhalinin məhkəmələrə inamının təzahürü olaraq son illər baxılan işlərin sayının çoxalması ilə icra xidmətində də iş həcmi xeyli artıb, 2018-ci ildə icrası təmin edilən işlərin sayı 320 minə yaxın təşkil edib, fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı 190 milyon manata yaxın vəsait ödətdirilib. İcra sənədlərinin icrasından qərəzli boyun qaçıran, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 2392 nəfər inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 1489 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, inzibati məsuliyyətə cəlb olunmaya dair məhkəmə qərarından nəticə çıxarmayan 220 şəxs barəsində cinayət işi başlanılıb.

Həmçinin 8 min borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, 2100-ə yaxın şəxsin məhdudiyyəti isə məhkəmə qərarını icra etdiklərinə görə götürülüb.

İcra işinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər, o cümlədən təsirli icra mexanizmlərinin tətbiqi nəticəsində icra işləri ilə bağlı şikayət edən vətəndaşların sayı 2 dəfə, bilavasitə qəbula gələn şəxslərin sayı isə 21 faiz azalıb.

Diqqətə çatdırılıb ki, icra işinin səmərəli təşkili üzrə əlavə tədbirlər görülür, icra qanunvericiliyi təkmilləşdirilir, İcra Məcəlləsinin layihəsi işlənib hazırlanır, müasir İKT-lərin və elektron xidmətlərin tətbiqi dairəsi genişləndirilir. İcra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunması üçün “Elektron icra” sisteminin icra qurumlarında tətbiqinə başlanılıb.

Müşavirədə həmçinin Probasiya xidmətinin birinci yarımildəki fəaliyyətinə dair məlumat dinlənilib.

Hesabat məruzəsi ilə çıxış edən Probasiya xidmətinin rəisi - Baş probasiya məmuru Akşin Ziyadov azadlıqdan məhrumetmə cəzasının tətbiqinin azaldılması və daha çox alternativ cəzalara üstünlük verilməsi məqsədilə dövlətimizin başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə təsis edilmiş Probasiya xidmətinin işinin müasir tələblər səviyyəsində qurulması, ictimai işlər növündə cəzanın formal icrası təcrübəsinin qarşısının alınması, cəzaların icrası zamanı müasir elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı görülən işlər barədə danışıb. Bildirilib ki, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası diqqətdə saxlanılaraq 2018-ci ilin birinci yarımilində 5557 şəxs qeydiyyatdan çıxarılıb, onlardan 3198 məhkumun cəza müddəti başa çatıb, 27 nəfər ölkə başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzaladığı Sərəncamı ilə əfv olunub. Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği artaraq 1,1 milyon manatı ötüb.

Eyni zamanda, ictimai işlərin keçirildiyi yerlərdə məhkumların işlədikləri vaxtlarda mütəmadi monitorinqlər aparılıb. Bu sahədə yerli icra hakimiyyəti orqanları ilə səmərəli işgüzar münasibətlər qurulub. Hesabat dövründə 254 şəxs barədə ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası təmin edilib.

Qeyd olunub ki, 2017-ci il 17 oktyabr tarixli Qanunla Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bir çox əməllərin dekriminallaşdırılması yüzlərlə məhkumun cəzalardan azad olunmasına və ya yüngülləşdirilməsinə səbəb olub. Bununla bağlı nazirliyin Probasiya xidməti tərəfindən yeni qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən olunaraq müvafiq təqdimatlar əsasında məhkəmələr tərəfindən 951 məhkum cəzadan azad edilib, 226 məhkumun isə cəza müddəti azaldılıb və ya daha yüngül cəza ilə əvəz edilib.

Müşavirədə azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi qeyd olunaraq, cari ilin aprelində Nazirlər Kabineti tərəfindən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edildiyi, Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş elektron monitorinq mərkəzinin istifadəyə verildiyi bildirilib. Qeyd edilib ki, 69 məhkuma elektron qolbaq tətbiq olunub, onlardan 7 məhkumdan cəza müddəti başa çatdığı üçün elektron qolbaqlar çıxarılıb.

