SİYASƏT


Londonda “Henry Jackson Society”də Azərbaycanın geostrateji perspektivləri müzakirə olunub

Londonda “Henry Jackson Society”də Azərbaycanın geostrateji perspektivləri müzakirə olunub

London, 16 noyabr, AZƏRTAC

Londonda yerləşən “Henry Jackson Society” analitik xarici siyasət beyin mərkəzində (think tank) Azərbaycanın geostrateji reallıqları, mövcud vəziyyətdə perspektivləri və regionda dayanıqlı sülhün bərpasına həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının səfiri Elin Süleymanov, bu gün Azərbaycan tərəfinin apardığı regional inteqrasiya siyasətinin, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsinin yeni fürsətlər yaratdığını bildirib.

Səfir söyləyib: “Avropa ilə Asiyanı birləşdirən ortaq dəhliz ideyaları hərtərəfli fayda təmin edəcək. 30 il ərzində BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri, ATƏT-in Minsk qrupu bizə heç bir fayda gətirmədi. Faktiki olaraq, Prezident İlham Əliyevin qətiyyəti və müdrikliyi sayəsində Azərbaycan məlum qətnamələri özü icra edib”.

Səfir Ermənistanın sülh prosesini ləngitmədən konstruktiv danışıqlar istiqamətində real addımlar atacağına ümid etdiyini deyib. Azərbaycan Ermənistan arasında dayanıqlı sülhün bütün region xalqları üçün faydalı olacağını bildirən səfir, Azərbaycan rəhbərliyinin sülhə doğru atılan addımlarından danışıb.

Səfir bir daha sülhdən başqa alternativ olmadığını diqqətə çatdırıb, Ermənistan tərəfinin 30 il sülhdən boyun qaçırmasını xatırladaraq tarixdən dərs çıxarmağın vacibliyini vurğulayıb. O bildirib ki, Azərbaycanın Avropaya qaz ixracının gələcəkdə iki dəfə artırması, Avropa enerji təhlükəsizliyinə töhfə Azərbaycan rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsidir.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.