İclasda görülmüş işlərlə yanaşı, nöqsan və çatışmazlıqlar qeyd olunub, bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, icra intizamının pozulması, işlərin hərəkətsiz saxlanılması, cəzanın çəkilməsindən boyun qaçıran şəxslərin vaxtında inzibati məsuliyyətə cəlb olunmaması və digər neqativ hallar diqqətə çatdırılaraq onların aradan qaldırılması tələb edilib. Həmçinin islah, cərimə və ictimai işlər növündə cəzaların icrasına diqqətin artırılması, məhkumun cəzadan yayınmasının qarşısının alınması, onlarla aparılan islah və tərbiyə işinin keyfiyyətinin artırılması, probasiya nəzarətinin səmərəli təşkili ilə bağlı tapşırıqlar verilib.

Mövcud problemlərlə bağlı yerli icra və probasiya qurumlarının rəhbərləri dinlənilib, nöqsanların səbəb və şəraitinin aradan qaldırılması yolları ətraflı təhlil edilib.

Müşavirəyə yekun vuran nazir müavini V.Zahirov məhkəmə qərarlarının, o cümlədən azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası işinin səmərəliliyinin artırılması, onların vaxtında və dürüst icrasının təmin olunması, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, tələbkarlığın artırılması ilə bağlı konkret göstərişlər verib, dövlətimizin başçısının Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında verdiyi tapşırıqları xüsusilə diqqətə çatdıraraq korrupsiyaya şərait yaradan halların yolverilməzliyini, etik davranış qaydalarına dönmədən əməl olunmasını, vətəndaşlara daim qayğılı münasibət bəslənilməsinin və layiqli xidmət göstərilməsinin vacibliyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın əsas hissəsindən Ermənistan sərhədi istiqamətində yol tikintisinin təxminən 95 faizi artıq tamamlanıb

Mülki və İnzibati Prosessual Məcəllələrdə dəyişiklik edilir

Hakan Fidan: Hazırda Qars–Dilucu dəmir yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər aparılır

Xankəndidə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin filialı fəaliyyətə başlayıb

Şuşada yeni tədris ili: 21 şagird ilk dəfə məktəbə qədəm qoyub

Yeni tədris ili: 3500-dən çox tələbə AzMİU ailəsinə qoşuldu

Astana 2028-ci ildə UEFA Superkuboku matçına ev sahibliyi edəcək

Ədəbiyyatla dolu buruqlar: neftçilər Bilik Günündə Suraxanı məktəblilərini çoxdilli kitabxana hədiyyəsi ilə sevindirdilər

Nazir: Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin ən mühüm tərkib hissələrindən biridir

Yeddi ayda Qazaxıstanla Azərbaycanın ticarət dövriyyəsi 251 milyon dolları ötüb

Hakan Fidan: Bugünkü səfərin mühüm tarixi əhəmiyyəti var

Ceyhun Bayramov: Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir

Azərbaycan Avrasiya Məkan Məlumatları İnfrastrukturuna üzv seçilib

Firudin Qurbanov: Təhsil sistemi əmək bazarının gələcək tələblərini nəzərə almalıdır

Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin genişləndirilməsi ilə bağlı işlər böyük həcmdə tamamlanıb

İlin sonunadək 350 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqlərinin yekunlaşdırılması planlaşdırılır

Portfel investisiyalarında xalis xarici maliyyə öhdəlikləri açıqlanıb

“Araz-Naxçıvan” 2 legioner futzalçı transfer edib

Nazir: Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyard ABŞ dollarına çatıb

Yeni tədris ilində təhsilin keyfiyyətinin yüksəldilməsi əsas hədəflərdəndir

Ceyhun Bayramov: Azərbaycan və Türkiyə münasibətləri dünyada bənzəri olmayan münasibətlərdir

ISESCO-nun nümayəndəsi: Təşkilatın Bakıdakı ofisi Mərkəzi Asiyanın irsinin öyrənilməsinə töhfə verə bilər

İsrail ordusu “Hizbullah”a məxsus 32 raketi məhv edib

Xocavənddə daha 50 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB

BMT-də Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılarla bağlı məsələyə diqqət çəkilib

Ağbaş kərkəslər Qubanın dağlarında - FOTO

Ceyhun Bayramov və Hakan Fidan Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin gündəliyini müzakirə ediblər

Azərbaycan Dövlət Aqrar Universitetində Bilik Günü qeyd olunub

Bakının bolşevik-daşnak birləşmələrindən azad olunmasının 108-ci ildönümü qeyd edilib

Xan sarayından sənətkarlar küçəsinə - Qonaq-qaralı Şəkidən reportaj

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2011-ci il 10 oktyabr tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Azərbaycanın suverenliyinin tam bərpası dövlətçilik tariximizin mühüm mərhələsidir ŞƏRH

UEFA 2028-ci və 2029-cu illərdə avrokubokların finallarının keçiriləcəyi şəhərləri açıqlayıb

13 azərbaycanlı mütəxəssis UEFA-nın Nyondakı təcrübə mübadiləsi proqramında iştirak edir

Mingəçevir Dövlət Universitetində Dil Mükəmməlliyi Laboratoriyası istifadəyə verilib

“AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq

Yəməndəki husilərin hücumları nəticəsində Səudiyyə Ərəbistanında 13 mülki şəxs yaralanıb

Müdafiə naziri Zakir Həsənov Çində səfərdədir

Bəşarət Hüseynova: Xoreoqrafiya təhsilində nəticə yalnız istedadla əldə edilmir

Cəlilabadda ev yanıb

Kəlbəcərdə ilk dərs günü: 121 şagird yeni tədris ilinə başlayıb VİDEO

Kəlbəcərdə ilk dərs günü: 121 şagird yeni tədris ilinə başlayıb VİDEO

Türkiyə XİN Bakının işğalından azad edilməsinin 108-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilib YENİLƏNİB VİDEO

Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilib YENİLƏNİB VİDEO

Almaniyada fəaliyyət göstərən azərbaycanlı boksçu Argentina təmsilçisi ilə qarşılaşacaq

ATU-da Bilik Günü: Ağ xalatla başlayan yol, yeni başlanğıclar, böyük hədəflər

"LANDAU Lions"un basketbolçusu: “VEF Riqa” ilə oyuna kifayət qədər hazır deyildik

Xanım Aydın: “Pullu komediya” tamaşaçını gündəlik qayğılardan uzaqlaşdıracaq

Mərkəzi Bank: Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların həcmi 1,1 milyard dollar olub

Mərmərə dənizində batan gəminin kapitanının cəsədi tapılıb

Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib

Mərkəzi Elmi Kitabxanada Bilik Günü münasibətilə sərgi açılıb

"Karvan-Yevlax" heyətinə yeni hücumçu cəlb edib

Mərkəzi Bank: İlkin gəlirlər balansında kəsir azalıb

Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək

Hindistan nümayəndəsi: İslamın etik prinsiplərinə əsaslanan süni intellekt çərçivəsi yaradılmalıdır

Altı ay üzrə əmtəə ixracı və idxalının dəyəri açıqlanıb

Beynəlxalq reytinqi ilk 500-cü sırada yer alan xarici ali təhsil müəssisələrinin məzunları olan çağırışçıların nəzərinə

Hasan Kamil Yılmaz: Seyid Yəhya Bakuvi Xəlvətilikdəki anlayışları sistemləşdirən ustaddır

Laçında məktəblərdə ilk zəng çalınıb FOTOLAR

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO

“SABAH.city” - Azərbaycanda bilik iqtisadiyyatına keçidin strateji modeli

“Kəpəz” azarkeşlərinə görə cərimələnib

® “PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim edilib

Qarabağ bölgəsindəki ümumi təhsil müəssisələrində 85 min 697 şagird təhsil alacaq

Qarabağ və Şərqi Zəngəzura səfər xarici diplomatlara bölgədəki reallığı yerində müşahidə etməyə imkan yaradır ŞƏRH

Gürcüstanın xarici ticarət dövriyyəsi 17 milyard dolları ötüb

Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda təlim başlayıb VİDEO

Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda təlim başlayıb VİDEO

Azərbaycan etnoqrafiyasının izi ilə: Gürcüstanda nəşr olunan "Kavkaz" qəzeti

Nazir Emin Əmrullayev Bilik Gününü Bakıdakı 21 nömrəli məktəbdə qeyd edib VİDEO

Nazir Emin Əmrullayev Bilik Gününü Bakıdakı 21 nömrəli məktəbdə qeyd edib VİDEO

Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib

Gövhər Baxşəliyeva: Sufizm Azərbaycanın mənəvi həyatında böyük rol oynayıb

Sabah günün ikinci yarısından bəzi rayonlarda yağış yağacaq

Şəmkirdə Bilik Günü: Əhməd Cavad adına məktəbin yeni korpusu istifadəyə verilib

Rumıniyanın ali müftisi: Seyid Yəhya Bakuvinin fikirlərini gənc nəsillərə çatdırmaq bizim vəzifəmizdir VİDEO

Rumıniyanın ali müftisi: Seyid Yəhya Bakuvinin fikirlərini gənc nəsillərə çatdırmaq bizim vəzifəmizdir VİDEO

Konqoda Ebola virusuna yoluxanların sayı 7200-ü ötüb

Ökü kurqanlarında maraqlı arxeoloji tapıntılar üzə çıxarılıb

Gürcüstan hökumətinin tərkibində yeni kadr dəyişikliyi olub

Şükürbəyli kənd tam orta məktəbində 33 ildən sonra ilk zəng çalınıb FOTOLAR VİDEO

Şükürbəyli kənd tam orta məktəbində 33 ildən sonra ilk zəng çalınıb FOTOLAR VİDEO

Məcnun Məmmədov: Azərbaycanın müasir aqrar modelinin formalaşdırılması üçün yüksəkixtisaslı kadrlara böyük ehtiyac var

Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatına yekun vurulub

Nazirlik: ƏMAS-da 72 minə yaxın aktiv vakansiya mövcuddur

Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib

BMT eksperti: Zəhərli kimyəvi maddələr “bir çox, hətta bütün insan hüquqları” üçün təhlükə yaradır

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib YENİLƏNƏCƏK VİDEO

Süni intellekt insanlığı məhv edə bilərmi? Alimlərdən təhlükə siqnalı

DSMF-nin 8 ay üzrə gəlir və xərcləri açıqlanıb

“Pullu komediya” tamaşasının məşqləri davam edir

Səməd Vurğunun qızı: Uşaqlıq illərimin ən isti xatirələri atamla bağlıdır

İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü - FOTOLARDA

Pakistanlı alim: Tarazlıq və mötədillik İslamın gözəlliyidir

Bu il muxtar respublikada 49 mindən çox şagird təhsil alacaq VİDEO

Bu il muxtar respublikada 49 mindən çox şagird təhsil alacaq VİDEO

Azərbaycan dili müəllimi: “Zəif şagird” ifadəsini doğru qəbul etmirəm

Bu saata olan əsas xəbərlər

Türkiyə Prezidentinin baş müşaviri: Həmrəyliyin daha da güclənməsi Türk Dövlətləri Təşkilatının gələcəyindən xəbər verir

Azərbaycan millisinin basketbolçusu: Göstərə biləcəyimiz maksimum nəticəni əldə etdik

ICESCO "İslam dünyasının sivilizasiya platforması” adlı xüsusi proqramının hazırlanmasını başa çatdırıb

Fransada universitet ödənişləri beşqat arta bilər: tələbələr və ekspertlər üz-üzə

Bakı Dövlət Universitetində Bilik Günü qeyd olunub

Baş Kollektiv Saziş çərçivəsində işçilər hansı əlavə təminatlar əldə edəcəklər?

Yanvar-iyun aylarında Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 94 dollardan çox olub